ANA SƏHİFƏ / MÜSAHİBƏ

Elçin Əlibəyli: "Yox desə qara siyahıya düşmək ehtimalı var idi!" - MÜSAHİBƏ

21588    |   2020-01-08 13:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az  tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn tanınmış aparıcı Elçin Əlibəyli ilə müsahibəni təqdim edir.

- Son vaxtlar televiziyaya maraq azalıb. Sizcə bunun səbəbi təkcə sosial şəbəkələrdir?

- Əgər dünya incəsənəti tarixinə fikir versək, görərik ki, teatr epoxası qədim Romada, Yunanıstanda tədricən dəyişdi. Başqa bir mədəniyyətə keçdi. Keçdi küçə mədəniyyətinə. Klassik teatr ənənəsindən fərqli olaraq Şekspir teatrı gəldi və onu əvəzlədi. Böyük bir proses keçəndən sonra opera gəldi, amma bu heç də teatrı geridə qoymadı. Üzeyir Hacıbəyli Azərbaycana operanı gətirəndə dedilər ki, drama məhv oldu. Kinematoqrafiya yarananda hamı deyirdi ki, teatra artıq heç kim getməyəcək. Televiziya yarananda dedilər ki, kinematoqrafiya maraqsız olacaq. Amma zaman göstərdi ki, teatr da, kinematoqrafiya da öz yerini saxladı. Kinoya kinoteatrda baxmaq mədəniyyəti öz yerini saxladı. Televiziya da öz yerini saxlayacaq. Bu gün internetin özündə belə mətn az oxunur. Bir insanın oxuya biləcəyi mətn bir ekranın tutacağı qədərdir. Daha çox o yazılar oxunur ki, orada video var və yaxud dinamik şəkil var. Klip estetikası artıq postmodern insanın təfəkkürünə yüklənib. Klipvari düşüncə postmodernizmin əsas xətlərindəndir. Kliplər ən primitiv üsulda, "gif” formasında təqdim olunur. Xarici ölkələrdə saytlar o qədər də öndə deyil ki, televiziyaların saytları daha irəlidədir. Amma bizdə televiziyaların heç birinin normal internet portalı yoxdur. Televiziyalarda çeviklik yoxdur, çünki internet platformasına keçə bilməyiblər, keçməyi də düşünmürlər. Halbuki əllərində bütün imkanlar var. Təqribən 50-60 minlik sərmayə lazımdır. Televiziya anlamalıdır ki, artıq internet müstəvisinə gəlməlidir. İnternetin verdiyi azadlığı televiziya vermir. Həm də televiziya nə qədər inteqrativdirsə, internet bir o qədər ayırıcıdır.

- Bəs qəzetlər öz aktuallığını itirib?

- Qəzetlər də aktuallığını itirməyib. Dünyanın aparıcı qəzetləri bu gün elektron platformaya keçib . Əgər əvvəllər yalnız xəbər baxımından maraqlı idi isə,indi analitik təhlil baxımından maraqlıdır. Bizdə qəzetlər elektron formaya keçməlidir, xəbərlə bərabər müəllif köşələri, təhlillər, mövzuya aid musahibələr olmalıdır. Təəssüf ki, bizim qəzetlər internet platformasına keçməyiblər.

- Teleaparıcılar qeyri-peşəkar davranışlarla gündəmə gəlirlər. Bu cür hallar haqqında nə düşünürsünüz?

- Bunun əsas səbəbi peşəkar kadr çatışmazlığıdır. Bizdə televiziya aparıcısını yetişdirən bir məktəb və ya qurum yoxdur. Bütün ölkələrdə televiziya akademiyası var. Şimali Kipr Türk Cümhuriyyətinin Orta Doğu universiteti var ki, oranın jurnalistika fakültəsinin televiziya ixtisasında olan avadanlıqlar, texnika bizim televiziyaların imkanları ilə bərabərdir. Orda yetişən tələbə bizdə harada yetişdirilir? Kanalların tələbələrlə işləməyə vaxtı yoxdur, çünki vaxt puldur. Televiziyada elə bir ştat yoxdur ki, kimsə işləsin. Məsələ burasındadır ki, heç bir televiziya buna ştat ayırmır. Aztv-nin nəzdindəki televiziya akademiyası da özünü doğrultmadı.

- Sizin üçün "El içində” verilişiilə "El bizim sirr bizim” verilişinin nə kimi fərqləri var?

- Tamam fərqli layihələrdir. "El içində” layihəsi daha geniş bir spektoru əhatə edirdi, daha cəsarətli bir layihə idi, daha sosial idi. O baxımdan ki, iqtisadi, sosial, siyasi məsələlər çox asanlıqla bizdə müzakirə olunurdu. Dini radikalizmlə bağlı müzakirələr olurdu. Təhsillə, dərsliklərlə bağlı təhsil nazirliyinin ekspertləri ilə, digər qurumların iştirakı ilə müzakirələr aparılırdı. Bu gün isə dövlət qurumlarının mətbuat xidmətlərindən heç kimi televiziyalara çağırmaq mümkün deyil. Eləcə də deputatları. Bir iki deputatın çıxışından sonra digər deputatlar da məcbur oldular ki, sussunlar. Əslində deputat hər şeyi deyə bilər. Digər fərq isə Elçin Əlibəylinin özündədir. Birinci dəfə"El içində”-nin aqibətini gördü və artıq daha ehtiyatlıdır. Onda Elçin Əlibəyli daha gənc idi, daha üsyankar idi . Daha sonra verilişin aparıcısı dəyişdi, nəhayət yayımına son qoyuldu. Səbəbini açıqlamayacağam, çünki mən də bilmirəm, amma onu bilirəm ki, Azərbaycanda hamı deyir ki, o verilişi mən bağlatdırmışam.

- ATV kanalındakı verilişinizdə şou-biznesin ən tanınmış nümayəndələri qonaq olurdu. Bu verilişinizdə isə şou-biznes nümayəndələrinə az yer verirsiniz. Səbəb nədir?

- "El içində” verilişini xatırlayaq: qonaqlar üçün ayrılan yerdə əyləşib İlhamə Quliyeva, Ruhəngiz Allahverdiyeva, aşağıda tamaşaçılarla bir arada əyləşib Aygün Kazımova, Faiq Ağayev. Bu gün isə onlar əlçatmazdırlar. ATV kanalı onda kifayət qədər nüfuzlu idi və ATV kanalına yox demək mümkün deyildi. Yox desə qara siyahıya düşmək ehtimalı var idi. Mən orda bədii rəhbər idim. Mənim verilişimə gəlməmək, qara siyahıya düşmək demək idi, amma bu Space kanalında mümkün deyil. Mənim buradaheç bir vəzifəm yoxdur. Eləcə şou-biznesə diktə edə biləcək kanal deyil. Kanallar müğənnilərə deyirlər ki, MikayılGüləddinoğlunun "Sevimli mahnı" verilişinə getsəniz, biz sizə kanalda qadağa qoyacağıq. Onlarda ona görə gəlmirlər, çünki ATV-ni itirmək istəmirlər.

- Bəs siz Space kanalını necə qiymətləndirirsiniz?

- Vaqif Mustafayev bu xalqı çox gözəl tanıyır. O, bu xalqı "Bəyin oğurlanması” filmi çəkilməyə başlayanda tanıyıb. O, bilir ki, tamaşaçı nə istəyir. "Space”-in tamaşaçı kütləsinin kimlər olduğu bəllidir. Qaldı ki, proqram siyasəti niyə elə qurur, onun şəxsi işidir. Yaxşıdır, ya pisdir bu artıq başqa sualdır. Təbii ki, mənim narazı olduğum məqamlar var. Bunu mən də deyirəm Vaqif Mustafayevə, çünki biz ilk növbədə dostuq.

- Ədəbiyyata olan marağınız çox diqqət çəkir. Bəs özünüz ədəbiyyatla məşğul olmağı düşünmüsünüzmü?

- Hərdən bir iki bənd yazıram. Amma buna ədəbiyyat demək olmaz. Tənqidçi impatentə bənzəyir. Bilir necə etmək lazımdır, lakin özü edə bilmir.

- Verilişinizdə cəmiyyəti narahat edən mövzuları, məsələləri müzakirəyə qoyursunuz. Sizcə bu cəmiyyətin ən böyük problemi nədir?

- Cəmiyyətin ən böyük problemi cahillikdir. Əslində mən istərdim ki mənim verilişim canlı olsun, efirə yayımlanıb saat 3 də və bu ölkədə baş verən hadisələrin dərhal müzakirəsi olsun. Qəhrəmanların və yaxud da məsul şəxslərin iştirakı ilə.

- Verilişinizdə səsləndirdiyiniz fikirlərinizə əsasən sizin cinsi ayrıseçici olduğunuzu düşünürlər. Bu doğrudan da belədir?

- Mən əgər elə danışmasam studiyadakıvə ekran başındakı xanımlar əsəbləşməzlər. Mənə isə lazımdı onlar qıcıqlansınlar. Hər aparıcının sosial maskası var. Mənim də sosial maskamvar və o maska bəlli bir maskadır, dəyişilməzdir. Həyatda mən başqa cür bir adamam. Sosial maska aparıcı üçün əsas amildir. Bizim aparıcıların çoxunun sosial maskası yoxdur.

- Valideynləriniz tanınmış aktyorlardır. Bəs siz bu sənətlə məşğul olmaq istəmisiniz?

- İncəsənət universitetinin teatrşünaslıq fakültəsini bitirmişəm. İndi məşğul olduğum bir çox sahələr kulturologiyaya aiddir. 1989-cu ildə "Lətifə” filminə çəkilmişəm. Bir neçə filmin səsləndirməsini etmişəm.

- Televiziyada teleaparıcılığa layiq görmədiyiniz adamlar varmı? Kimlərdir?

- Layiq bildiyim 3 nəfər var: Mirşahin Ağayev, Dilarə Əliyeva, Anar Yusifoğlu.


Ulucay Akif



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK