ANA SƏHİFƏ / SAĞLAMLIQ

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

21659    |   2020-01-08 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü, füsünkar təbiəti arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsidir. Biz bu gün arıcılığın inkişafından deyil, cənnət yurdumuzun nemətlərindən- balın faydalarından söhbət acacağıq.

Qədim bal-balın qədimliyi...

Dünyada bal qədim olduğu qədərdə ən faydalı və əvəzsiz məhsullardan biri sayılıb. Hələ eramızdan 4000 il əvvəl Misirdə bal məhsulları müxtəlif məqsədlər üçün istifadə edilirmiş. Bal burda o qədər əhəmiyyətli vasitə hesab olunurdu ki, fironlar digər dünyada da istifadə etsin deyə piramidalarda mumyalanmış fironun yanına bal qoyarmışlar.

İsrail Qədim Əşyalar İdarəsi və üç İsrail universitetinin müəllimləri qazıntılar zamanı aşkar edilmiş kuzələrdən 5000 il yaşı olan altı maya növü əldə etməyi bacarıblar. Deyilənə görə, "bal” sözü yəhudi əsaslı sözdür. Hərfi tərcümədə "sehirli” və ya " sehrlənmiş” mənalarını verir.



Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail Vəliyevacıqlamalarının birində deyib: "Təqribən 6 min il bundan əvvəl qədim Misirdə baldan müalicə, kosmetika və çürümədən qorunma vasitəsi kimi istifadə edilib. Məşhur Ebers papirusundakı tibbi məlumatlar da bunu təsdiqləyir. Hindistanda zəhərlənənləri balla sağaldardılar. Eramızdan əvvəl III-II minilliklərdə çinlilər balın şəfaverici xüsusiyyətlərini mənimsəmişdilər. Qədim Yunanıstanda mədə və qaraciyər xəstəlikləri, əsəb pozğunluqları, irinli yaralar balla müalicə edilib. Romada isə çürümədən qorunma vasitəsi kimi ondan geniş istifadə olunub”.

Əsatirlərdə isə bildirilir ki, Makedoniyalı İsgəndər yürüş vaxtı vəfat edir və onun cəsədini uzun yolda daşıya bilmək üçün bala batırmışdılar. Bu şəkildə cəsəd heç bir dəyişikliyə məruz qalmadan Makedoniyaya çatdırılmışdı.

Azərbaycanda da arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta, Azərbaycandan xarici ölkələrə də arıçılıq məhsulları (bal, mum) satılmışdır. Dahi şair və mütəfəkkirlərimiz NizamiXaqani Azərbaycan balını ilhamla tərənnüm etmişlər. AzərbaycanınAstara,Şamaxı,Quba,Qusar,Qarabağ,Şəki,Zaqatala,Daşkəsən,Lerik, Lənkəran, Masallı,Kəlbəcər,Laçınvə s. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir. Daşkəsən rayonunuQabaqtəpəkəndinin ərazisində yetişdirilən arı növü (populiyasiyası) ölkədən kənarda da tanınır.

Bal "həkim”?

Terapevt-həkim Lətifə Mikayılova ilə söhbətimizdə, o bildirdi ki,bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır:” Ümumiyyətlə, qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur. Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır.Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Balın təbii immunostimulyator olduğunu vurğulayan həmsöhbətimbu şirin məhsulun insanın immun sistemini gücləndirdiyini, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırdığını söylədi:” Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksək allergik xüsusiyyətlərinə görə, onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir”.



Lətifə həkim onu da söylədi ki, mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara bal çox yaxşı kömək edir:” qədim təbabət də, müasir tibb də sübut edirlər ki, öz antiseptik və yara sağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərinin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır”.

Maraqlıdır ki, bütün digər qida maddələrindən fərqli olaraq bal kiflənmir. Hətta məqsədli olaraq kif göbələklərini daxil etdikdə belə tezliklə məhv olurlar.

Balın saxta formaları çox satılır. Əsl balı ayırd edə bilməyin qədim və asan üsulu müvcuddur. Kibrit çöpünü bala batırın və sonra yandırın. Əgər bal təbiidirsə kibrit yanacaq, deyilsə bal əriyib axacaq.

Bir sözlə, yaxşısı hər gün bir qaşıq bal yeyin…

Əntiqə Rəşid





İmza:

Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı

Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu keçdi

Ötən ay Səhiyyə Nazirliyinin Çağrı Mərkəzinə 11 mindən artıq müraciət olub

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib

Avropada koronavirusun ikinci dalğası başlayır, məhdudiyyətlər qayıdır

Daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur

Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti olaraq modul xəstəxanaya çevrildi

Millət vəkili Tovuza 2 mindən çox maska göndərdi

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK