nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİR İL VƏ... BİR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİR İL VƏ... BİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: BİR İL VƏ... BİR

Həm də içimdəki sən BİRlə söhbət

9630    |   2019-12-30 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bütün olanlar və olmuşlar, elə olacaqların özü də şəxsən məndən uzaqda göy üzünün Tanrı oturan yerində yazılıb, xəritəsi çəkilib, hökmü verilib. Və beləcə, bir bəndə olaraq mən onu anbaan, zaman-zaman yaşam missiyam kimi gerçəkləşdirirəm. Ona əlavə etmək, onu dəyişmək və yaxud da durdurmaq mənim və bütövlükdə bəndənin gücündən, imkanlarında çox-çox uzaqdı. Hətta heç xəyala da, yuxuya da sığmayan bir şeydi. Ona görə də bir bəndə olaraq yaşamın təfərrüatlarına varanda onda elə bil ki, gözümün önündən bir kino lenti gəlib keçir və mən o kino lentin izləyicisinə çevrilirəm. Otururam evin bir küncündə, gözlərimi yumub izləyirəm həmin o lenti. Təbii ki, gözlərimi yumub sözü sizi qıcıqlandıracaq. Amma inanın ki, bütün bu həyat deyiləni ancaq gözüyumulu izləyəndə hər şey gün kimi görünür sənə. Axı sən onu içində izləyirsən, ekrana baxmırsan. Və deməli...

Bilmirəm, oxucuların yadındadı, yoxsa yox. Ötən ilin dekabrında, ilin son yazısını yazanda içimdə 2019-un son yazısını yazacağıma o qədər də ümidli deyildim. Müəyyən həyat problemləri, özəl qayğılar, sağlamlıq məsələləri və nələr, nələr mənə elə yüklənmişdi ki, onun altından qalxacağıma inanmırdım, amma ümidsiz də deyildim. Sadəcə, sızıltılı alınmasın deyə, yazımın ovqatına bir çimdik duz qatmışdım – Ümid duzu! Görünür, hardasa Yaradanın xoşuna gəldi o Ümid duzu. Və mənə bir illik ömür yolu bəxş etdi... Və mən də başımı aşağı salıb içimdə Allahım, sən o BİRin göstərdiyi yolu anbaan, yaşaya-yaşaya gəlib çıxdım bu dekabrın sonuna. Və həmin bu sondan nəfəs dərmədən çevrilib baxıram arxaya. Baxıram... və həm düşünürəm, həm də xatırlayıram. Bu bir ildə nələr olmadı ki... Bəli, nələr olmadı ki?!

Öncə onu deyim ki, bu bir ili də Qarabağa gedə bilmədim... bu bir ili də Tuğa həsrət qaldım... və bu bir ili də adımı qaçqın siyahısından çıxarmaq gücüm olmadı...

Bu bir ildə özəl həyatımda doğmaların itkisi də sızıldatdı məni. İtirdiyim əzizlərin yeri indinin özündə də ağrıyır. Və mən o ağrılardan yalnız xatirələrlə və bir də onların adına oxunan dualarla təsəlli tapıram. Həm də düşünürəm ki, həyatımdan qopub ayrılan xalam, dayım, əminəvələri, dostum... bütün bunlar elə o BİRin verdiyi hökmün icrasıdı. Və mən Tanrı dərgahına qovuşanlar üçün yalnız bir salavat çevirməklə o BİRi anladığımı etiraf etməliyəm. Və belə də edirəm.

Arxada qalan yolda övladlarımın, nəvələrimin təbəssümü də səpələnib, onların həyatımdakı özəllikləri də, şıltaqlıqları da. Oğlumun, qızımın uğurları da, imtahandan aldıqları yüksək qiymətlərin şirinliyi də bu bir ilin payına düşür. Deməli, həyatımı nizamlayan, həyatımı ağrı-acısıyla sevinc təbəssümünü naxışlayan o BİR məni üzdüyü kimi mükafatlandırmağı da unutmayıb. Şükür!..

Hə, gəlirəm bir məqama. O məqam ki, mənim həyatımın kredosudu... mənim ömrümün mənası, həm də yaşamaq stimulumdu. Və mən məhz onun varlığını, onun mənə xəyalən, ruhən ötürdüyü müsbət impulsları qəbul edə-edə yaşayıram, ümidlənirəm, düşünürəm. Həm də bütün bu dediklərimi sözə çevirirəm – onun oxuduğu sözə. Həmin sözləri oxucularımla da bölüşürəm, xoşlarına gəlsə də, gəlməsə də. Özü də bütün məqamlarda vurğulayıram ki, söz ONA ünvanlanıb, onun üçün yazılıb . Yazdıran isə o BİRdi! Bax, elə indi də bütün yaşantılarımın və yazdıqlarımın içərisində mənim ürəyimin pıçıltılarını önə çıxaran Odur və bir ki, BİRdi.


Hər ağrının öz dadı var

Baldı, ürəyin ağrısı...

Onu duymayan kəslərə -

Laldı, ürəyin ağrısı...


Baxa-baxa bu zalıma

Cavab gəzir sualına...

Yetənəcən vüsalına –

Kaldı, ürəyin ağrısı!..


Qucaqlayıb bir daşı tək

Tək düşündüm, bir naşı tək!

Mənimlə can sirdaşı tək –

Qaldı, ürəyin ağrısı!


Səssiz qoşub vaxt xoruna

And içdirib bəxt goruna...

Əbülfəti öz toruna -

Saldı ürəyin ağrısı...

***

Yenə baxıram üzü geri. Və yenə gözümün önündən keçən həmin o kino lentindəki məqamları sadalamaq istəyirəm. Amma fikirləşirəm ki, bu halımla, bu təkrarçılığımla oxucuların, təbii ki, həm də Sənin bayram ovqatını korlamış olacam. Buna görə də bir anlıq da olsa o istəyimi dondurmağa qərar verirəm. Amma onsuz da içimdəki elə içimdə qalır, həyatıma hopur və sən də bütün bunlardan xəbərdarsan. Deməsən də, yazmasan da, olmuşları da, olanları da mənim qədər bilirsən. Və deməli, mənimlə razılaşarsan ki, indi çözməyə çalışdığım kələfin düyün düşən yerlərini açmağa elə də ciddi bir zərurət yoxdu. Çünki o düyünlərin nə olduğunu, nədən olduğunu biz ikimiz artıq təkrar-təkrar çözmüşük və bundan sonrakı ömrümüzdə də çözəcəyimiz birmənalıdı. Bunu ona görə xüsusi vurğulayıram ki, mənim ibadət etdiyim DİNin adı sevgidi. O BİR ruhuma, qəlbimə məhz sevgini hopdurub. Hər gün də, hər an da əlimi o BİRə açanda etdiyim dualarım məhz sevgi üçündü.

Həyatımın bütün anlarını xəyalla, yata biləndə isə yuxuyla bəzəyirəm. Mənə xəyalpərvər desələr də, məni xəyallara görə günahlandırsalar da, mən Qarabağa da ... Sənin yanına da... Tanrının dərgahına da hələ ki, xəyallarımla gedib çatıram, xəyallarımla qovuşuram. Və şükür edirəm ki, bu xəyallar var. Bu xəyallar mənim üçün yaşıl işıqdı və yaxud da bədirlənmiş aydı. Yəqin ki, bu sözləri oxuyanda həmişə dediyin sözü yenə təkrar edirsən. Axı sən məni dinə dəvət etməyi, haqq yoluna gətirməyi qarşına məqsəd qoymusan. Hər dəfə də işlətdiyin söz var: Əstağfirullah!- de. Mən də deyirəm sevgi dinim üçün. Və yazıram da:


Bilə-bilə, ya fərqinə varmadan

Açıq-aşkar bitirsən, ürəyi.

Sanki yarpaq qoparırsan tarmadan –

Yelə verib itirirsən, ürəyi.


Tanrım kimi əlçatmazdın, göydəydin

Yerdən baxıb, mən də çəkdim göy dərdin.

Təbəssümlə, nəfəsinlə göyərtdin –

Sən hər hala gətirirsən ürəyi.


Dərdi süzüdün sən ürəyin biçimdə

Nə olar ki, bir nəfəs içim də!

Göz yaşını gizlədərək içimdə -

Gülə-gülə ötürürsən ürəyi.


Sənin üçün qurbanlığa dönüm ki

Saçlarımı kipriyimə hörüm ki.

Allah mənə imkan versin görüm ki –

Ayaq altdan götürürsən ürəyi!

Bəli, bu təkcə arzu, istək deyil. Bu həm də o BİRin diqtəsi, o BİRin ürəyində göyərtdiyi Sevginin səsidi. Mən də bu bir il ərzində onilliklərdən gələn o səsi ancaq misralamışam, şeirə çevirmişəm. Elə bu gün də həmin o işlə məşğulam. Nə qədər varam, ayaqdayam, belə də olacaq. Axı, haqdan gələn haqqın özünün iradəsilə yekunlaşır. Deməli, hələ düşünməyə, hələ sevgimin əlini sıxmağa zamanım var. Mənim isə indiki anda içimi göynədən bütün məqamlarla yanaşı, yolumu gözləyən dağlara demək istədiklərim şeirləşir. Mən onu da sənə pıçıldayıram. Və yazıram ki:


Üzümü sizə tutmuşam

Ot bitən izə tutmuşam...

Dərdi tay üzə tutmuşam –

Dağlar, məni gözləməyin...


Çax-çaxam baş ağrıdıram

Qoymur yerdən ağrı, duram!

Ömrü boşa bağırdıram –

Dağlar, məni gözləməyin.


Qəlbimdən axan qara qan

Yaradı, vallah, yara, qan!

Bezib dərdimdən Yaradan –

Dağlar, məni gözləməyin.


Dizimdən təpər, candan qor

Tükənim arzu, gözdə tor!

Məni həmənki kimi gör –

Dağlar, məni gözləməyin.


Özümü yenib gələcəm

Şam kimi sönüb gələcəm...

Ruh kimi dönüb gələcəm –

Dağlar, məni gözləməyin!..

***

Bəli, bir il arxadadı. Qarşıda nə boyda zaman kəsiyi var, təbii ki, onu yalnız o BİR bilir. Və mən də o BİRin bəndəsi kimi dualarımla, yazı-pozumla, bacardığım iş-güclə və təbii ki, bir də sevgimlə o zaman kəsiyinin içində olacağıma ümidliyəm. Düşünürəm ki, mənim o zaman kəsiyində olmağım yəqin ki, kimsənin haqqına müdaxilə kimi sayılmayacaq. Və mən də eləcə yaşam payımı misralaya-misralaya çalışacam ki, sənin könlünü ələ ala bilim, haqqım olan nədisə ona qovuşum. Bu diləyin, bu istəyin yəqin ki, əleyhinə çıxmayacaqsan. Ən azından ona görə ki, mən Allahdan umduğumu və ən əsası isə Allahın verdiyini yuxu kimi yaşamaqdan, xəyal kimi daşımaqdan ləzzət alsam da, amma reallığın da nə demək olduğunu anlayıram...

İndi bu yazını ilin son pıçıltısı kimi ürəyimdən keçirdiyim anın özündə mənə elə gəlir ki, sən ən yaxın nöqtədə dayanıb bu təkrarçılıqdan, bu özünüifadədən yorulduğunu deməyə çalışırsan, bəlkə də deyirsən. Olsun! Təkrarın nə demək olduğunu hər kəs bilir. Mən də unutmamışam. Ona görə də bildiyimi danışmaqdan, öyrətməkdən, xatırlatmaqdan yorulmuram. Və burda da qəbahət bir iş də, bir nüans da görmürəm. Gördüyüm yuxular, qurduğum isə xəyallardı. Bax, elə həmin o yuxuların, xəyalların bir anı da bu şeirdə gerçəkləşibdi. O şeirdə sənə üz tutub demişəm ki:


Mənə yuxunu danış

Vergülünü unutma...

Kipriyinin ucunu –

Mən öpməmiş qurutma!


Xəyalını pıçılda

Asılım qanadından...

Ürəyimdə puçurla –

Məst olum inadından...


Mənə arzunu söylə

Dinləyim dua kimi...

Keçsin, sən elə eylə -

İçimdən şüa kimi...


Mənə istəyini de

Susma, danış baxışla...

Səni dəli tək öpdüm –

Küsmə, dəli, bağışla!..

Hə, bu da 2019-un sonuncu köşə yazısı... bu da mənim hər an əlimi açıb səcdəsində dayandığım o BİRin mənə ayırdığı bir illik ömürdə yaşadıqlarımın kiçicik ifadəsi... bu da o birin mənim ürəyimdə and yeri etdiyi sən BİRə ünvanlanan istəkləri, duyğuları, pıçıltıları...

Düşünürəm ki, bəlkə də bu bir ildə etdiyim duaların sözlə ifadəsini bir yerə toplasam neçə cilidlik kitablar alınardı. Amma mən onları yazıya köçürmədim. Çünki həmin dualar BİRdən ürəyimdə olan sən bir üçün idi. Aramızda olan bütün xəyalları, xatirələri, hətta yuxuları mən yalnız o BİRlə və Sənlə bölüşməyə can atmışam və etmişəm də. Axı bu, pünhan duyğulardı, sən də ismi-pünhan! Ona görə də 2019-un son köşə yazısını elə sənə yazdığım bir şeirlə də bitirirəm:


Doğma deyiləm sənə

Yad da ola bilmirəm...

Kədərə gücüm çatmır –

Şad da ola bilmirəm...


Ruhumda bir sönüklük

Kipriyimdə nəm düyün...

Gözlənilməz dönüklük –

Qəmdi, düşüb qəm, düyün...


Baxdığım bulud qara

Gəzdiyim yer pıtraq...

Həsrət də çəkir dara –

Qoymur susub oturaq...


Bu halda, bu durumda

Göz yolda, qulaq səsdə...

De, mən harda durum ta –

Son qoyasan bu qəsdə!..

... Və beləcə, o BİRimin hər birimizə verdiyi ömür payının işığında 2020-ci ilə sevgilərlə qədəm qoymağınızı arzu edirəm. İstəyirəm ki, o BİR ürəyimdəki sən BİRin həyatını, ömrünü sevgimə bələsin. 2020-ci ilimiz sevgiylə süstlənsin!..




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK