nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Rəfin Cəfərov: "Bu millətə istedad lazım deyil" - MÜSAHİBƏ Adalet.az | Rəfin Cəfərov: "Bu millətə istedad lazım deyil" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Rəfin Cəfərov: "Bu millətə istedad lazım deyil" - MÜSAHİBƏ

22748    |   2019-12-25 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaman sürətlə irəliləyir və insan istəsə də, istəməsə də zamanın axarına təslim olur.

Texnoloji inkişaf həyatımızda bir çox dəyişikliklərin baş verməsinə səbəb olur. Elə sosial şəbəkələr buna ən böyük nümunədir. 

Fikir vermişəm, son zamanlar insanlar informasiyanı yazılardan, xəbərlərdən, yəni mətnlərdən yox, şəkillər və ən çox videolardan almağa çalışır. Yəni informasiya vizuallaşıb.

Həmçinin artıq gənclər də insanlara ötürmək istədikləri mesajları video ilə çatdırmağa çalışırlar. 

Bu işə bir ad da qoyulub: "vayner"

Hər bir vaynerin öz üslubu, mövzuları və müvafiq olaraq öz kütləsi var.

Həmin vaynerlərdən biri də Rəfin Cəfərovdur.

***

- Vayner olmaq qərarına nə vaxt və necə gəldin?

- Universitetdə oxuduğum vaxtlarda beynimdə çəkiliş etməklə bağlı fikirlər var idi. Sırf YouTube üçün film çəkmək fikrim var idi. Qrup yoldaşlarıma təklif etsəm də kömək edən olmadı. Ona görə də tək başlamaq istəmədim və hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıdanda artıq 1 dəqiqəlik videolara maraq olduğunu gördüm və dedim ki, niyə də çəkməyim? Amma əvvəl qısametrajlı filmlər çəkmək istəyirdim, gördüm ki, insanların marağı bir dəqiqəlik qısa videolaradır. Mən də bu tərz videolar çəkməyə başladım.

- Bu videoları çəkməkdə əsas məqsədin nə idi?

- Məqsəddən çox həvəs deyək. Bu mənə maraqlı gəlir və edirəm. Hər bir insanın həyatda nəyəsə marağı olur, mənim də marağım bunadır və bu məni sevindirir. Günümüzdə sosial media istifadəçilərinin marağında qeyri-ciddi mövzular, bayağı hərəkətlərlə gündəmə gələn insanlar var.

- Səncə, kütlənin bu insanlara maraq göstərməsinin səbəbi nədir?

Mən problemi bu videoları çəkən insanlarda görmürəm. Mən problemi insanlarda görürəm. Sizə misal çəkim. Bir neçə fərqli şəkil paylaşaq: birində yaralanmış əsgərdir, birində anadır, amma birində sırf mənasız bir şeydir. Kütlənin böyük hissəsinin diqqətini o mənasız şəkil cəlb edəcək. Sözü gedən videoları çəkən insanlarda qətiyyən günah görmürəm. Əgər buna maraq olmasa idi onlar bu tip videolar çəkməzdilər.

- Bəs səncə insanların zövqünü formalaşdırmalı deyilik? 

- Hər şey fərdin özündən asılıdır. İlk növbədə insanın özü bunu dərk etməlidir . Məsələn, mənə heç kim deməyib ki, bu kitabı oxu, bu filmə bax. Mənim özümün marağı olub müxtəlif janrlarda filmlər izləməyə, özümü inkişaf etdirməyə, zövqümü formalaşdırmağa. Adam var ibrətamiz bir video çəkmək istəyir, amma bunu çox gülməli vəziyyətdə təqdim edir, çünki bu iş üçün hazır deyil . Bizdə insanlar YouTube-a gəlir yeri kimi baxırlar. Düzdür, xarici ölkələrdə buradan yüksək gəlir əldə etmək mümkündür, amma bizdə YouTube o qədər geridə qalıb ki, mənim 16 minbaxış sayı olan kanalımın olmasına baxmayaraq oradan hələ bir aylıq maaş qədər pul əldə etməmişəm. Onlar elə bilirlər ki, YouTube kanalı açmaqla sərvət qazanacaqlar amma bu belə deyil.

- İzləyicilərinin videolarına olan reaksiyaları sənə necə təsir edir?

- On faiz insan nəyisə bəyənmir, bu normal haldır, çünki hər insanın zövqü müxtəlifdir. Mən mənfi rəyləri oxuyanda görməzdən gəlirəm.

- Sosial media fenomenlərindən eləcə də vaynerlərdən kimləri bəyənirsən?

- Bir çoxuna baxıram, amma bəyənməyə qalsa mən heç özümü bəyənmirəm . Hər işimə baxıb bundan da yaxşısını edə bilərəm deyə düşünürəm . Aktyorluq qabiliyyətini bəyəndiyim insanlar var . Amma ssenari cəhətdən çox azdı bəyəndiklərim. Məsələn, Taleh Yüzbəyovu bəyənirəm.

- Digər vaynerlər ilə rəqabətdə olduğunu düşünürsən?

- Xeyr. Düşünürəm ki, bu işdə rəqabət yoxdur. Hərə bir cür çalışır ki, nəsə etsin, biz də alqışlayırıq (gülür). Paxıllıq çəkmirəm. Onların öz auditoriyası, mənim də öz balaca auditoriyam var. Sadəcə auditoriya fərqi var. Kiminsə auditoriyasının 80 faizi balaca uşaqlardır.

- Təzə dəb də çıxdı. Vayner cütlüklər mahnı yazdırırlar, klip çəkdirirlər. Sənin buna münasibətin necədir?

- Mən özüm də 2018-ci ilin mart ayında mahnı buraxdım. Parodiya etmişdim. O vaxt indikindən qat-qat az izləyicim vardı, amma yaxşı qarşılanmışdı. İnsanların bu tip mahnılara həmişə marağı olur. Türkiyədə daha əvvəldən var bu. Sadəcə bizə hər şey həmişə gec çatır. İndi səsi olmayan da özünü məcbur edir ki, səsim var. Mən bunu parodiya şəklində yumoristik formada edirdimsə, bəziləri bunu ciddi-ciddi edir. Mənim səsim yoxdursa, bu sahədə təhsilim yoxdursa, vokal dərsləri almamışamsa, buna rəğmən bu işlə ciddi məşğul oluramsa, artıq problem var. Hər şey göz qabağındadır. Bu yolla bu qədər baxış sayı yığıbsa, demək ki, bu millətin damarını tutub . Buna yalnız alqış düşür. Deməli, insanlara lazım olan şeyi o tapıb, mən tapmamışam. Mən yenə də deyirəm, problem millətdədir. Bir insan bu tip mahnıya dəfələrlə qulaq asırsa, bu onun puç olmuş zövqündən xəbər verir. O qədər səsi olan istedadlı gənclərimiz var ki, heç tanınmırlar, çünki bu millətə istedad lazım deyil. Bizə lazım olan bayağı mahnılardır.

- Trend olan xarici mahnıları tərcümə edirsən. Bəs özün hansı musiqiləri dinləməyə üstünlük verirsən?

- Bəli, tərcümə edirəm. İstəyirəm insanlar bilsinlər ki, nəyə qulaq asırlar və bunu dinləyərkən kənardan necə görünürlər. Rusiyada narkotikdən bəhs edən replər oxunur, bu repləri məktəblilər də dinləyir, başa düşür. Mən özüm həftədə bir mahnıya qulaq asıram. Mənim playlistimdə mahnılar çox tez dəyişilir. Müxtəlif janrda musiqilər dinləyirəm. Daima qulaq asdığım mahnılar isə klassik musiqilər olur.

- Sizi narahat edən və bu barədə video çəkmək istədiyin mövzular nələrdir?

- Mövzu elə bir şeydir ki, özü gəlir . Avtobusda gedirəm, hansısa bir hadisənin şahidi oluram və bu barədə video çəkmək qərarına gəlirəm. Gündəmdə o qədər mövzu var ki, o qədər şey çəkmək olar ki. Bu ölkədə o qədər gülməli, komik şeylər baş verir ki, əlavə mövzu düşünməyə ehtiyac qalmır .

- Bir videonun çəkilib , ərsəyə gəlməsi üçün nə qədər vaxt lazım olur?

- Elə çəkiliş olur ki, cəmi bir saata çəkilir, eləsi olur 5 saat vaxt alır. Vaxt ən çox məkanlara gedir. Baxanda bir dəqiqəlik videodur, amma çəkilməsinə saatlar sərf olunur .

- Bəs indi bizim vasitəmizlə insanlara nə demək istəyərdin?

- Çox şey demək istəyərdim (gülür ). Təəssüf ki, deməyimlə heçnə düzələn deyil, çünki ilk növbədə insan özü dərk etməlidir. Kiminsə maddi imkanı varsa özünə yatırsın. Yəni lazımsız olan şeylərə xərcləməsin. Məsələn, mən qəlyana pul xərcləmirəm. İldə bir dəfə çəkirəm . Mən enerji içkilərinə pul xərcləmirəm, amma elə insanlar var ki bütün pullarını bu tip şeylərə xərcləyirlər. Bu pullarla özlərini inkişaf etdirə bilərlər. Əgər bir sahəyə maraqları varsa, mütləq onun arxasınca getsinlər. Hec kimi dinləməsinlər. Mənim iki diplomum var, hazırda dənizdə işləməliyəm, aya da iki min manat pul almalıyam. Mühəndisəm, amma həvəsim yoxdur bu işə . O vaxt ailəm mənə qulaq asmadı . Valideynlər deyirlər ki, mən bilirəm mənim uşağım üçün ən yaxşısı nədir. Mən özüm də bilmirdim nə istəyirəm, bir fikrim vardı, harasa qəbul olmaq. Burdan valideynlərə səslənirəm, öz övladlarına kömək etsinlər ki, onlar öz maraqlarının arxasınca getsinlər. Mənim 6 illik təhsilim hara getdi, heç özüm də bilmirəm.


Ulucay Akif 



İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK