nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | VAQİF ƏSƏDOV: PİYADALARLA BAĞLI ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI BİZİ ÇOX NARAHAT EDİR Adalet.az | VAQİF ƏSƏDOV: PİYADALARLA BAĞLI ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI BİZİ ÇOX NARAHAT EDİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

VAQİF ƏSƏDOV: PİYADALARLA BAĞLI ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI BİZİ ÇOX NARAHAT EDİR

24427    |   2019-12-26 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ədalət”in suallarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovinki Vaqif Əsədov cavablandırır

- Cənab polkovnik, bir neçə gündən sonra 2020-ci il qapımızı döyəcək. Köhnə ili hansı uğurlarla və yeni ili hansı ovqatla qarşılayırsınız. Daha doğrusu, köhnə ili yola salıb, yeni ili qarşılayanda qanınız qaralmır ki?...

- Hər ilin öz gözəlliyi var. Və Allah-Təala bizə bu illəri yaşamağı qismət eləyirsə, buna görə şükranlıq etməliyik. Biz yol polisi olaraq həmişə çalışmışıq ki, hərəkətin təhlükəsizliyini təmin edək və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını alaq. Sevindiricidir ki, bir çox göstəricilər bizim müsbət işimizin bəhrəsidir. Ən azından ona çalışmışıq ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında çox ciddi addımlar ataq və bu addımları da atmışıq...

- Yeni illə bağlı deyəsən tədbirləriniz çoxdu. Hər dəfə sizə zəng edəndə hiss edirəm ki, bir tədbirdən çıxıb başqa bir tədbirə gedirsiniz. Bu tədbirlər sizi yormur ki?!

- Yeni il ərəfəsində həmişə yol polisinin işi və daşıdığı məsuliyyət hissi bir qədər də çox olur. İstər məktəblər olsun, istərsə də digər təhsil ocaqları. Həmin yerlərdə biz tez-tez görüşlərdə olur, məktəblilər, tələbələrlə hərəkətin təhlükəsizliyi ilə bağlı maarifləndirici söhbətlər aparırıq. Üstəlik də onlara yol hərəkəti ilə əlaqədar hazırladığımız bukletləri paylayırıq. Sirr deyil ki, yeni ildə həm şəhərimizə xaricdən çoxlu qonaqlar gəlir, həm də rayonlardan Bakıya insan axın əvvəlki vaxtla müqayisədə bir qədər artıq olur. Təbii ki, belə bir vəziyyətdə yol polisi həm nəqliyyat vasitələrinin hərəkətini tənzimləməli, həm də piyadaların təhlükəsizliyini təmin etməlidir...

- Amma görürsən ki, yol polisinin hətta gücləndirimiş iş rejimində çalışdığı vaxt qəzalar qaçılmaz olur. Bax, burda günahkar yol polisidi, yoxsa hərəkət iştirakçıları...

- Təbii ki, bayaq dedim axı, yol polisi öz funksiyasını istər bayram günlərində, istərsə də adi günlərdə məsuliyyətlə yerinə yetirir. Çox təəssüf ki, bir çox halda sürücülər və piyadalar bayram günləri belə öz təhlükəsizlikləri haqqında fikirləşmir, yol hərəkəti qaydalarını kobud surətdə pozurlar. Aydındır ki, yol hərəkəti qaydalarının pozulması da qəzaların və piyadavurma hallarının baş verməsinə şərait yaradır...

- Piyadavurma halları dediniz, son vaxtlar respublikamızda və Bakı şəhərində piyadaların ölümü ilə nəticələnən hadisələr yadımıza düşdü. Sirr deyil ki, bu ilin 11 ayında 300-ə yaxın piyadanın vurularaq öldürülməsi faktı mövcuddur. Bilmək olarmı Bakı şəhərində piyadaların ölümü ilə bağlı nə qədər hadisə baş verib?

- Siz bizim çox yaralı yerimizə toxundunuz. Çünki piyadalarla bağlı ölüm hadisələrinin artması yol polisini və eləcə də bizim rəhbərliyi çox narahat edir. Belə ki, bu ilin 11 ayı ərzində Bakı şəhərində piyadaların ölümü ilə nəticələnən 107 hadisə baş verib. İndi siz görün bu nə deməkdi? Burda ilk növbədə sürücü, piyada və hərəkət iştirakçıları məsuliyyət daşıyır.

- Vaqif müəllim, görünür, burda həm sürücülərin, həm də piyadaların günahı var. 15-20 gün bundan əvvəl Sulutəpə-Biləcəri yolunda yük maşını 11-ci sinifdə oxuyan iki şagirdin üstündən keçdi. Günün qaranlıq saatı olduğundan nə sürücü qarşıdan gələn piyadaları gördü, nə də piyadalar günün qaranlıq saatını nəzərə almadılar. Bu isə faciə ilə bitdi. İki ailə gənc övladını itirdi, sürücü isə həbsxanaya düşdü...

- Bizim hərəkət iştirakçılarının ən böyük günahı yolun təyin olunmamış yerindən keçməyidir. Üstəlik də sürücülər belə anlarda ya fikirli olur, ya gecə saatı olduğu üçün yol yaxşı işıqlandırılmır, ya da başqa bir səbəbdən bu cür ağır hadisələr baş verir. Birmənalı olaraq deyə bilərəm ki, sürücü və piyadalar yol hərəkəti qaydalarına əməl etsələr, insanlar belə faciələrlə üzləşməzlər. Ən azından ona görə ki, yerüstü və yeraltı keçidlər var və təyin olunmuş yerlər mövcuddur. Təəssüf ki, bundan bizim piyadalar az istifadə edirlər...

- Dediyiniz faktların bir jurnalist olaraq biz də şahidi oluşuq. Çünki dəfələrlə sizin keçirdiyiniz reydlərdə iştirak eləmişik. Və o reydlərdə çoxlu sayda piyadalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 20 manat məbləğində cərimə ediliblər. Amma sabahı gün gəlib reyd keçirən yerə baxanda yenə piyadaların təyin olunmamış yerdən keçdiklərini görmüşük...

- Elə biz də məhz bu məsələlərə görə narahat oluruq da. Təbliğat aparılır, maariflənmə işləri görürük, televiziyalarda və qəzetlərdə bu barədə söhbətlər olunur. Təəssüf ki, nəticə çıxaranlar çox az olur. Hərəkətin çox yüksək olduğu yerdən piyada keçəndə o, 40 manat məbləğində cərimə olunur. Məsələn, hava limanına gedən yolda və digər hərəkətin yüksək olduğu prospektlərdə. Amma yenə görürsən ki, o yolu keçmək istəyən piyadalar qaça-qaça yolun o biri səmtinə can atır. Belə anlar isə piyadanın vurulması yüksək sürətlə gələn avtomobil tərəfindən qaçılmaz olur...

- Siz dəfələrlə yağışlı havalarla bağlı Bakı şəhərində nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq etmisiniz. Bildirmisiniz ki, yağışlı havada sürət həddini aşağı endirsinlər, ara məsafəsi saxlasınlar və əyləc sistemindən istifadə etməsinlər. Ancaq ən çox da yol-qəza hadisələri və piyadavurmalar bu cür mürəkkəb hava şəraitində baş verir...

- Sualınıza görə və bizim işimizi qiymətləndirdiyiniz üçün təşəkkürümü bildirirəm. Mürəkkəb hava ilə bağlı həmişə hidrometroloqlar adiyyəti qurumları məlumatlandırır. Biz də həmin məlumat əsasında sürücülərə xəbərdarlıq edirik. Bildiririk ki, yağışlı havalarda diqqətli olsunlar, ara məsafəsi saxlasınlar və əyləc sistemindən çox istifadə eləməsinlər. Bu qabaqlayıcı tədbirlərə əməl eləyənlər də olur, təəssüf ki, əməl eləməyənlər də. Əməl edənlər təhlükədən xilas olur, əməl etməyənlər faciəli anlarla üzləşirlər. Hər halda, biz yol polisi olaraq çalışırıq ki, mövcud təhlükəni hərəkət iştirakçılarının diqqətinə çatdıraq...

- Bakıda toy mərasimləri zamanı bəy-gəlin karvanlarının qanunları pozmasına da tez-tez rast gəlinir. Hətta bir dəfə ağır qəza da baş verib, ölən və yaralananlar da olub. Bəzi məsuliyyətsiz sürücülərin ötüşmə həvəsi toyu yasa döndərir...

- Bax, bu məsələlər də yol polisinin həmişə diqqət mərkəzindədir. Çünki şəhərimizdə olan kameralara belə hadisələr tez-tez düşür. Təbii ki, onlar tapılır və məsuliyyətə cəlb olunurlar. Toy şadlıq deməkdir. Əgər bəy-gəlin karvanında hansısa bir adam "qəhrəmanlıq” göstərmək istəyirsə, bu ona baha başa gəlir. Çünki qanunu pozan o sürücülər heç biri yol polisinin nəzərindən yayınmır və onlar inzibati məsuliyyətə cəlb olunurlar.

- Cənab polkovnik, bir narahatedici fakt da velosiped və moped idarə edənlərlə bağlıdır. Sirr deyil ki, onlar yolun hərəkət hissəsilə gedərkən yol hərəkəti qaydasına əməl etmir və onu tez-tez pozurlar. Bu yaxınlarda Binəqədi rayonu ərazisində bir avtobus sürücüsü velosiped sürəni vurub öldürüb və hadisə yerindən qaçıb. Sonradan həmin sürücünü polis axtarıb taparaq saxlayıb...

- Velosipedlə, mopedlərlə bağlı mövcud təhlükəni aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirici tədbirlər keçirir. Belə ki, idarənin əməkdaşları tərəfindən həmin sürücülərə təhlükəsizlik məqsədilə tövsiyələr olunur, dəbilqədən istifadə etmək məsləhət bilinir və eyni zamanda onlara maarifləndirici bukletlər paylanır. Bizim özümüz də Bakı şəhərində həmin sürücülərin təhükəsizliyi üçün dəfələrlə qabaqlayıcı tədbirlər həyata keçirmişik. Ümumiyyətlə, velosiped və moped idarə edənlər çox diqqətli olmalı, onlar üçün ayrılmış yerlərdə getməlidilər. Çox təəssüf ki, bəzən görürsən ki, həmin nəqliyyat vasitələrinin sürücüləri hərəkətin çox yüksək sürətli olduğu yollarda hərəkət edir, qəfil soldan sağa, sağdan da sola keçirlər. Bu cür manevrlər avtomobil sürücülərini çaşdırır.

- Cənab polkovnik, elə bil suallarımla sizi çox yordum. Onsuz da yeni il qabağı işiniz çoxdu. Bir tərəfdən də biz jurnalistlərin sorğu-sualları... Yeni il münasibətilə biz Azərbaycan polisini, başda general-polkovinik Vilayət Eyvazov olmaqla bütün əməkdaşları təbrik edirik. Çünki polis həm ictimai asayişi təmin edir, həm cinayətkara qarşı mübarizə aparır, həm də hərəkətin təhlükəsizliyini qoruyur...

- Polisə belə yüksək qiymət verdiyinizə görə, bir daha sizə təşəkkürümü bildirirəm. Çünki "Ədalət” qəzeti mən deyərdim ki, Azərbaycan polisinin ən yaxın dostudur. Biz də başda Aqil Abbas olmaqla sizin kollektivi yeni il münasibətilə təbrik edirik. Siz necə dostluğa sadiqsinizsə, biz də elə sadiqik. Düşünürəm ki, Azərbaycan polisi ilə "Ədalət”in dostluğu hələ bundan sonra da uzun illər davam edəcək.


Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK