hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | İLİSU... SANKİ BİR ƏFSANƏ KİMİ... - Məzahir ƏHMƏDZADƏ yazır Adalet.az | İLİSU... SANKİ BİR ƏFSANƏ KİMİ... - Məzahir ƏHMƏDZADƏ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLİSU... SANKİ BİR ƏFSANƏ KİMİ... - Məzahir ƏHMƏDZADƏ yazır

28527    |   2019-12-23 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu, 30-40 il əvvəllərin yalnız qoyunçuluqla məşğul olan ucqar dağ kəndi İlisu deyil artıq. Bu kənd indi öz inkişafı, infrastruktur üstünlükləri, sosial-mədəni həyatı, turizm potensialı və təbii cazibəsi ilə ad qazanan bir Azərbaycan brendinə çevrilməkdədir. İlisu Qax rayonunun, bütövlükdə şimal-qərb bölgəsinin simvolu kimi son illər daha çox şöhrət qazanır. Onun səsi-sorağı yaxın-uzaq xarici ölkələrə qədər gedib çıxır. Çünki məhşur İlisu kəndi indi daha böyük inkişafa, müasirləşməyə doğru gedir. İlisu neçə illərdir ki, həm öz yerinə, həm də vətənin işğal altında olan Şuşa adlı incisinin də əvəzinə insanlara qucaq açır. Böyük Qafqaz, Kiçik Qafqaz...

Mən bir Azərbaycan vətəndaşı olaraq, bir jurnalist olaraq vətənimin hər qarış torpağını ana kimi sevirəm. Uşaqlığımdan tanıdığım İlisunu da çox sevirəm. Başqalarının, xüsusilə xarici ölkə vətəndaşlarının da qədim İlisunu sevməsini, daha çox sevməsini arzulayıram. Buna hamımızın haqqı var zənnindəyəm. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində digər bölgələrlə yanaşı, Qaxda da tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Bu baxımdan rayonun qədim tarixə malik çoxsaylı tarixi abidələri, ecazkar təbiəti ilə göz oxşayan, milli-mənəvi dəyərlərimizi, zəngin mətbəximizi bu gün də yaşadan, əhalisi ilə sayılıb seçilən İlisu kəndində baş verən dəyişikliklər, quruculuq işləri, Dövlət Proqramlarına uyğun olaraq həyata keçirilən sosial-iqtisadi infrastruktur layihələri, milli köklərə söykənən təmir-bərpa işləri, inşa edilən müasir turizm obyektləri hər kəsi valeh edir, insanlarda xoş ovqat yaradır. İlisuda yaşayan yüzlərlə sakin son illərin inkişafı sayəsində yeni-yeni iş yerlərinə malik olmuş və bütün bunlar turizmin inkişafı ilə yanaşı yüksələn xətlə inkişaf etməkdədir. Bu barədə bir sıra vacib faktları diqqətə çatdırmazdan qabaq qeyd etmək yerinə düşər ki, günümüzün İlisusu zəngin qədimliyin, tarixi-mədəni ənənələrin üzərində ən müasir bir məkana çevrilməkdədir. Dünyanın çox yerlərində belə hallar olur. Turizmin sürətli inkişafı, daha gəlirli sahəyə çevrilməsi həyat tərzinin, məşğuliyyət profillərinin təyinat dəyişikliklərinə yol açır. Ancaq heç bir ənənə və istək dağılıb getmir. Əksinə, hər kəs öz istəyi ilə azad şəkildə əmək fəaliyyətini müəyyənləşdirir.

Nə yaxşı ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra kəndin bugünkü sosial-iqtisadi inkişafında mühüm rol oynayan quruculuq işlərinə start verildi. Sahibkarlığın, turizmin, o cümlədən kənd turizminin inkişafı üçün mühüm qanunvericilik bazası yaradıldı.

Ölkədə həyata keçirilən sosial yönümlü siyasət hörmətli Prezidentimiz İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində, rayon rəhbərliyinin qaldırdığı əsaslandırılmış təklif və rəylərə əsasən dövlət vəsaiti hesabına kəndi ikiyə bölən Hamamçay üzərində müasir aşırımlı körpü inşa olundu. Kənddəki bütün mənzillər, sosial obyektlər qazlaşdırıldı, bütün evlərə su xətləri çəkildi.

Yollar başdan–başa asfaltlanıb. Kəndarası yardımçı yollara daş döşənib. Qədim tikililər də əsaslı təmir yolu ilə şuxlandırılır. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, ticarət və iaşə obyektləri... Daha nə lazımdır ki?

Buradaca xüsusi vurğulamaq yerinə düşər. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, rayonun və bölgənin ağsaqqalı Əhməd Əhmədzadənin təşəbbüsü və rəhbərliyi ilə Hamamçay və Kürmük çayı boyunca çəkilən nəhəng dəmir-beton bəndlər kəndin böyük problemi olan sel-sulardan mühafizəsini təmin edir. Nə gur leysanlar zamanı, nə də sərt qış aylarında daha heç bir problem yaranmır.

Görənlər bilir ki, İlisunun gözəlliyi bir başqadır. Bir çox hallarda Avropadan gələn turistlər bir-birinə bənzəyən izdihamlı mehmanxana şəraitini bəyənmir, bölgənin füsnkar gözəllikləri olan, tarixi abidələrlə zəngin təbiətin qoynundakı kəndlərdə istirahət etməyə üstünlük verirlər. Turistlər əsasən rayonun digər dağ kəndləri ilə yanaşı qədim tarixə malik, Böyük Qafqaz dağının qoynunda yerləşən İlisu kəndinə üstünlük verirlər. Ona görə də kəndin sosial-iqtisadi inkişafını, perspektivini nəzərə alan rayon rəhbərliyi İlisuda otel turizmi ilə yanaşı yaşıl turizmin və ya kənd turizminin inkişafı üçün kəndin problemlərinin həlli, elektrik enerjisi, mavi yanacağı, içməli su ilə təminatının yaxşılaşdırlması, abadlığı, tarixi yerlərinin bərpası ilə yanaşı, sakinlər arasında maarifləndirmə işini də genişləndirmiş, müvafiq qurumların və ziyalıların qüvvəsini bu istiqamətdə səfərbərliyə almışdır.

Kəndin mərkəzi küçəsinin hər iki tərəfində divarlar, binaların fasadları yerli memarlıq üslubunda təmir edilmiş, çay daşlarından üzlük çəkilmişdir. Daxili imkanlar hesabına tibb məntəqəsinin və Bürc qalasının ətrafında və digər yerlərdə geniş abadlıq işləri görülmüşdür. Kəndin küçə və məhəllələri tamamilə işıqlandırılmışdır.

Küçələrə yerli sənətkarlar tərəfindən milli memarlıq üslübünda döşənən çay daşları bu yerlərin tarixi görkəmini özünə qaytarır. Son illər 8 küçədə, Bucaq məhlə və Səngər məhlədə bütövlükdə belə abadlıq işləri davam etdirilmişdir.

Ümumiyyətlə, son dövrlər respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən qlobal tədbirlərlə yanaşı, İlisu kəndinin abadlaşdırılması, sosial-iqtisadi inkişafı, problemlərin həlli, tarixi görkəminin bərpası istiqamətində daxili imkanalar hesabına görülən işlər nəticəsində kənddə nümunəvi səliqə-səhman yaradılmış, bu yerlər simasını tamamilə dəyişmişdir.

Hazırda İlisunun ərazisində 8 müasir turizm və istirahət müəssisəsi fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində 190 nəfər daimi, 80 nəfər mövsümü olmaqla müxtəlif işlərdə çalışır. İlisunun turizm obyektlərində il ərzində təxminən 25 min nəfərə yaxın turist istirahət edir. Bunlardan 3200 nəfərə yaxını xarici turistlərdir.

İlisuda 16 ədəd ictimai-iaşə obyektləri fəaliyyyət göstərir. Daimi işləyən mehmanxana və restoranlarda yerli əhali çalışır.

Qeyd etdiyimiz kimi İlisu kəndi ərazisində 8 müasir turizm, istirahət müəssisələri fəaliyyət göstərir. Mən burada vaxtilə qələmə aldığım "Uludağ əfsanəsi” yazımı xatırlamaya bilmirəm. "Uludağ” İlisunun ilk istirahət mərkəzlərindən biridir.

O vaxt yazmışdım: Burada dayandığın yerdən dönüb hara baxsan zirvələri buludlara toxunan dağlardan savayı heç nə görə bilməzsən. Yalnız göyüzüdür. Bir də bu əzəmətli dağların qayalıqlarından şığıyan dəli Kürmük. Dağlar bu kəndi qolları arasına alıb keşiyini çəkər, hərdən buludları toqquşdurub ildırımlar şaqqıldadar, bəd nəzərlərdən, pis niyyətlərdən qoruyar onu. Aydın gecələrdə o dağların zirvəsinə qalxsan, göydəki ulduzlara əl uzadıb alma kimi dərə bilərsən. O qədər yaxın görünür ki. Bu xəyallar səhərin alatoranında sis-dumana ilişib başqa bir ovqat doğurar. Orda, uzaqlarda bir yalquzaq da yol gedər...




İmza:

YAZARIN ARXİVİ

2018-12-20 : ƏNDAZƏ
2018-12-17 : NARSİSİZM
2018-12-15 : ƏMƏLİYYAT
2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK