ANA SƏHİFƏ / YAZARLAR

ƏHMƏD AĞAOĞLUNUN DÜŞÜNCƏ DÜNYASI - Seyfəddin ALTAYLI yazır

fil.ü.f.d.dos. Seyfəddin ALTAYLI

52991    |   2019-12-20 13:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əhməd Ağaoğlu, Azərbaycanın yetişdirdiyi tarixi şəxsiyətlərimizdəndir. Onun özünə məxsus fikir dünyası vardır. Bu məqalədə onun öz əsərlərindən, yazılarından örnəklər verərək fikir dünyasını şərh etməyə çalışacayıq. Məqsədimiz bu ziyalı şəxsiyyətimizin fikirlərinin tariximizə, mədəniyyətimizə hansı səviyyələrdə uyub-uymaması məsələsini özümüzə görə aydınlaşdırmaqdır. Nə onu doqmalaşdırmaq nə də tənqid etmək kimi bir düşüncəmiz esla yoxdur. Onun irəli sürdüyü fikirlərə həm öz yazıları həm də tariximizdən və ədəbiyyatımızdan örnəklər verərək yeni nəsillərə müəyyən detalları göstərmək arzusundayam.

Osmanlı dövlətinin tənəzzülü və Cümhuriyətə keçid dövründə Türkiyədəki ziyalıların xüsusilə qərb ilə əlaqələri olmuşdur. Əhməd Ağaoğlu da həm Osmanlı həm də Türkiyə Cümhuriyyətinin elitası arasında özünə məxsus yer tutmuş, fikirləri və çalışmaları ilə o dövrün olaylarına öz möhürünü basmış bir şəxsiyyətimizdir. Öncəliklə Osmanlı dövlətini tənəzzülə aparan səbəblərin bir neçə başlıq altında dilə gətirilməsi Osmanlı ziyalılarının, o cümlədən Ağaoğlunun düşüncələrinin daha yaxşı başa düşülməsində önəmli rol oynayacaqdır düşüncəsindəyəm.

1. Osmanlı dövləti üç qitəyə hərbi gücü sayəsində hökm etmiş, 376 il dünyanın yegânə aparıcı qüvvəsi olmuşdur. Ancaq bu hərbi güc zəiflədiyində ələ keçirdiyi torpaqları hakimiyyətində saxlaya bilməmişdir.

2. Əlində tutduğu torpaqların böyüklüyü dövlət xadimlərini "ədəmi mərkəziyyət” deyilən bölgədən idarə etmə prinsipinə yönəlməsinə səbəb olmuş və dövlətin mərkəzi avtoritetinin zəiflədiyi zamanlarda bölgələri idarə edənlər öz mənafelərini güdərək suistifadəyə yönəlmiş, bunlar da özəlliklə qeyri Türk ünsürlərin üsyanına səbəb olmuş və bu üsyanlar da dövlətin taqətini kəsmişdir.

Bu mövzuda Ağaoğlu da çox doğru olaraq bu ibrətamiz fikirlərini bildirmişdir:

"Osmanlı Dəvləti'nin bünyəsi bir birlik halində ikən, yazık ki, zaman aşımı ilə və sırf dəvlət adamlarının ihmalləri və dəvlətin mahiyətini anlamamaları yüzündən bu bir­liğin yerini bir topluluk, bir millətlər dəvləti zihniyəti aldı” (Ağaoğlu 2013:105).

"Osmanlı Dəvləti'ndə mərkəzə yönələn unsur Türk'tü. Mərkəzdən uzaklaşan unsurlar da diğərləriydi. Şu hal­də, Osmanlı büyükləri bu gərçəği dikkatə alarak ona görə harəkət etməliydi­lər. Fakat Osmanlı dəvlət adamları, Fatih'tən sonra, bu prənsibin tamamıy­la aksinə harəkət etmiş bulundular.” (Ağaoğlu 2013:106).

"Üç yüz yıldan bəri işbaşına geçmiş olan dəvlət adamlarının sicilləri incələnirsə, aralarında yüzdə yirmisinin bilə Türk olmadığı anlaşılır. Bunlar hiçbir zaman, kanı ilə, kal­bi ilə Türk'ə bağlı olmamış, Türk'ü anlamamış, Türk'ün səvinçlə­rinə katılmamış, fəlakətli zamanlarda Türk'ü tərk edip gitmişlərdir” (Ağaoğlu 2013:108-109).

Bu sözlər qarşısında ancaq hörmətlə baş əyilər və Ağaoğlu alqışlanar.

3. Osmanlı dövləti ən başdan etibarən hakimiyyətindəki qeyri Türk xalqlara, xüsusilə də xıristiyanlara geniş hüquqlar tanımışdır. Məsələn 1572-ci ildə Fransada Katolik məzhəbinə mənsub insanların Sain-Bartheləmy qırğınında provaslavlara yaşamaq hüququ tanımadığı bir vaxtda Osmanlı dövlətinin sədrəzəmi əslən Bosnanın Sokolovici kəndində dünyaya gəlmiş, Ortodoks xıristiyan ailəsindən gəlmə və əsil adı Bayo olan Sokollu Məhməd Paşa idi. Dövlətin zəiflədiyi dönəmlərdə bu cür qeyri Türk dövlət xadimləri Osmanlıya zərbə üstünə zərbə endirmiş və onun tənəzzülünü hazırlamışdır (Armaoğlu 2016:34).

4. Orta Çağdan etibarən Avropa ölkələri arasındaki münasibətlər əslində xıristiyanlar arası münasibətlərdən ibarətdi. Osmanlının xıristiyan xalqları hakimiyyəti altında saxlaması Avropalıları dəhşətli dərəcədə qəzəbləndirmiş, onlar bu qəzəblərini cilovlayaraq daimi inkişaf prosesinə daxil olmuş və fürsəti gözləyərək vaxtı çatdığında da xıristiyan dininə mənsub xalqları milli müstəqillik mübarizəsinə yönəldərək Osmanlıya zərbə üstünə zərbə endirmiş, dəhşətli qırğınlar törətdirərək Türkləri Avropadan çıxarmışlardır.

5. Osmanlı dövlət xadimləri qərbdə XVI-cı əsrdə başlayan renessans və reform hərəkətlərinin səbəb olduğu aydınlanma çağının nə olduğunu başa düşməmiş, XVIII əsrin başından etibarən Avropanın elmi və texnoloji yöndə yeritdiyi inkişaf prosesinə və sənaye inqılabına layığınca fikir verməmiş, XIX əsr gəldikdə də dağılma dövrünə daxil olmuşdur. Əlbətdə Osmanlı dövlətinin dağılması bir növ İslam mədəniyətinin də diz çökməsi anlamındadır.

Osmanlının son dövründə 1839-cu ildə elan edilən Tənzimat Fərmanı ilə Osmanlıçılıq, İslamçılıq, Türkçülük, QərbçilikSosializm cərəyanları yaranmış, ancaq xüsusilə Qərbçiliyə önəm verilsə də bu fikir yalnızca geyim-kecimdə və Avropasayağı davranışlarda öz əksini tapmışdır.

Əhməd Ağaoğlunun fikir dünyasını şərh edərkən sadalanan bu faktları nəzərdən yayındırmamaq vacib bir məsələdir.

1869-cu ildə Şuşada dünyaya gələn Ağaoğlu ilk təlim-tərbiyəsini bu şəhərdə almış və ilkin düşüncələri erməni şagirdlərin içində onlarla mübarizə əsasında formalaşmışdır. Peterburgda instituta qəbul edilmədiyinə görə 1888-ci ildə Parisə gedərək 1894-cü ilə kimi burada təhsil almışdır.

İslam dünyasının siyasi vəhdət yaratmaq məsələsini ön plana alaraq onların fikri vəhdətdə birləşməsini ikinici plana alan Şeyx Camaləddin Əfqani (Ahmady 2012:16) ilə yaxın dost olmuş, həm onun həm də müəllimi Ernst Renanın fikirlərini əxz etmişdir. Azərbaycana qayıdaraq müxtəlif yerlərdə işləmiş, ictimaiyətdə "Həyat”, "İrşad”, "Tərəqqi” qəzetləri, "Fədai cəmiyyəti”, "Qafqaz Müsəlmanları Müdafiə Komitəsi Difai”ni yaradaraq özünə layiq ad qazanmış, 1909-cu ildə İstanbula gedərək orada "Türk Ocağı”nın yaradılmasında, "Türk Yurdu” dərgisinin təsisində fəal iştirak etmiş, Azərbaycan Cümhuriyətinin yaranmasında əvəzsiz işlər görmüşdür. Millət vəkili seçilmiş, 1919-cu ildə Azərbaycanın tanıdılması məqsədilə yaradılan Sülh Heyətinə daxil olsa da Ermənilərin fitnəsi ilə İngilislər tərəfindən tutularaq Malta adasına sürülmüş, 1921-ci ildə Atatürk onu İngilis əsirlərlə dəyişdirmiş, Anadoluda gedən İstiqlal Mübarizəsinə qoşulmuş, Hakimiyyəti Milliyə qəzetində yazılar yazmış, Sərbəst Firqənin yaradılmasında iştirak etmiş, müəllimlik, qəzetçilik fəaliyyətləri yeritmiş və 1939-cu ildə Haqqın rəhmətinə qovuşmuşdur. Ağaoğlu, Osmanlıca, Rusca, Farsca və Fransızcanı mükəmməl mənimsəmiş tarixî bir ziyalımızdır.

Əhməd Ağaoğlunun fikir dünyası maraqlıdır. Xüsusilə mədəniyət, ailə, toplum, dövlətçilikfərd barədəki düşüncələri onun düşüncə dünyasını göz qabağına sərir.

Osmanlının dağıldığını görən dövlət adamları və ziyalılar dövləti xilas etməyin çarələrini axtarmış, ancaq qərbin tarazsız gücü qarşısında əli-qolu bağlı qalmışlardır. Ağaoğlu "Üç Mədəniyət” adlı əsərini Malta adasındakı sürgün illərində yazmışdır. Bu əsəri ilk dəfə 1927-ci ildə, sonrakı dönəmlərdə də təkrar-təkrar nəşr edilmişdir. Bu da onun əsərinin hədsiz dərəcədə maraqlı olduğundandır. Ağaoğlu bu əsərində ümumiyətlə qərbin üstünlüyünü vurğulamışdır.

AĞAOĞLUNUN MƏDƏNİYƏT ANLAYIŞI

Ağaoğluna görə mədəniyyət: "Mədəniyət, düşüncə və təcəssüs (maraq) tarzından başlayarak giyiniş şəklinə kadar hayatın bütün olaylarını içinə alır.” (Ağaoğlu 2013:25), "Hər mədəniyətin bir kalbi vardır. Bir duyuş tarzı vardır. Dolayısıyla, ortak bir ahlaka, bir dəğər duygusuna, ortak bir iyi və kötü, güzəl və çirkin görüşünə sahiptir” (Ağaoğlu 2013:26).

Ağaoğluna görə dünyada Qərb, İslam, Buda-Brahman mədəniyətləri vardır. Ona görə yeganə qalib olan da qərb mədəniyətidir, digərləri onun qarşısında məğlub olmuşdur.

"Bu mədəniyətlərin karşılıklı durumlarına sözümüzü gətirirkən, bun­lardan birisinin, yani Batı mədəniyətinin galip və diğər ikisinin də yani İslam və Buda-Brahman mədəniyətlərinin mağlûp durumda olduklarını görüyoruz” Ağaoğlu 2013:28).



"Gərək İslam və gərək Buda-Brahman mədəniyəti yenilmişlərdir, bunlar Batı mədəniyətinin şahsiyət və özəlliklərini kabul və onun iradəsinə tâbi olmak məcburiyətindədirlər. Gərək Müslümanlar və gərək Sarı ırk çəvrəsi, əlbisələrindən və əvlərinin döşənməsi gibi hayatın maddi təcəllilərindən başlayarak, ədəbi­yat və müzik gibi manəvi tarafların ən munis köşələrinə kadar Avrupa modəl­lərini taklit etməktədirlər” (Ağaoğlu 2013:30).

"Batı mədəniyətinin üstünlük və galəbəsini kabul və iti­raf ediyor muyuz, etmiyor muyuz? Ediyorsak, o galəbəyi yalnız ilim və fən­nə və hatta bazı siyasi və içtimai təşkilata bağlamamalıyız, mədəniyətin bütü­nünə, zihniyətinə, görüş tarzına, ruhuna, kafasına, dimağına, kalbinə bağlamalıyız. Bundan dolayı kurtulmak, yaşamak, varlığımızı dəvam ettirmək istiyorsak, hayatımızın bütünüylə -yalnız əlbisələrimiz və bazı müəssəsələrimizlə dəğil-ka­famız, kalbimiz, görüş tarzımız, zihniyətimiz ilə də ona uymalıyız. Bunun dı­şında kurtuluş yoktur.” (Ağaoğlu 2013:32).

Bir şeyin yaddan çıxarılmaması vacib məsələdir. Ağaoğlunun mədhiyyə düzdüyü qərb mədəniyyəti vəhşi xarakterlidir, o bunu görməmişdir. Bu mədəniyyətin məhsulu olan kapitalizmin yaratdığı müstəmləkəçilik iki dünya müharibəsinin yaranmasına və on milyonlarla insanın vəhşiyanə şəkildə həlakına və on milyonlarla ocağın sönməsinə səbəb olmuşdur. Həmin müstəmləkəçi ölkələr Türk millətinin başına Asiyada, Afrikada və Avropada olmazın bəlalar açmışlar, hətta onu öz vətənindən belə qovmağı birinci planda fikirləşmiş, qova bilməyincə də kölələşdirmək yoluna üz tutmuşlardır. Bu siyasət Türküstanda, Qafqazda, Balkanlarda və Anadoluda dəfələrlə eynilə təkrar edilmişdir. Hətta Ağaolunun anarxist dediyi Tolstoy belə qərbin müstəmləkəçi mədəniyyətini tənqid atəşinə tutub;

"Tarixin heç bir dövründə 19-cu yüzildəki kimi maddi uğur əldə edilə bilmədi. Ancaq şübhəsiz ki, tarixin heç bir dövründə gettikcə canavarlaşan indiki Xıristiyan dünyamızdakı qədər əxlaqsız, insanın heyvani ehtiraslarına heç bir sərhəddin qoyulmadığı bir yaşayış olmadı.” (Tolstoy 1995:33) deyərək imperialistləri yerin dibinə batırmışdır.

Ağaoğlu kimi bir ziyalı şəxsiyətin qərb mədəniyyətini zirvəyə qaldırıb İslam mədəniyyətini Türk millətinin şəxsində yerin dibinə batırması, üstəlik I Dünya Müharibəsinin yaratdığı soyqırımları, Azərbaycanın başına hansı bəlaların açıldığını gördüyü, mədhiyə düzdüyü qərblilər tərəfindən işğala uğramış Anadolunun xilasında əvəzsiz işlər görmüş bir Türkçü, millətçi, vətənpərvər insan olduğu halda yuxarıdakı fikirlərini yazması qarşısında deyəcək söz tapmaq çətindir.

Əli Bəy Hüseynzadə Avropalılaşmaq barədə bunları demişdir:

"Biz Avropalıların ədəbiyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın.” (Əhmədli, 2019:90).

Ziya Gökalp isə belə deyir:

"Bugün bizim için müasırlaşmak demək Avropalılar gibi drednotlar, otomobillər, təyyarələr yapıp kullanabilmək deməktir. Muasırlaşmak şəkilcə və maişətcə Avrupalılara bənzəmək demək dəğildir.” (Gökalp, 2014:22).

Məmməd Əmin Rəsulzadə də müasirləşmə ilə bağlı fikirlərini "Açıq Söz” qəzetinin birinci nömrəsində bu cür açıqlamışdır:

"Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız.” (Əhmədov 2019: 103).

Verilən örnəklərlə Əhməd Ağaoğlunun irəli sürdüyü və qərbin hər bir şeyini mənimsəmək fikri sosyoloji qanunlarla ziddiyət təşkil edir. Çünki özünə məxsus mədəni, milli və sosioloji dəyərlərini itirən millətlər artıq milli kimliklərini də itirərək hibrid bir varlığa çevrilərlər.

Görkəmli şəxsiyyətimiz Əhməd Ağaoğluna ən gözəl cavabı 585-ci ildə Göytürk xaqanı Işbara Kağan vermişdir. Göytürklər güclərini itirdiyi və Çinə tabe olduqları bir zamanda Çin hökmdarı Işbara Kağana elçi yollayır ki, öz adət və ənənələrini dəyişdirib eynilə Çinlilər kimi geyinsinlər, onların mədəniyyətini mənimsəsinlər. Işbara Kağan da Çin hökmdarına cavab olaraq bu məktubu yazır:

"Bizim adət və ənənələrimiz çox qədim çağlardan bəri yaranmışdır. Bu səbəblə onları dəyişdirməyə mənim gücüm çatmaz.” (Ögel 1982:311).

Yusif Akçuranın həmin mövzudakı fikirləri isə belədir:

"XIX asırda cihan mədəniyət tarihinə ən çok təsir icra ədən müəssir, milliyət fikridir. Milliyət fikrinə bu büyük kuvvətə hiçbir şey qalip gəlmədi. Yüzbinlərlə muntazam ordular, bu fikir karşısında yenildi. Bugün milliyət fikrini yenəbiləcək kuvvət şiddət, zulüm, top, tüfək dəğildir.” (Akçura 2001:186).

AĞAOĞLUNUN DÖVLƏTÇİLİKLƏ BAĞLI FİKİRLƏRİ:

Ağaoğlu həmin əsərində Türk millətinin dövlətçiliklə bağlı anlayışını bu cümlələrlə tənqid etmişdir:

"Türklər, dəvləti yalnız hükümətlə karıştırmakla kalmamışlardır. Kurduk­ları hükümətləri, dəvlətləri bilə bir şahsın adına, bir ailənin adına görə adlan­dırmışlardır. Bin yıldan bəri dəğişik Türk kabilələrinin kurdukları birçok dəv­lətlər, həp sülâlə namlarını taşımışlardır.” (Ağaoğlu 2013:101).

Ağaoğlu bu cümlələrlə Osmanlı, Səlcuqlu, Qəznəvi və digər dövlətləri tənqid edir. "İngiltərə sülâləyi dört kərə dəğiştirmiştir. Son sülâlənin zamanında, İngiltərə, sınırlarını dünyanın iki kutbuna dayattı. Fakat hiçbir za­man, hiçbir tarihçi vəya şair İngiltərə'yi bu sülâlələrin namıyla adlandırmayı hatırına bilə gətirməmiştir” (Ağaoğlu 2013:101).

Görkəmli ziyalımız bu cümlələrlə də İngilis xalqının belə bir səhvə yol vermədiyini, İngiltərənin xanədan dövləti olmadığını irəli sürür. Ancaq İngiltərə dövlətini yaradanlar V yüzildə Saksonlarla birlikdə Britaniya adasını işğal edən German xalqından olan Angluslardır, İngilis adı da buradan gəlir. Mifologiyaya görə indiki İstanbulu Byzas qurmuş daha sonra Byzasın adı Bizans dövlətinin adına çevrilmişdir. Roma şəhərini də dövlətini də Romus və Romulus qardaşlardan Romulus qurmuş (Karakoç 2014:10) onun adı da Roma imperiyasına ad olmuşdur. Tarixi şəxsiyətimiz iddiasında haqlı deyildir.

Türk millətinin ən qədim dövlətçilik anlayışında xalq ilə torpaq olmadan dövlət olmazdı və dövlət digər adıyla desək elmillətsiztörəsiz, yəni qanunsuz olmazdı (Ögel 1988:432-435). Kaşqarlı Mahmud əsərində "El gedər törü kalmas” yəni dövlət gedə bilər, ancaq törə, qanun qalar (Mahmud-II 1992:25) demişdir. Bu düşüncə mifoloji çağlardan bəri davam edib gələn Türk düşüncəsinin əksidir.

Bəli Osmanlı dövləti qurucusu Osman bəyin adını almışdır, ancaq dövlətin quruluşunda Oğuz Kağan dastanının izləri vardır. Osman qazi yuxusunda Şeyx Ədəbalinin qoynundan bir ay doğduğunu gəlib onun qoynuna girdiyini və göbəyindən bir ağacın bitdiyini, budaqlarının dünyanı bürüdüyünü (Çetin 2012:31) görür. Həmin izlər Səlcuqlu dövlətində də vardır. Səlcuq bəyin sinəsindən üç budaqlı bir çinarın çıxdığını görməsi də buna oxşar bir yuxudur və tamamilə Oğuz Kağan dastanı ilə, yəni mifik çağlarla səsləşir və Türk millətinin dövlətçilik anlayışının ilahi mənşəli olduğundan xəbər verir.

Ağaoğluna görə; "Dəvlətə dəğil, hükümdarın şahsına bağlılık, Doğu kavimləri arasında dai­ma bir fazilət addədilə gəlmiştir (Ağaoğlu 2013:108)”.

Görkəmli şəxsiyətimiz bizə görə Türk dövlət gələnəyi haqda bunları yalnızca Osmanlı dövlətinin son vaxtlarına, Türk dövlətçiliyini yalnızca Osmanlının o çağına görə dəyərləndirmişdir. Türk dövlət anlayışına görə xaqanlıq Tanrı tərəfindən verilir. Bu anlayış Kül Tigin abidəsinin şərq üzündə bu cür əks etdirilmişdir: "Yuxarıdakı Türk Tanrısı və Türkün müqəddəs yer və su (iyələri) Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İltəriş Xaqanı və anam İlbilgə Xatunu göyün təpəsindən tutub (daha) yüksəyə qaldırmışlar.” (Tekin 2006:27). Bilgə Kağan abidəsinin qüzey üzündə isə; "Yuxarıda göy, aşağıda yer lütfetdiyi üçüñ…” (Tekin 2006:48); "Tanrı, Türk xalqının adı-sanı yox olmasın deyə məni xaqan (kimi) taxtda əyləşdirdi” (Tekin 2006:31). Bu ifadələrdən də aydın görünür ki, Türk xaqanları zor gücünə xaqan olmayıblar, onlar xaqanlığa layiq olduqlarına görə xaqanlıq taxtında əyləşiblər və bunu heç vaxt unutmayıblar. Bu cümlələrin ifadə etdiyi anlamı "Kitabi Dədə Qorqud”da da görürük. Bamsı Bəyrək boyunda; "O zamanda bəylərin alqışı alqış, qarqışı qarqış idi. Duaları qəbul olurdu.” (Gökyay 2006:71), yəni bəylər Tanrıya çox yaxın idi, xalqa canı yanan, mərhəmətli, adil, ləyaqətli şəxslərdi. Xaqanlar, komandirləri və xalq bunu unutduqlarında isə; "Ağılsız, ləyaqətsiz xaqanlar taxtda əyləşib, komandirləri də ağılsız imiş şəksiz. Bəyləri və xalqı itaətkar olmadığı üçüñ Türk xalqı qurduğu dövlətini itirib.” (Tekin 2006:27) şəklində Kültigin abidəsinin şərq üzündə yer tutan bu ifadələrə görə dövlət əldən getmişdir.

Bu tarixi qaynaqların dediyi ilə Əhməd Ağaoğlunun irəli sürdüyü fikirlər düz gəlmir.

AĞAOĞLUNUN HAKİMİYƏT (HÖKUMƏT) ANLAYIŞI

Ağaoğlu, hökumətlə bağlı fikirlərində isə bunları demişdir:

"Doğu'da gənəlliklə hü­kümət hükümdardan ibarəttir, hükümdarsa, ta əskidən bütün Doğu üzərinə manəvi təsirdən gəri kalmayan İran'ın təlâkkisinə uygun bir şəkildə bəlirtmiş­tir” (Ağaoğlu 2013:110). Görkəmli şəxsiyətimiz həmin səhifədə bunları yazıb:” Hükümdarı idarə əttiği cəmiyət seçər və seçildiktən sonra iki türlü sorum­lu olur: Maddi olarak cəmiyət huzurunda və manəvi olarak Allah huzurunda” (Ağaoğlu 2013:109).

Birincisi bizim dövlətçilik və hakimiyyət anlayışımızla Pərslərin/Farsların anlayışı əsla bir-birinə uyğun gəlməmişdir. İkincisi ən qədim vaxtlarda da Türk xaqanları qurultaylarda iştirakçıların rəyi ilə xaqanlığa layiq olan kimdirsə o seçilmişdir. Örnək olaraq Göytürklərdə xaqan zəif xarakterli olduğundan dövlətin qabaqcılları bir qurultay toplayır və daha əvvəlcə xaqanlıq etmiş dörd xaqanın oğullarından ən bilikli, ən ləyaqətli, cəsur və soylu olan Işbaranı xaqan seçmişdir (Ögel 1982:66-67). Göytürklərdə xaqan seçilən şəxsin boynuna ipəktən hörülmüş bir ipi dövlətin sayğın şəxsləri dolayıb dartıb sıxar və neçə il xaqan kimi qalacağını sorub and içirdərlərmiş (Ögel 1982:66), bu da xaqan olanların öz kefi istədiyi qədər hakimiyyət sürə bilmiyəcəyi və xaqanlığın tələb etdiyi dövlət adamlığını həyata keçirmək məcburiyyətində olduğu düşüncəsini vurğulayır.

Ancaq bir şeyi yaddan çıxarmayaq ki, Əhməd Ağaoğlu fikirlərində daim Osmanlı dövlətini nəzərə almışdır. O haqlı olaraq, "İstanbul Mahkə­məsi, sırf İngilizlərə və Ərmənilərə hoş görünmək için, sokaklarda İslamları çil yavruları gibi takip və ələ geçirdiklərini idam ettirdiği zaman, İngiliz hâkim­ləri toplanarak İngiliz hükümətinin, Alman imparatorunun Londra'ya alınma­sı və orada İngiliz hâkimləri tarafından muhakəmə olunması kararını şiddət­lə protəsto ediyorlar” (Ağaoğlu 2013:135) deyərək dövlət hakimiyyətində müəyyən strateji yerləri işğal etmiş satqınları tənqid atəşinə tutur. Bu tənqiddən İngiltərənin bir dediyini iki etməyən sultan da öz payına düşəni götürür. "Sultan Vahdəddin hüküməti, İngiliz Miralayı Maxwəll'in əmri ilə, Ermənilərə hər İslam və Türk əvinə girərək şüphəli gördükləri kızları alabil­mək için bir bəlgə vərdiği və bu yüzdən birçok İslam kızlarının din və bəkâ­rətlərinə təcavüz olunduğu haldə, Alman milləti və hüküməti yüzlərcə milyar tazminatı, bütün harp və ticarət filosunun yok edilməsini və diğər müthiş şart­ları kabullənməsinə rağmən, əvlâdından bir tək adamın düşmanlara təslimi­nə razı olamıyor.” (Ağaoğlu 2013:136).

Ağaoğlu haqlı olaraq Sultan?! adlanan şəxsi yerin dibinə batırır. Son Osmanlı padşahı Atatürk və silahdaşları ölkəni işğal edən imperialistlərə layiq olduqları cavabı verib onları ölkədən qovduğunda bir İngilis gəmisinə minərək qaçmışdır. Türk xaqanına qaçmaq yaraşmazdı, o bir ovuc qanından qorxmamalıydı. Örnək olaraq Çinlilər Çiçi Xaqanı mühasirəyə saldığı halda o son gecə qaranlıqdan istifadə edərək aradan çıxmamış ailəsiylə, uşaqlarıyla birlikdə qalmış və döyüşərək Türk kimi canını tapşırmışdır (Ögel-II 1981:185-186).

AĞAOĞLUNA GÖRƏ ÜÇ DİN

Ağaoğlu, əsərinin "Üç Kültür” hissəsində Budda-Brahman, Qərb və İslam mədəniyətlərini, yəni üç dinə inananları müqayisə edərək, "Garp kültürü dinamiktir. İslam və Buda-Brahman kültürləri statiktir! Biri­si mütəharriktir; diğərləri sakin! Birisi iləriyə doğru yürüyən, koşan, açılan, ya­yılan cəvval bir varlıktır. Ötəkilərsə bir noktada donup kalmış buz parçalarıdır!” (Ağaoğlu 2013:139) deyərək öz fikrini bildirir. Ancaq yaddan çıxarılmamalıdır ki, o vaxt da indi də İslam dini layığınca başa düşülməmişdir. İslam, ən başdan elmə üstünlük verdiyi halda XIII əsrdən etibarən buna uyulmamış, İslam dünyası xurafatın bataqlığına sonqulmuş, islam dinini yalnızca oruc tutub namaz qılmaq, dua oxumaq kimi başa düşmüş, müsbət elmlərdə hər-hansı ixtiraya imza atmamış və qərbdən geridə qalmışdır.

Ağaoğlu həmin əsərində "Din” və inam mövzusuyla bağlı olaraq,"Şiilik Şah İsmailden evvel de mevcuttu. Hele Ömer zamanında İslamiyetle Zerdüştlük ilk temas ettiği günden itibaren Alevilik, Zerdüştlüğün İslamiyete karşı yürüttüğü tepkisinin bir ifadesi oldu. Daha o zamanlar Zardüştün "İlahi Hüquq” teorisi ile Muhammedin "icmai-ümmet” (İslam müçtehidlərinin bir məsələ haqda ictihad yoluyla verdiklər hökmdə ittifaq etmələri.) teorisi ve Zerdüştün "beşeri iradenin serbestliği” fikri ile Arap Peygamberinin "kader ve kısmet”le ilgili duyguları, Zerdüştün insanın Allahlık seviyesine yükseltilmesine karşılık olarak Muhammedin Allahlık ile insan arasına aşılmaz ayrılıklar getirmesi gibi birbirine tamamen zıt olan zihniyetler arasında derin çarpışmalar meydana gelmiş ve bunların mahsulü olarak Şiiliğin teolojik cephesi kurulmuştu!(Ağaoğlu 2009:34-35) deyir. Ağaoğlunun bu sözləri Ankarada 1941-ci ildə çap olunan əsərində yer tutmuşdur. Bu cümlələr onun dini anlayışı haqda kifayət qədər məlumat verməkdədir. Mərhum Şəriətmədari 1977-ci ildə İranı ziyarət edən Türkiyənin xariciişlər naziri Gündüz Ökçünə Şiəlik ilə Hənəfilik arasında hər-hansı fərq olmadığını, yalnızca təfərruatlar arasında müəyyən dəyişikliklər olduğunu söyləmişdi (Günaydın qəzeti 1977).

"Din kul ilə Allah'ın arasını düzənləyən bir prənsiplər sistəmindən ibarət­tir. O haldə dinin konusunu yalnız inanışlarla ibadətlərə ait hususlar təşkil ədər” (Ağaoğlu 2013:48).

"Dəmək ki, İslamiyət'tə əsas, inançlarla ibadətlərdir. Bunlar əbədidir, dəğiş­məz. İkinci dərəcədə olan isə, dünya işlərinə ait olan kısımlardır. Bunlar İsla­miyət'ə təsadüfi olarak girmiştir” (Ağaoğlu 2013: 48).

"Tarihində dinini ən aşağı iki kərə dəğiştirməyən hangi millət vardır? Türklər məsəla vaktiylə Şamanizm və daha sonra birçok dinlərə girdiktən son­ra İslamiyət'i kabul etmişlərdir (Ağaoğlu 2013:31)”

İrəli sürülən bu fikirlər Ağaoğlunun həm İslamla həm də bizim səmavi xarakterli və mifik çağlardan bəri inandığımız Tanrıçılıq inamımızla bağlı o qədər də dərin fikir sahibi olmadığını göstərir. Ancaq daha sonrakı səhifələrdə; "Dini bu halə gətirən və camiləri boşaltan, yinə din əmrini düzənləmək iddiasında bulunarak insanın ruh halindən tamamıyla habərsiz olanlardır. Hutbə və vaazlarımız, yüzyıllardan bəri təkrarlanan və halk­ça dili anlaşılmayan bilməcələrdən ibarət, aynı nakarattır.” (Ağaoğlu 2013:88) deyərək dini məhv edənlərin cahil din adamları olduğunu vurğulamışdır, lakin biraz öncəki sözləri ilə bu düşüncəsi tam anlamıyla ziddiyət təşkil edir.

Ağaoğlunun "Üç Mədəniyət” adlı əsəri əslində başdan ayağa Qərb mədəniyyətinə düzülmüş mədhiyədən ibarətdir. Bu da insanı heyrətə gətirir. Hər bir xalqda olduğu kimi Türklər də yaratdıqları mədəniyət mirasını böyük qanlar tökərək qorumasını bilmişdir və tarixin ən başından bəri çıxdığı yürüşünə bugün də davam edir. Əgər milyonlarla evladının qanları bahasına yaratdığı mədəniyəti Ağaoğlunun dediyi kimi dəyişdirsəydi bugün Türk deyilən bir millət yer üzündə olmazdı.

Çuvaşlar İvan Yakovlevin vəsiyətinə uyaraq Tanrıçılıq inamını buraxaraq Rusların Ortodoks xıristiyanlığını qəbul etmiş (Altaylı-Hüseynova:311-312) və bugün qırmızı kitaba düşmək səviyəsinə çatmışlardır. Yuxarıda işarə edilən İşbara Kağanın söylədiklərini xatırlayaq.

AĞAOĞLUNUN ƏXLAQ ANLAYIŞI

Ağaoğlu əxlaqla bağlı fikirlərində o çağın toplum nizamı ilə bağlı olaraq çox haqlı fikirlər irəli sürmüşdür. O həmin əsərində Türk xalqını öyərək, "Türk halkı daima kahramanlık və şərəf örnəği olagəlmiştir. Büyüklərinin kafasızlığı və ahlâksızlığı yüzündən, mahv və pərişan olmak üzərəykən, bu halk, güvəndiği öndəri bulur bulmaz, milləti və dəvləti nicə fəlâkətlərdən, buhranlardan, çökmələrdən kurtarmıştır” (Ağaoğlu 2013:56) deyərək Türk millətinin tarihi xarakterinin portretini çəkmişdir.

O haqlı olaraq, "Bugün bilə, İstanbul'dan Malta'ya gələn gazətələrdə, vəliahdın, Türk mücahitləriylə yap­tıkları bir çarpışmada yaralanmış İngiliz askərlərini ziyarət ettiğini və onların hatırını sorarak kəndilərinə şəkərləmələr dağıttığını okudum (Padşah Əbdülməcid S.A.). Avrupa'nın ən süfli bir yerində bu kadar zillətə katlanacak bir vəliaht değil, ən aşağı bir ha­mal bilə tasavvur ediləbilir mi? Vəliaht bunu yaparkən, padişah da İngiliz mis­yoneri Rahip Frəw’u arka kapıdan kabul ediyor və vatanın zilləti, mil­lətin əsarəti pahasına İngiliz dretnotları sayəsində taht və tacını korumaya ça­lışıyor.” (Ağaoğlu 2013:55-56) deyərək Osmanlı vəliəhdinin Türkə yaraşmayan hərəkətini yerin dibinə batırmışdır. Digər tərəfdən, "İstanbul'da bu rəzillər, bu alçaklıkları yaparkən, Anadolu'da Türk köylüsü, Türk halkı, başında kəndisinə yol göstərəbiləcək Mustafa Kəmal Paşa gibi azim və iradə sahibi bir öndər gö­rür görməz, millətinin, dininin və toprağının şərəf və şanını, onurunu, bağım­sızlığını son əkməğiylə və son damla kanı ilə müdafaaya koyuldu.” (Ağaoğlu 2013:56) deyərək Anadoluda Atatürkün rəhbərliyində yeridilən Azadlıq Müharibəsini və Anadolu xalqını, xüsusilə də kəndlisini öymüşdür.

AĞAOĞLUNUN AİLƏ İLƏ BAĞLI FİKİRLƏRİ:

Ağaoğlu "Üç Mədəniyət” əsərində haqlı olaraq ailəni "Sosyal hayatın ilk və ən dəvamlı hücrəsi ol­makla bərabər, fərdi hayatın da ən samimi, ən mukaddəs bir ocağıdır” (Ağaoğlu 2013:80) deyə təsvir edir və "Əflatun ilə Fourier kimi şəxslərin ailəni şəxs ilə toplum arasında bir maneə mahiyyətində gördüklərindən ailənin tamamilə aradan götürülməsini istəyirdi” (Ağaoğlu 2013:80) deyə onları tənqid atəşinə tutur. Türk ailəsi haqda isə, "İlk bakışta bilə, ailəmizin kuruluş şəkli, Türk cəmiyətini türlərin ayıklan­ması kanununun verimlərindən yoksun ettiğini göstərir. Bizdə əvlənəcək er­kək və kadının birbirinə yanaşmaları, karşılıklı cazibədən ziyadə, onların di­lək və seçmələrinin dışında olan bazı amillərə bağlıdır” (Ağaoğlu 2013:82-83) deyərək Darvinçi bir düşüncədən çıxış edir. Biraz sonra da "İkinci amilə, yani ailənin mətanət və sağlamlığı əsasına gəlincə, bizdəki ailə təşkilatının nə kadar gəvşək olduğunu nə kadar zayıf və ən ufak çarpışmaya mukavəmət edəmədiğini içtimai hayatmızı incələyənlərin həpsi büyük bir əsəf­lə kaydətməktədirlər” sözlərini yazaraq Türk ailəsi kimi sağlam bir ictimai qurğunu yerin dibinə batırır (Ağaoğlu 2013:82-83).

Türk ailəsi mikro mənada Türk dövlətidir. Bu qurum Türk ictimai nizamının özəyidir və qan qohumluğuna əsaslanır. Dünyanın üç qitəsinə yayılmış, hər mədəniyətə təsir göstərmiş Türkün ailə nizamı tarix boyu pozulmadığına görə də həm özü həm də dövləti var olmuşdur (Kafəsoğlu 1998:227-228) əbədiyyətə kimi də var olacaqdır. Türk qadınları və qızları ən qədim çağlardan bəri azad hərəkət etsə də öz iffətini qısqanclıqla qorumuş, idman yarışlarında, güləşdə iştirak etmiş, döyüş zamanlarında da əriylə, qardaşı və yoldaşları ilə çiyin-çiyinə dayanıb düşmənlə vuruşmuşdur. Türk qadınının ləyaqətinin, şəxsiyyətinin ülviliyi ilə yanaşı bu xüsusiyyətləri, bütün xarici səyyahlar və araşdırmaçılar tərəfindən qeyd edilmişdir (Kafəsoğlu 1998:229). "Kitabi Dədə Qorqud”da evliliklə bağlı birçox yerdə qeydlər vardır. Örnək olaraq "Qanlı Qocanın oğlu Kan Turalı” boyunda Qanlı Qoca oğlunu evləndirmək istədiyində Kan Turalı atasına "Ata mən yerimdən durmamış o durmuş, ayağa qalxmış ola, mən qaraqoç atıma minmədən o minmiş ola; mən qanlı kafir elinə varmadan o varmış və mənə baş gətirmiş ola” (Ergin 2003:83) deyir. Tarixdən bu barədə yüzlərlə örnək vermək olar. Ən yaxın çağımızda, Anadoluda yeridilən İstiqlal Müharibəsində və Qarabağ döyüşlərində Türk qızları, qadınları düşmənlə vuruşmadımı?!

Ağaoğlu daha sonra "Türk cəmiyətinin dayanağı olan Türk ailəsini bu durumdan kurtarmalı, Türk içti­mai bünyəsinin də gərəktirdiği üzərə, bu ailəyi, koca və karının hukukça eşitliği əsası üzərinə kurmalıdır” (Ağaoğlu 2013:85) deyərək Türk ailəsinin gerçək xarakterinin yüksəkliyini vurğulamışdır. Ancaq sabit fikirli olmadığı biraz öncəki sətirləri ilə sonra yazdıqlarından aydındır.

Görkəmli ziyalımız Ağaoğlu o vaxtlar həm Azərbaycan həm də Anadolu toplumunda xurafatın hakim olduğu və qadını qara çadranın içinə həbs edən zehniyəti yuxarıda nəyə görə ümumiləşdirmişdir bunu başa düşmək çətindir.

AĞAOĞLUNUN ƏDƏBİYATLA BAĞLI DÜŞÜNCƏLƏRİ

Görkəmli ziyalımız Ağaoğlu ədəbiyatımızla əlaqəli olaraq bunları yazıb. "Bizim əski ədəbiyatta hayata ait büyük bir şey bulamazsınız. Zatən hayatı özəlliklə konu yapan hikâyə, roman, trajedi, ko­medi və bənzəri gibi ədəbi şəkillər, ədəbiyatımıza həmən tamamıyla yabancı­dır. Hâkim olan şəkillər kasidə, hiciv və gazəldir. Gerçi ta ən əski Fars ediplə­rindən bəri, Hüsrəv və Şirin, Fərhat və Şirin, Leylâ və Məcnun, İskəndərnamə gibi romanımsı bazı əsərlər varsa da bunların adları bilə hayattan pək uzak olduk­larını göstəriyor.” (Ağaoğlu 2013:92) və daha sonra belə davam edir "Namık Kəmal'in yolu hiç olmazsa iki kuşak takip edilmiş olsaydı, şüphə yok ki, bugün gərək geçmiştəki və gərək içində yaşadığımız hayat ədəbi əsərlərə aksedəcəkti. Halbuki bugün Osmanlı və özəlliklə Türk hayatını ədəbi əsərlə­rimizdə aramak boş yerədir. Bir Türk köylüsünü, bir Türk tüccarını, məmuru­nu, sanatkârını, öğrətmənini, siyasət adamını, işçisini, kızını, annəsini, fikir ada­mını, inkılâpçısını, gəncini, bunların dərtlərini, istəklərini, fikirlərini, əməllə­rini Türk ədəbiyatında gördünüz mü? Zamansızlık ədəbiyatımıza hâkimdir” (Ağaoğlu 2013:93). Ancaq biraz sonra isə bunları yazıb; "Türkçü­lər də aynı zəmin üzərində yürüyərək, gənçliğə Türklük və vatan aşkını aşı­lamakta, Türklük və vatan konularını səvdirməktədirlər. Bu bakımdan, Türk­çü ədəbiyat, gənəl ədəbiyatımızın mahrum olduğu bütün hususları, çəkirdək halində olsun taşıyor. Bu ədəbiyat idəalisttir. Çünkü aldığı konuyu idəalizə edi­yor. Millidir. Çünkü konusu Türk hayatıdır, Türk vatanıdır.”(Ağaoğlu 2013:96). O davamla, "Buradan Bakü'yə və Bakü'dən Türkistan'ın ortalarına kadar, bütün Türk kalp­lərini birləştirən, aynı həyəcanla çarptıran, Türk'ün dərtlərini, səvinçlərini, ək­siklərini və ihtiyaçlarını, mütəvazı hayatını dilə gətirərək, birbirinə karşı, bir bağ­lılık kuran dört yazar görüyorum: Namık Kəmal, Məhmət Əmin, Məhmət Akif və Rəşat Nuri bəylər. Azərbaycan əvlərində "Vaveyla" ilə "Bən bir Türk'üm", "Bülbül", "Çalıkuşu" yan yana duruyorlar və aynı fikirlərlə, aynı duyguları uyan­dırmaktadırlar.” (Ağaoğlu 2013:96) deyir. Birincidən başlayaraq dördüncü abzasa kimi qeyd etdiyi fikirlərə baxdıqda düşüncələrinin bir-birini təkzib etdiyini görürük, bu da heyrət yaradır.

Əlbəttə hər bir millətin özünə məxsus ədəbiyatı vardır. Bizdə roman, hekayə, tamaşa əsərləri qərbsayağı biçimdə Tənzimatdan sonra yaranıb, ancaq mifik çağlardan bəri yaratdığımız şifahi ədəbiyat örnəklərimiz toplumumuza heçmi birşəy qazandırmadı!? Yəni bizim ozanlarımızın çalıb söylədikləri dastanlar, saqular, yuğ mərasimlərində həyata keçirilənlər, qəhrəmanlıq mahnıları, ən qədim çağlarda meydanlarda bədahətən nümayiş etdirilən tamaşalar Ağaoğluna görə ədəbiyyat örnəyi deyildir vəssalam!

İsadan öncə 192-ci ildə Tanrıqut Baqaturun (Mətə) Çin məlikəsinə yazdığı ibrətamiz məktub (De Groot-Asena 2011;99) əlçatmaz bir dünya görüşünün və yüksək diplomatiyanın məhsuludur. O məktubu Tanrıquta yazdıran da yaratdığımız yüksək səviyəli ədəbiyat olub. Yenisey qəbir daşlarını, ülvi bir dövlət diliylə yazılan Orxon abidələrini, Kaşqarlının divanını, "Kitabi Dədə Qorqud”u Avropasayağı ədəbiyyat məhsullarının yaratdığı duyğularmı ərsəyə gətirdi!? Orxun abidələri səviyyəsində dünyada dövlət diliylə yazılmış ikinci bir qaynaq vardırmı?! Mərhum görkəmli alimimiz Osmanlının tənəzzül dövründəki atmosferdən hürkmüş, Fransada romantizmdən realizmə keçidin duyğularını ruhuna hopduraraq şanlı ədəbiyyatımızı təhqir edən bu sözləri yazmışdır deyə düşünməmək olmur!

AĞAOĞLUNUN SƏNƏT ANLAYIŞI

Mərhum ziyalımız sənətimiz haqda, "Ney'in bütün ahənkləri, sazın bütün şikâyət­ləri, udun bütün ahları, Doğu'nun o yüzyıllarca əzilmiş ruhunun birər inilti­sidir. Bu iniltilər, sərbəst yaşayan, sərbəst düşünən, sərbəst nəfəs alan, sərbəst duyan göğüslərdən çıkmaz. Onlar, padişah cəllâdının bıçağı altında titrəyən­lərin, kadı əfəndinin kâfir sayması və lanətləməsi ilə susmaya məcbur olanla­rın vəya harəmin sıkıntıları içində əzilən bir kadının ruhundan kopan fəryatlardır ki, bugün də dinlədiğimiz zaman bizə fərahlık yerinə üzüntü, həyəcan yerinə sıkıntı və kədər veriyor.” (Ağaoğlu 2013:98) deyir və davam edir, "Türk göğ­sünə Bizans kilisələrindən gələn alçaltıcı inləmələrdən ziyadə, Wagnər'lərin (Alman opera bəstəkarı, teatr direktoru, musiqi nəzəriyyəçisi və yazıcısı. S.A.) gür­ləmələri daha uygun değil midir? Yörük Ali'yə Rum kızının göbək atmaların­dan ziyadə, Batı polka və mazurkası daha ziyadə yakışmaz mı?” (Ağaoğlu 2013:98). Bu ifadələr qarşısında deyiləcək söz tapmaq çətindən də çətindir. Ağaoğlu kimi bir ziyalı bu sözləri nə cür yazıb deyə heyrət etməmək mümkün deyil. İsanın dünyaya gəlməsindən 3000 il əvvəl ulu babalarımızın qurduğu Çu, Hun, Sak, Göytürk dövlətlərində ozanların çaldıqları qopuzun varlığına müxtəlif mənbələrdə işarə edilmiş (Əroğlu 2011:15), aparılan arkeoloji qazıntılarda müxtəlif növ qopuzlar ələ keçmişdir. Çin salnamələrində isə 28 növ Hun xalq mahnısının varlığı qeyd edilmişdir (Esin 2018:540). Görkəmli şəxsiyətimiz Ağaoğlunun görən o vaxtlar mifik çağlardan bəri ozanların sinəsində xalqa mənəvi güc və basılmazlıq aşılayan qopuzdan və onun funksiyasından xəbəri vardı!?

NƏTİCƏ

Ağaoğlu XX yüzilin ən maraqlı ziyalılarından biridir. İlkin düşüncələrini Çar Rusiyasının fikir və sənət adamlarının əsərlərini oxuyaraq mənimsəmiş, Parisdə olarkən romantizmdən realizmə keçid prosesindəki fikirlərin təsirində qalmış, Anadoluya bu düşüncələrlə getmişdir.

Onun həyatında Azərbaycan, Fransa və Anadolu olmaqla üç mərhələ vardır. Sabit fikirli deyildir, bir səhifə öncə yazdığını bir səhifə sonra özü təkzib etmişdir. Ancaq millətçiliğinə, türkçü düşüncələrinə, vətənpərvərliyinə əsla söz ola bilməz. Nəriman Nərimanova yazdığı ikinci məktubunda dilə gətirdiyi; "Təmsil etdiyiniz fikir sisteminə qatılmıram; Türklər üçün qurtuluş imkanının təkçə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalıram; əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcudur… Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir” (Əhməd 2019:13).

Ağaoğlu ömrü boyu heç kəsin qarşısında əyilməmiş, sözünü harda olsa sərrasd demişdir. Ömrünün son anlarında evladlarına dediyi "Boynunuz bükülməsin. İnsanın boynu yaş ağac kimidir. Bir dəfə büküldüsə, bir daha qalxmaz! Yalnız maddi zövqlər üçün boyun əyərək yaşayıb ölmək səfil bir həqiqətdir. Fəqət haqsızlığa boyun əymədən, birinə yarınmadan yaşayıb ölmək insana maddi zövqlər vərməsə də, ehtişamlıdır” (Əhməd 2019:15).

Ağaoğlu yeni bir nəzəriyə ortaya atan bir ziyalı əvəzinə hərəkat adamıdır. Əli Bəy Hüseynzadə və Ziya Gökalp kimilərlə onu fərqləndirən cəhət də bu yönüdür.

QAYNAQLAR

1. Ahmady, Enamullah, Cemaleddin Afgânî’nin Düşünce Dünyası, Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü Felsefe ve Din bilimleri Anabilim Dalı İslam Felsefesi Bilim Dalı, Konya 2012

2. Ağaoğlu, Ahmət, Üç Mədəniyət, Doğu Kitabəvi, İstanbul 2013

3. Ağaoğlu, Əhməd, İran və İnqılabı, Azərnəşr, Bakı 2009

4. Akçura, Yusuf, Yeni Türk Devletinin Öncüleri, Kültür Bakanlığı Yayınları, Ankara 2001

5. Altaylı, Seyfəddin-Hüseynova, Nigar, Türk Xalqları Ədəbiyyatı, Elm və Təhsil, Bakı 2018

6. Armaoğlu, Fahir, 19. Yüzyıl Siyasî Tarihi, 16. Baskı, Timaş, İstanbul 2016

7. Çetin, Halil, Ağaç Motifli Osmanlı Saltanat Rüyasının Tabirinin İlmi Açıdan Değerlendirilmesi, Akademik Bakış, Cilt 5, Sayı 10, Yaz, Ankara 2012

8. De Groot, J.M.-Asena, G. Ahmetcan, Hunlar ve Türkistan, Pan Yayınları, İstanbul 2011

9. Əhməd, Dilqəm, Ağaoğlu,Əhməd Bəy, Çapar Dərgisi, Bakı 2019

10. Əhmədov, Bədirxan, Türkçülüyün Üçlü Formulu, Əlm və Təhsil, Bakı 2019

11. Ergin, Muharrem, Dede Korkut Kitabı, Hisar Kültür Gönüllüleri, İstanbul 2003

12. Eroğlu, Sinan Cem, Kopuzdan Altıtelli Kopuza Uzanan Süreçte Fiziksel ve İcra Teknikleri Bakımından Meydana Gelen Değişim ve Gelişmeler, İTÜ Sosyal Bilimlər Enstitüsü, İstanbul 2011

13. Esin, Funda, Tarihsel Süreçte Kopuzun Serüveni, Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt:11, Sayı 59, Ekim 2018

14. Gökalp, Ziya, Türkleşmek-İslamlaşmak-Muasırlaşmak, Ötüken Yayınevi, Haz. Mustafa Özsarı, İstanbul 2014

15. Gökyay, Orhan Şaik, Dede Korkut Hikâyeleri, Kabalcı yayınları, İstanbul 2006

16. Karakoç, Eren, Antik Uygarlıklar Tarihi, Ankara 2014

17. Ögel, Bahaeddin, Büyük Hun İmparatorluğu Tarihi, Kültür Bakanlığı Yayınları, Ankara 1981

18. Ögel, Bahaeddin, Türk Kültürünün Gelişme Çağları, Türk Dünyası Araştırma Vakfı yayınları, İstanbul 1988

19. Ögel, Bahaeddin, Türklerde Devlet Anlayışı, Başbakanlık Basımevi, Ankara 1982

20. Tekin, Talat, Orhon Yazıtları, TDK yayınları, Ankara 2006

21. Tolstoy, Leo Nikolayeviç, Din Nedir? Furkan Basım ve Yayın, İstanbul 1995



İmza:

YAZARIN ARXİVİ

2020-01-10 : HAYDUTLAR
2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK