nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Emin Piri: "Qonorara görə istedadsız birini tərifləyir" - Müsahibə Adalet.az | Emin Piri: "Qonorara görə istedadsız birini tərifləyir" - Müsahibə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Emin Piri: "Qonorara görə istedadsız birini tərifləyir" - Müsahibə

25194    |   2019-12-19 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim nə deyirsə desin, söz adamlarının, xüsusən şairlərin bir növ dəli olduğu fikri ilə razılaşıram. Bəlkə də şairlər dəli olmurlar, əksinə, ağıllı olurlar, sadəcə digər adamlar dəli olduqları üçün bu adı öz üstlərindən atıb şairlərin boynuna qoyurlar.

Elə indiki müsahibimiz də bu "dəli"lərdən biridi.  Şəhər şairi, kənd müəllimi - Emin Piri.

- Kənddə müəllim işləyirsən. Sənə görə ədəbiyyatla məşğul olmaq daha maraqlıdır ya müəllimlik?

- Bizdə şairliyi, yazıçılığı peşə hesab edirlər, mənə görə yazıçılıq peşə deyil. Əgər məcburiyyət daxilində olmur, içdən gəlirsə artıq bunu peşə adlandırmaq düzgün deyil. Müəllimlik isə sırf peşədir. Təbii ki, şeir yazmaq daha rahatdır. İnsanın işi, yaşam tərzi olmalıdır ki, yaradıcılığı uğurlu alınsın. Peşəsiz, sənətsiz yaradıcılıq da alınmır. Şairlik ruhumun sənətidir, müəllimlik isə cismani sənətimdir.

- Şagirdlərinlə aran necədir? Bilirlər şairsən?

- Şagirdlərimlə səmimi münasibətim var. Çalışıram onlarda dərsə həvəs yaradım, zarafatlar da edirəm, onları maraqlandıran mövzulardan da danışıram amma dərsimi də keçirəm. Əvvəl hərb sahəsində çalışdığıma görə şəxsiyyətlə işləmək mənim üçün çətin deyil. Məni tanımayan birinə özümü şair kimi təqdim etməyi xoşlamıram. Sosial şəbəkələrdə izləyirlər məni, YouTube da şeirlərimi dinləyirlər, gəlib fikir bildirirlər. Adətən şagirdlərimi dostluğumdan çıxarıram. Məktəbdən kənar şəxsi həyatım var. Şagirdin önündə olunmaması gərəkən söhbətlər, mövzular olur ki, bəzən facebookda bu mövzuda paylaşım edirəm. Onların görməyini istəmirəm çünki onların yaşı azdır və onlara qəribə gəlir. Bir dəfə pivə ilə şəklimi paylaşmışdım şagirdimə qəribə gəlmişdi ki, müəllim siz pivə içirsiz ? Evə gedəndən sonra onu dostluqdan çıxartdım.(gülür) Mən öz təbliğatımı şagirdlərin istismarı üzərində qurmuram. Kimin həvəsi olursa oxuyur şeirlərimi təbii ki, kitabımı alan şagirdlər də var. Gələcəkdə bir oxucu kimi maraq göstərərlər, yenə də oturub-duraram onlarla, amma məktəbdə bundan istifadəni fürsətçilik bilirəm. Özləri maraqlansalar başqa, amma özüm heç vaxt öz yaradıcılığım haqqında danışmıram.

- 2-ci Gənc Ədiblər Məktəbinin koordinatoru olmusan. Səncə, Gənc Ədiblər Məktəbinin hansı mənfi və müsbət tərəfləri var?

- Gənc ədiblər məktəbinin varlığına istər mənfi, istərsə də müsbət olaraq çox radikal yanaşırlar. Bəziləri deyir ki, gənc ədiblər məktəbi yaradıcılığa töhfə verdi bəziləri isə olduqca mənfi yanaşırlar. Əgər bu ədəbi məktəb şerə xidmət etmirsə, cəmiyyətin aydınlanması, istedadlı adamları üzə çıxarmaq üçündürsə bunun nəyi pisdir ki? Rəşad Məcidin dediyi kimi istedad fabriki yoxdur ki, kiməsə satasan. Gənc ədiblər istedadlı insanların üzə çıxarılmasına xidmət edir. Ədəbi mühitdəki insanların istedadlı insanı görməsinə, tanımasına xidmət edir. Mən özüm də çox utancaq biri idim, ədəbi mühitə gəldikdən sonra, çoxlu tanışlar sayəsində o utancaqlıq hissi yoxa çıxdı. Mənfi tərəfi isə elə yazarlar var ki, gənc ədiblərə üzv olan kimi elə bilirlər ki, yaradıcılıqla məşğul olmadan, əziyyət çəkmədən dövlət onların arxasında durmalıdır, bütün mükafatları onlar almalıdırlar. Bəzi yazarların uğursuzluğu da bu səbəbdəndir. Gənc ədiblərin bir neçə faizini uğurlu adlandırmaq olar. Siqareti atan vaxtlarımda Rəşad Məcidin siqaretə aid bir şeirin oxuyub, çox bəyənmişdim. Siqaretə sevgi dolu bir şeir idi. Gənc ədiblərdən bir-iki uşaqla görüşdüm zarafata dedim ki, Rəşad Məcid gəncləri pis yola çəkir. Sarkazm kimi dedim yəni siqaretə elə gözəl şeir yazdı ki, mən yenidən siqaretə başladım. Sonra evə gedəndə gördüm ki, iki-üç nəfər Rəşad Məcidin əleyhinə status yazıb. Dedim: niyə belə yazmısınız? Dedilər bəs siz dediniz ki, Rəşad Məcid gəncləri pis yola çəkir. Biz də belə yazdıq . Bəzi yazarlarda yumor hissi, sarkazm çatışmır. Bizdə bəzi gənclərin özünü ağsaqqal kimi aparmağı, hər şeyi hərfi mənada başa düşmək, ciddi qəbul etmək kimi adətləri var. Bu tip adamların yaradıcılıqlarının uğurlu olacağına inanmıram.

- Gənc Ədiblər Məktəbi bizə hansı imzaları qazandırdı?

- Gənc ədiblərin birinci yayımında həqiqətən istedadlı insan çox idi. Növbəti yayıma istedadlı çox az adam qaldı. Mən özüm də birinci gənc ədiblərdə olmalı idim. Bir dəfə zarafata mənə dedilər ki, birinci ədiblərdə niyə yox idin? Harada idin? Cavab verdim ki, sən burda rahat şeir oxuyanda mən səngərdə idim. Ona görə birinci gənc ədiblərdə olmadım. 

- Sən həm də hərbçi olmusan. Şeirlərində də müharibə mövzuları çoxdur. De görüm, şair müharibə tərəfdarı olmalıdır yoxsa sülh?


- Vətəndaş kimi götürsək mən hazırkı dövrdə müharibə tərəfdarıyam, amma ümumbəşər şair kimi insan sülh, sevgi tərəfdarı olmalıdır. Mən istər şair kimi istər vətəndaş kimi həmişə müharibə tərəfdarı olmuşam. Zəifə qarşı yox , haqsız güclüyə qarşı. Mənə görə dünyanın xəritəsi çox kobud çəkilib. Ona görə mən kiçik bir dünya müharibəsinin tərəfdarı olardım. Ədaləti sülh ilə yaratmırlar, ədalət müharibə ilə bərpa olunur. Haqlı müharibənin həmişə tərəfdarıyam. Səngərdəki xatirələrim mənə hər hansı bir sevgi münasibətindən, hər hansısa bir qızın mənə qoyduğu xatirələrdən daha önəmlidir, daha böyük təsirə malikdir. Ona görə də mənim yaradıcılığımda müharibə şeirləri üstünlük təşkil edir, nəinki sevgi şeirləri. Ən uğurlu şeirlərim də müharibə şeirlərdir.

- Yeni şeirlə köhnə şeirin müharibəsindən danışaq biraz. Heca vəznində yazılan şeirlə sərbəst şeirin nə kimi fərqlərini görürsən?

- Ölkəmizdə bu mövzuya fərqli yanaşan bir neçə qrup var: hər ikisini qəbul edən, ümumiyyətlə baş qoşmayan, heca vəznində yazıb sərbəst şeir yazanları şair saymayanlar, sərbəst şeir yazıb heca vəznində yazanları gerilikçi adlandıranlar. Son iki qrupa daxil olan adamlar qədər mənasız adamlar yoxdur. Adam nə qədər mənasız olar ki, heca vəznində şeir yazır və qərara gəlir ki, sərbəst şeir yazanları şair saymıram. Bu düşüncədə olan hər iki qrup istedadsız adamlardır. Heca şeiri yarananda əmin olun ki, o da qınaq obyekti olub. Sonralar bu vəzndə uğurlu şeirlər yazılandan sonra xalqın genetikasına oturuşub. Təbii ki, sərbəst şeirin də peşəkarcasına yazılmasının tərəfdarıyam. Sərbəst şeirin öz süjet xətti, öz ritmi olmalıdır.

- Səncə, nə vaxtsa sərbəst şeir heca vəznində yazılan şeiri üstələyə biləcək?

- O cəmiyyətin keçəcəyi inkişaf yolundan aslıdır. El şənlikləri, toy qaydası poeziyada üstünlük təşkil edəcəksə, maddiyyat el şənlikləri üzərində qurulacaqsa təbii ki, heca şeirinin nüfuzu daha yüksək olacaq. Yaxın on il ərzində sərbəst şeir yazan istedadlı imzalar sayəsində sərbəst şeirə münasibət dəyişəcək. Dünya prinsiplərinə qoşulmaq istəyən cəmiyyət dünya ilə ayaqlaşmalı, yenilikləri qəbul etməlidir.

- Ədəbi tənqidin hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsən?

- Azərbaycanda ədəbi tənqidlə məşğul olan çox adam var. Hətta şair və yazarlarımızın bir çoxu qonorar naminə, öz imzasını üzə çıxartmaq naminə kiminsə haqqında yazılar yazırlar. Sırf bu janrda yazan, həqiqətən bu işlə məşğul olan 5-6 imza var. Bu insanlardan da hamısının ədalətli olduğunu demək yalan olar. Yəni ölkədə barmaqla sayılacaq qədər az vicdanlı ədəbi tənqidçi var. Azərbaycanda ədəbi tənqid ölmüş vəziyyətdədir. Onu öldürən də tənqidçilər özləri olub. Əgər bu gün qonorar naminə istedadsız birini tərifləyir, istedadlı birini tənqid edirsənsə bunun adı vicdansızlıqdır. Vaxt var idi bir çox tənqidçilər ilə şəkil çəkdirmək üçün can atırdıq, çünki vicdanına inanırdıq. Əsəd Cahangirin yazılarını oxumuşam, çox bəyənirəm. Vaqif Hüseynov, Nərgiz Cabbarlı kimi tənqidçilərin demək olar ki, bütün yazılarını izləyirəm. Rüstəm Kamalın çox istedadlı və savadlı olduğuna inanıram amma onun gəncliyə yanaşması məni qane etmir. Hansısa bir imza şöhrət tapandan sonra gəlib onun haqqında yazmağın mənası yoxdur. Haqqı o zaman müdafiə etməlisən ki, haqqın müdafiəyə ehtiyacı var. Rüstəm Kamalın, Cavanşir Yusiflinin yazı yazmağını gözləyirəm. Boş yerə istedadlı gənclərlə düşmən olmağa dəyməz deyə düşünürəm.

Söhbətləşdi: Ulucay AKİF


İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK