nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "ÖLMƏYƏ VƏTƏN YAXŞI" Adalet.az | "ÖLMƏYƏ VƏTƏN YAXŞI" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"ÖLMƏYƏ VƏTƏN YAXŞI"

Ağsaqqal şair dostum Əvəz Mahmud Lələdağa

38762    |   2019-12-17 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söz adamı təkcə ortaya qoyduğu kitabla, bədii nümunələrlə deyil, həm də özünün həyatdakı mövqeyi, şəxsiyyəti və xüsusilə insanlarla təmas qurmaq qabiliyyətilə digərlərindən seçilir və bu da həmin söz adamına özünü sevdirmək, tanıtmaq baxımından çox önəmli bir məqamdı. Bu mənada ağsaqqal dostumu təqdim etməyə və yaxud da onu tərifləməyə elə bir lüzum görmürəm. Çünki Əvəz Mahmud Lələdağ özünün ədəbi bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyəti və yaşadığı Sumqayıt şəhərindəki özəl nüfuzu ilə həmişə diqqətimi çəkib və mən yaşımın bu çağında da öz ictimai fəallığından bir an da olsun çəkilməyən, şəhərin bütün tədbirlərində, xüsusilə Sumqayıtın yaradıcı mühitində ön cəbhədə dayanan Əvəz müəllimin yaddaşına da heyrət edirəm. Bu insan tarixi sanki ovcunun içərisinə yazıb. Sadəcə onu dindirmək, danışdırmaq lazımdı. Ovcunu açıb qoyacaq ortaya və bir-bir olub keçənləri, həyatda öz yeri, öz dəsti-xətti olanları muncuq kimi sapa düzəcək. Şirin və məntiqli, həm də səlis danışığı ilə dinləyicisini öz aurasina alan Əvəz müəllim şəxsən məndə belə bir əminlik yaradıb ki, bu insanı ancaq dinləmək lazımdı. Sadəcə olaraq, aradabir sualla və yaxud da replika ilə onu bir az da həvəsləndirmək o söhbətin şirinliyini bir az da artırar.

Bütün bu kiçik giriş yazımı ona görə qabarıq şəkildə oxuculara təqdim edirəm ki, məqsədim var. Bu məqsəd də Əvəz Lələdağ poeziyasındakı şirinliyə söykənir. Yəni bu insan özünün hər bir halını olduğu kimi bədiiləşdirməklə gəraylıya, qoşmaya, bayatıya, təmsilə, bir sözlə, bədii sözün bütün janrlarına çevirə bilir.

Yaxın günlərin söhbətidi. Adətən darıxanda zəng vurub Əvəz müəllimin səsini eşidirəm. O da həmişəki kimi öz ağsaqqallığında dəyişməz qalır və təkidlə görüşməyə, bir çay süfrəsi arxasında həmsöhbət olmağa dəvət edir məni. Elə bu yaxınlarda olan görüşümüz zamanı Əvəz müəllim məni bir az da şərəfləndirdi. Özünün son kitabını "Ölməyə Vətən yaxşı"nı aftoqrafla bağışladı mənə. Mən o aftoqrafı bir neçə dəfə oxumuşam. Hər oxuyanda da onun səmimiyyəti mənə qəlbən (tam səmimi deyirəm - Ə.M.) rahatlıq gətirdi. Əvəz müəllim aftoqrafda yazıb ki, "Çöx hörmətli, sədaqətli, el qeyrətli, vəfalı dost, gözəl insan, dostun şair Əbülfət Mədətoğluna Allahın salamı olsun! Tarix 05.10.2019".

Bu aftoqrafdan və barəsində öncədən işarə vurduğum səmimiyyətdən sonra kitabı necə oxumamaq olar? Bax, mən də oxucu marağıyla artıq stolüstü kitabıma çevrilmiş "Ölməyə Vətən yaxşı"nı demək olar ki, hər gün vərəqləyirəm. Və ilk şeirdən sevginin qanadlarında xəyallanıram. Əvəz müəllim yazır ki:


Mənim nəyim var ki, sözdən savayı,

Haqdan, ədalətdən, düzdən savayı.

Kimim var əzizim sizdən savayı,

Sizdə dözüm gördüm, sədaqət gördüm.


Və yaxud:


Əzəldən dərdimin davası sənsən,

Verdiyin cəzalar bir ömrə bəsdi.

Mən sənin eşqinlə nəşələnmişəm,

Bu da sənə olan böyük həvəsdi.


Ayrı-ayrı qoşmalardan götürdüyüm bu iqtibaslar Əvəz müəllimin sözlə işləmək, sözü ruha hopdurmaq imkanlarının nə qədər böyük olduğunu birmənalı şəkildə ifadə edir. Açıq şəkildə bəlli olur ki, şair sözü axtarmır, sözüm dalınca haralarasa getmir. Söz onun sinəsindədi, onun ruhundadı. Ona görə də özü də sinədəftər olur və oxucusuna da üz tutub ərklə deyə bilir:


Ay Əvəz, sən düşün sabahkı günü,

Düşün elimizdə toyu, düyünü.

Gəl çox da ağartma sözün yükünü,

Yadlar sevinməsin, qeybət etməsin.


Və yaxud:


Hər dərddən Əvəzin var dərdi, çoxdu,

Alıb gül bağını xar, dərdi çoxdu.

Gəl onu parçala, yar, dərdi çoxdu,

Apar peşkəş elə yara qəlbimi.


Şair Əvəz Lələdağın "Elm və Təhsil" nəşriyyatında işıq üzü görmüş bu kitabında yer almış poeziya nümunələrində doğma elin coğrafiyası da sözlə tablolaşdırılmış, rəsmə çevrilmişdi. Onun düşmən tapdağı altında olan İrəvan xanlığı ərazisindəki el-obamızın indi dəyişdirilən adlarıyla bağlı şeirlərini kövrəlmədən, "ah" çəkmədən oxumaq olmur. Bu misralar adamın yarasına duz basır, ürəyinə od salır. Oxuduqca özündən asılı olmadan o ellərə, o yerlərə çıxıb gedirsən. Şair yazır ki:


Bir qanadlı quş olaydım,

Uçub Dikdaşa qonaydım.

O qız gilə boylanaydım,

Arzubulaq, Arzubulaq.


Və yaxud:


Qəlbim olub indi şüşə,

Tamarzıyam Yaşıldöşə.

Əvəz deyir yolum düşə,

Bir də gələm sizə dağlar.


Burda vurğulamaq yerin düşər ki, Əvəz müəllimin, torpaqla, yurdla, dağlarımızla bağlı bir-birindən gözəl, bir-birindən maraqlı yaradıcılıq nümunələri var.

Təkcə onun bu qəbildən olan şeirlərini oxumaqla Qərbi Azərbaycanı qarış-qarış gəzmək mümkündü. Mən burda onu da qeyd etməyi zəruri hesab edirəm.

Yəni demək istəyirəm ki, Əvəz müəllimin gəncliyi, bu günü Sumqayıtla bağlıdı. Ona görə də ömrünün çox böyük hissəsini əritdiyi bu şəhərə də o, bir şair, bir vətəndaş sevgisini zaman-zaman dilə gətirib. Və hər bir şeirində Sumqayıtın özəlliyini və gözəlliyini özünəməxsus şəkildə oxucu diqqətinə təqdim edibdi. Onun Sumqayıt bulvarı ilə bağlı yazdığı şeirin təkcə son bəndinə diqqət yetirəndə artıq mənimlə razılaşmalı olacaqsınız. Şair yazır ki:


Burda tüğyan edir gecə nur seli,

Göyün ulduzları səpilib yerə.

Sumqayıt bulvarı dünya gözəli,

Gör necə yaraşır mavi Xəzərə.


Bəli, Əvəz müəllimin barəsində söhbət açdığım kitabda poemaları və publisistik yazıları da yer alıbdı. İnşallah, onlarla da bağlı fikirlərimi oxucularla da bölüşmək ümidindəyəm. İndilikdə isə qələm dostum, ağsaqqal şairimiz Əvəz Lələdağı bu kitab münasibətilə təbrik etməklə ona can sağlığı və yaradıcılıq uğurları arzu edirəm. Və inanıram ki, onun ilham çeşməsi öz qaynarlığı ilə biz oxucuları hər zaman sevindirəcək.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK