nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb Adalet.az | Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb

4768    |   2019-12-10 10:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin oktyabrın 8-də Bakının Qaradağ rayonunda açılışı olan "Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Adalet.az -a verilən məlumata görə, hər cür sosial-texniki infrastrukturla təchiz edilən kompleks ölkədə məcburi köçkünlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev davam etdirir, yeni mənzillərə köçürülən ailələrin sayı hər il artır. Birinci vitse-prezident Mehriban Əliyevanın müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə olan məcburi köçkünlərə yeni mənzillərin birinci növbədə verilməsi barədə tapşırığı icra edilir.

Yeni qəsəbələrin salınmasına özəl sektor da öz töhfəsini verir. Məcburi köçkünlər üçün salınan 106-cı qəsəbə olan 1300 mənzilli "Qobu Park-2” yaşayış kompleksi də həmin töhfələrdəndir.

Kompleksə Bakı şəhərinin bir neçə rayonunun ərazisində uzun illərdir müvəqqəti məskunlaşmış, yaşayış şəraiti ağır olan məcburi köçkün ailələri köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov bu barədə məlumat verərkən bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə, həyat üçün təhlükəli olması barədə rəy verdiyi binalar ilkin köçürülmə obyektləridir. Köçürülmə vaxtı paytaxtın hər bir rayonundan müvafiq binalar seçilib. Onların sayı çoxdur və köçürülmə mərhələli şəkildə aparılır.

"Qobu Park-2” yaşayış kompleksinə Qaradağ rayonunda - Lökbatan qəsəbəsindəki "Gecə” sanatoriyasında, 221 saylı bağçada, 4, 5 və 7 saylı yataqxanalarda, köhnə "Mebel evi”ində, Səbail rayonunda - Həmkarlar İttifaqınınyataqxanasında, Suraxanı rayonunda 1 saylı texniki peşə məktəbində, "Park, 32” ünvanında, Nərimanov rayonunda - "M.Məmmədov, 4” ünvanında yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2 saylı yataqxanasında, "Təbriz küçəsi, 10” ünvanında yerləşən yataqxanada, 39 nömrəli orta məktəbin həyətindəki inzibati binada, "Həsənoğlu küçəsi, 83A” ünvanındakı tikilidə, keçmiş "Tramvay park”ının ərazisində, Nəsimi rayonunda - Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında, Binəqədi rayonunda - "Mir Cəlal küçəsi, 3” ünvanında yerləşən yarımçıq binada, "Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 2-ci döngə, 14” ünvanında - Dəzgahqayırma zavodunun ərazisindəki binalarda, "1-ci mədən küçəsi, 1288” ünvanında - "Təmir-tikinti” MMC-nin ərazisində, "2-ci mədən” küçəsində - "Binəqədi Oyl” şikətinə məxsus binada, "K.Rəhimov küçəsi, 53A” ünvanında - "Elektroştamp” zavodunun yataqxanasında, "A.Gəraybəyli küçəsi, 9” ünvanındakı 9 saylı yataqxanada, "Delta” MMC-nin binasında, Nizami rayonunda - "Azərsutikinti" xəstəxanasının inzibati binasında, Yasamal rayonunda - "Xiyabani küçəsi, 14” ünvanında yerləşən 2 nömrəli tibb kollecinin yataqxanasında, "Şərifzadə, 196” ünvanında yerləşən xəstəxananın həyətindəki tikililərdə, Xətai rayonunda - "R.Əliyev küçəsi, 12/17” ünvanında uzun illərdən bəri müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

Məcburi köçkünlərə mənzillər püşkatma yolu ilə, şəffaflıq prinsiplərinə əməl edilməklə verilib. Onların yeni mənzillərə köçürülməsi dövlət vəsaiti hesabına həyata keçirilib.



İmza:

Bakı-Sumqayıt yolunun kənarında mərmi tapılıb

Bu ay Azərbaycana neçə çinli gəlib? - Açıqlama

"İçərişəhər" yarımstansiyası yenidən qurulur

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli sahədə yerləşir

“USE” MMC və AİR Aarasında əməkdaşlıq memorandumu imzalanıb

Hərbi hissələrdə zirehli və xüsusi texnikaların vəziyyəti yoxlanılır

Könüllü gömrükçülərimizin fəaliyyəti uğurla başa çatıb

Bakı şəhər BPİ Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət bildirdi

"Sədərək" dairəsində sürücüləri cərimələyən yol polislərinin izahatı alınıb

Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcəklər

Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb

Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK