nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq Adalet.az | Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq

4336    |   2019-12-06 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkədə aparılan islahatlara dəstək məqsədilə həyata keçirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi yoxdur: "Azərbaycan xalqının xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşmənlərdən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi yalnız və yalnız Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin və bu islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

Ötən il cənab Prezident özü növbədənkənar seçkilərə gedərək həyata keçirilən islahatlara bir daha xalqın münasibətini bilmək istədi. Xalq yekdilliklə Prezident İlham Əliyevə səs verdi və bu siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Mən tam əminəm ki, Azərbaycan xalqı yenə də bu uğurlu siyasətə səs verəcək”.

Müxalifətin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı deputat qeyd edib ki, radikal müxalifətin hər hansı uydurma fikirləri xalqın iradəsini qətiyyən ifadə etmir:

"Müxalifətin bu qolunun bacarıqsızlığını, səriştəsizliyini və Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı həyata keçirdiyi hərəkətləri xalq qətiyyətlə pisləyir. Mən tövsiyə edərdim ki, özlərini müxalifət lideri adlandranlar heç olmasa bir dəfə də olsa milləti, dövlətçiliyi və milli maraqları düşünsünlər və bu gün müharibə vəziyyətində olan Azərbaycan üçün, dövlətçiliyin möhkəmləndirilməsi üçün heç olmasa konstruktiv bir addım atsınlar.

Onların parlament seçkiləri haqqında səsləndirdikləri hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Sadəcə olaraq heç bir sosial dayağı olmayan və xalqın dəstəyini ala bilməyən radikal müxalifət seçkilərdəki uğursuzluğunu əvvəlcədən bilərək bu cür sərsəm bəyanatlar səsləndirməklə öz bacarıqsızlıqlarını ört-basdır etməyə çalışırlar”.



İmza:

Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb

Parlament seçkiləri ilə bağlı 429 beynəlxaq müşahidəçi qeydə alınıb

Bakı da bundan imtina edə bilər

Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı

NATO ekspertləri Azərbaycan hərbçilərinə təlim keçir

Tibbi ərazi bölmələri təsdiq edilib

Daha bir təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib

Nazirliyin müavinət və təqaüd ödədiyi şəxslərin sayı açıqlandı

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb, 1 nəfər işdən azad edilib

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

Mikayıl Cabbarov: "Azərbaycan Davos İqtisadi Forumunun..."

SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK