hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Deputat: Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz Adalet.az | Deputat: Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Deputat: Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz

3298    |   2019-12-02 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan açıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır:

"Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir.

İslahatların möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik. Təbii ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz. Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır.

Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir”.

S.Qafarovanın sözlərinə görə, digər tərəfdən Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu:

"Bununla da həm siyasi sistemimizdə, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram”.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.



İmza:

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir - Məzahir Pənahov

MSK deputatlığa namizədlərə çağırış edib

Sumqayıtın avtomobil yollarının əsaslı təmirinə 6,4 milyon manat ayrılıb

Parlament seçkilərində bir yerə 11 nəfər düşür

Parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub

Baş nazirin turizmlə bağlı qərarı nələri dəyişəcək?

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Təbii fəlakətə dini baxış: Allahın nişanələrindən biri- zəlzələ!

Təhsil naziri zəlzələ zonasından Azərbaycana gətirilən tələbələrin aqibətinə aydınlıq gətirdi

Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

Seçki bülletenlərində bu şəxslərin adının üstünə xətt çəkiləcək

SON XƏBƏRLƏR
2020-01-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK