hacklink Adalet.az | Prezidentin İŞİD-çi cangüdəni Adalet.az | Prezidentin İŞİD-çi cangüdəni Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Prezidentin İŞİD-çi cangüdəni

24322    |   2019-12-02 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət İrlandiyanın köhnə prezidenti Mary Robinson və əvvəlki baş naziri Bertir Ahernin cangüdəni olaraq işləyəndən sonra İŞİD-ə qoşulan Lisa Smith dekabrın 1-ində Türkiyədən İrlandiyaya göndərildi.

O İrlandiya ordusunda xidmət edib və 2015-ci ildə İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Lisa Smith dekabrın 1-i gecə saatlarında Türkiyədən deportasıya edilərək İrlandiyaya göndərilib. İrlandiyanın paytaxtı Dublinə çatan kimi polislər tərəfindən saxlanılıb.

Terrorla mübarizə idarəsi tərəfindən qarşılanan və saxlanılar Smithin Suriyada doğulan 2 yaşındakı qızı ailəsinə verilib. İrlandiya polisi Smithin terrorçuluqda şübhəli bilinib saxlanıldığını açıqlayıb. Smith və övladına təyyarədə üç səfirlik işçisi, bir İrlandiya xüsusi hərəkat qüvvələri mənsubu və bir də türk polisi yoldaşlıq edib.

İstintaq davam edir.

İŞİD-ə qoşulandan sonra heç bir xəbər alınmayan Smithin deportasiya olunana qədər Suriyada bir çadırda qaldığı aşkara çıxıb.

Prezidentə və Baş Nazirə yoldaşlıq etmişdi


Smithin İrlandiyaya qayıtmasından əvvəl təhlillər apararaq nəticələri yayımlayan İrlanidya mətbuatı İŞİD-li qadının ölkəyə geri qayıtmasına və istintaq zamanı suallarına geniş yer ayırıb.

İrlandiya mediyasında yer alan xəbərlərə görə Smith istintaqın ilk günü Suriyada olduğu müddətdə şiddətə qarışmadığını və İŞİD üzvü olan əri Əhmədin də 2018-ci ildə öldüyünü deyib.

Smithin İrlandiyadakı kariyerası da biraz qəribədir. İrlandiya ordusunda xidmət edən və dövrünün prezidenti Mary Robinsona və baş naziri Bertie Ahernə görüşlərdə ordu mənsubu kimi yoldaşlıq edən Smithin sorğusunun 72 saata qədər davam edəcəyini bildirilib.

İrlandiya qanunlarına görə maksimum 72 saat sorğu-sual oluna biləcək Smith daha sonra ya sərbəst buraxılacaq, ya da cəzalandırılacaq.

İLK olacaq

İrlandiyada 2005-ci ildə qanundakı dəyişikliklərə görə bir İrlandiya vətəndaşının hər hansı bir terror təşkilatına üzv olduğu sübut olunsa, onu 7 il həbs cəzası gözləyir. Əgər Smithin terror təşkilatında silah təlimi aldığı və şiddətə qarışdığı da sübut olunsa, 10 ilə qədər həbs cəzası ala bilər.


Əgər Smith günahkar bilinsə İrlandiyada bu bir ilk olacaq. Yəni Smith xarici terror təşkilatına üzv olmaqdan günahkar bilinən ilk İrlandiya vətəndaşı olacaq.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK