ANA SƏHİFƏ / YAZARLAR

Necə fenomen olub pul qazana bilərəm? - MƏŞHURLARIN SOSİAL ŞƏBƏKƏLƏRDƏN QAZANCI

6537    |   2019-12-02 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sadəcə, Kylie Jenner, Kim Kardashian, Ariana Grande ya da Christiano Ronaldo değil, ülkemizde de Nazlı Kayı, Şeyma Subaşı, Yasemin Özilhan, Pelin Akil, Nebahat Çehre və başqa bir çox məşhur artıq sosial mediyadan pul qazanır.

Bu gün artıq pul qazanmaq üçün işləməyə ehtiyac yoxdu. Sosial şəbəkələrdə izləyici sayınız çoxdursa, fenomen oldunuzsa, markalar arxanızca qaçacaq. Bu cür insanlara xaricdə təkcə bir paylaşım üçün 1 milyon dollar verilirsə, Türkiyə bu rəqəm 50 min TL-yə qədər yüksəlir.

Ariana Grande


Təxminən 4 ay əvvəl ingilis sosial şəbəkə şirkəti HQ sosial şəbəkələrdən ən çox pul qazanan və paylaşım başına rekord məbləğ alan adları açıqlayıb. Siyahının il sıralarında dünyanın ən gənc milyarderi Kylie Jenner yer alır. Bir paylaşıma qazandığı pul 1 milyon 266 min dollar olan Jenneri 996 min dollarla məşhur müğənni Ariana Grande izləyir. Siyahının üçüncü sırasında isə bir paylaşım üçün 975 min dollar istəyən futbolçu Cristiani Ronaldo var.

Kylie Jenner


Rəqəmlər bu qədər olunca hansısa universitetdə oxuyub kariyera qurmaq dərdinə düşmək yerinə, "necə fenomen olub pul qazana bilərəm?” dərdinə düşür gənclər. Oturduğumuz yerdən başqa cür rahat pul qazana bilməzsiniz.

Jennifer Lopes də sonuncu dəfə 20 dollarlıq bir üz maskasının reklamında çəkildi.


Vəziyyət Türkiyədə də fərqli deyil. Ağıllı telefonlar və sosial mediya gündəlik həyatımızın hətta və hətta vücudumuzun bir üzvü olduğu üçün əlinizi hara uzatsanız, bir fenomenə rast gələrsiniz. Hal-vəziyyət belə olanda markalar insanlara daha tez çatmağın yolu olaraq İnstagramda izləyici çox olan adamlarla birlikdə işləmək üçün onlara təkliflər etməyə başladı.

Məsələn, Ceyda Düvenci. 


Sosial mediyanın bu qədər önəmli bir hala gəlməyi məşhur və qeyri-məşhur bir çox adama bir qazanc qapısı açdı. Belə ki, pula heş ehtiyacı olmadığını düşündüyümüz Şeyma Subaşı, Yasemin Özilhan, Pelin Akil, Nebahat Çehre, Hande Soral, Bensu Soral, Burcu Esmersoy, Ceyda Düvenci, Demet Akalın, Seda Sayan, Gizem Hatipoğlu, Deniz Akkaya kimi məşhurlar artıq işlərindən əlavə sosial mediyadan da pul qazanmağa başladılar.

Yasemin Özilhan


İlk olaraq əslində məşhurları buna sövq edən arıqlama çayları oldu. Ağlınıza gələ biləcək bir çox məşhur (daha sonra qadağa olundu) sosial mediya hesablarında bu çayların reklamını etdi. İndi sadəcə çay deyil, kosmetika, tekstil, uşaq yeməkləri kimi bir çox şeyin reklamını edirlər.

Burcu Esmersoy


Məsələn, bir iddiaya görə kosmetika şirkətləri Nebahat Çehrenin bir paylaşımına 50 min TL verirsə, Yasemin Özilhanın bir paylaşımına 40 min TL verir.

Nebahat Çehre


Bu siyayıya əlavə olunan sonuncu məşhur isə Nazlı Kayıdır. 


Markaların arxasınca düşdüyü, tədbirlərə ev sahibliyi etməsi istənilən Kayı indi kosmetika və tekstil markalarını siması halına gəldi. Kübar cəmiyyətin ən tanınmış ailələrindən olan Sabancı ailəsinin böyük oğlu Hacı Sabancı ilə birlikdə Kayının aylıq 100 min TL qazandığı iddia edilir.

Bəs, görəsən, bizim məşhurlar social mediyadan nə qədər qazanır?

İşləməyən dişləməzmiş…



İmza:Eminquey

YAZARIN ARXİVİ

2020-08-06 : ŞAD XƏBƏR
2020-08-04 : ACI KAYBIMIZ
2020-08-04 : Ağdamda son azan
2020-07-27 : TƏBRİK
SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK