hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SƏNDƏ MƏNSİZLİK... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SƏNDƏ MƏNSİZLİK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SƏNDƏ MƏNSİZLİK...

Sən bunun axtarışındasan

8890    |   2019-12-03 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəli, bütün yazıların bir süjet xətti olur. Və bu süjet xətti əslində həm məram, həm də məqsəddi. Yəni bu yazı hansısa mərama, məqsədə xidmət edir. Və müəllif olaraq da hər kəs o məramı, o məqsdi bir xətt üzrə inkişaf etdirir. O yerə qədər ki öz istəyinə çatır. Elə ki,sadə bir şəkildə desək, meyvə yetişdi, onda mövzu da bitir. Yəni süjet xətti başa çatır. Bax, bu mənada mən iki-üç gün idi ki, içimdə gəzdirdiyim bir yazını sözə çevirməyə, kağıza köçürməyə cəhd edirdimm. Çox qəribədir ki, mən ümumiyyətlə yazıya tapındığım gündən indiyə qədər ilk dəfədir ki, içimdəki yazını ifadə etməyə tərəddüd hissləri keçirməklə yanaşı, həm də bir az da ehtiyat edirəm. Çünki son vaxtlar anlamaq dərdi yaman problemə çevrilib. Sənin barmaqlarını bir-bir qatlayıb saydığın məqamı bəzən elə görür və yaxud elə göstərirlər ki, orda barmaqdan və saydan əsər-əlamət olmur, özün də qalırsan baxa-baxa. Heyrətin elə bir həddə gəlib çatır ki, şeytanın yeddi arxa dönəninə elə həmin o yeddi qat sözlərdən deməkdən özünü saxlaya bilmirsən. Və bur yerdə Əlini dizinə çırpmaq da bir işə yaramır. Nə isə...

İndi təkcə siyasi müstəvidə deyil, bütövlükdə həyatımızda baş verənlər ardıcıl suallar doğurur. Elə suallar ki, biz onun hər birinə cavab verməyə məcburuq. O suallardan biri də insanın düşüncəsilə, duyğularıyla, xəyalları, arzuları, hətta yuxularıyla bağlıdır. Yəni səndən soruşurlar və yaxud da özün-özündən soruşursan ki, bu nə arzuydu? Hardan gəlib doldu qəlbimə, fikrimə? Bu nə xəyal idi, bu nə yuxu idi?.. Arzu demişkən, biz hələ kiçik yaşlarımızdan arzuların qanadında böyümüşük. Yuxularımız da, xəyallarımız da ilk şirəsini, ilk təkanını, ilk dəstəyini elə arzulardan alıbdı. Biz böyüdükcə ardınca qaçdığımız həmin arzular bizdən uzaqlaşıb, bizi tinlərdə, küçələrdə qoyub gedib. Mən inana bilmirəm ki, kimsə arzularına qovuşmuş olsun. Ona görə ki, arzudan arzu dünyaya gəlir. Və beləcə, silsilə davam edib. Arzular çoxalıb, bizim əlimiz də ətəkdə qalıbdı, ya da boşda. Nə isə...

Hə, mən bütün bunların yozumunu ona görə belə qabardıram ki, içimdə qarılyan, qocalan, hətta ölən arzularımla çox baş-başa qalıram, çox həmsöhbət oluram. Və bir də baxıb görürəm ki, gün öldürmüşəm, zaman itirmişəm. Necə deyərlər, əlim qana batıb, qatil olmuşam. Özü də arzu qatili. Və elə həmin arzular da mənim günahlarıma çevrilib. Gerçək həyatımda da, xəyalalrımda da, yuxularımda da. Amma şükürlər olsun ki, yorulmamışam, doymamışam. O arzuları çözməkdə, o arzuların ardınca getmıəkdə israrlı omuşam. Bu gün də həmin prinsipimə sadiqəm. Necə deyərlər, yolumu, səmtimi dəyişmirəm, gedirəm o yolla. Çünki o yol sənə doğru gəlir. Sən olan hər yerin mənə nələri yaşatdığını, nələri diqtə etdiyini özün məndən yaxşı bilirsən. Ona görə də:

Həmsöhbətim,

dinləyənim

və gözlərimə

baxa-baxa

susanın -

dörd divar

bir də

kiprikdən

qopmaq istəməyən

bir gilə yaş...

Adamlarla

danışmağı,

görüşməyi –

fikirləri

bölüşməyi

hətta bunu

düşünməyi

unudur

və unudur

sənin olan

ürəyim

yavaş-yavaş...

Öldürdüyün günlərə

söndürdüyüm içimə...

halsız durumla,

solğun baxışla

baxıb...

İnandığı dinə

and verirəm səni

ruhum,

demə və nə də incimə -

belə olmayaydı kaş...

***

İnsan özünü nə qədər kənara çəkmək istəsə də, hamıdan, hər kəsdən təcrid olmağa cəhd göstərsə də, bu istədiyi səviyyədə alınmır. Çünki müasir texnologiya adamı addımbaşı izləyir. On görə də telefonu söndürüb bir kənara atmaq, televizorun ekranını nəyəsə bükmək və yaxud kompüteri göz önündən götürüb harasa kənar bir yerə qoymaq bəlkə də mümkündür. Lakin o təkliyin içərisində xatırlatdıqların, pəncərəndən içəriyə dolan səslər və bir də sənin əlini uzatdığın nəsnələr içində nəyisə oyadır. Həmin o oyanma da səni təkliyindən bir anlıq da olsa çıxarır. Onda hiss edirsən ki, Allah səni özünə qapanmağa, tərkidünya olmağa qoymur. O yerə qədər ki, ora sondu, ordan o yana yoxdu. Və mən də ordan o yananı çox düşünmüşəm, gözümün önündə çox canlandırmışam. Sadəcə, gördüyüm xəyallarımın əksi olub. Boşluq və bu boşluğun içindəki harmoniya. Mən həmin o dediyim mənzərəni son kimi qəbul etsəm də, Tanrıya inancım bu sonluğun bir işıq zərrəsinə də bələndiyini mənə andırır. Təbii ki, bu da mənim həmin o sona olan münasibətimin formalaşmasında öz sözünü deyir. Doğrudur, dərindən düşünəndə, bu sonluğa hansı münasibətin hansı formada olmasından asılı olmayaraq, o qaçılmazdır. Deməli, lap dünyanın hansı ucunda olursan ol, o son mütləq qapını döyür və...

Adətən öz düşüncələrimin təsiri altına düşəndə yaxa qurtarmaq, özümə qayıtmaq istəyimi köhnə yazılarıma baxmaqla bərpa edirəm. Onlar mənə bir növü ipucu olurlar. Və mən həmin o yazıların hansısa bir sözündən, cümləsindən yapışıb qurtulmağa çalışıram düşdüyüm dərinlikdən. Bax, bütün bunlar indiki anda mənə elə bil ki, bir içim su, bir udum havadır. Ona görə də sağdan, soldan mövzumu toparlamağa, istiqamətləndirməyə cəhd edirəm. Ta ki, həmin o məqamı tapıb əlimdə cilovlayana qədər. Axır ki, deyəsən məqsədimə yetişdim. Yəni istədiyim məram budur ki, inancımla yanaşı, inamımı da ifadə edə bilim. Bu yazını oxuyan hər kəs bilsin ki, mən nəyi və niyə qabardıram. Deməli, hər bəndə üçün təbii ki, inancından asılı olaraq müqəddəs ünvan var. Və hər bəndə də o ünvanı ziyarət etmək, ona nəzir-niyazını çatdırmaq məramını bu və ya digər formada ifadə edir. Bu, onun haqqıdır və mən də hər kəsin haqqına sayğıyla yanaşmaqla, öz haqqımı da unutmamağa cəhd göstərirəm. Belə ki, insan inancının qulu olmamalıdır. İnanc ünvanı bütləşəndə mənə görə, o öz ilkin mahiyyətini xeyli itirir. Necə deyərlər, erroziyaya məruz qalır. Bax, bu mənada dünyada hamımızı birmənalı şəkildə inancımız olan Tanrı bizi ağılla, ürəklə, məntiqlə yaşamağa və gerçək, haqq olanlara üz tutmağa istiqamətləndirir. Yəni bir az da açıq desəm, şüurumuz, dərrakəmiz bizi digər canlılardan fərqləndirib. Bu da o deməkdir ki, biz fanat yox, normal, sivil inanc sahibi olaq. Onda ən müqəddəs ünvan belə öz mahiyyətində qalacaq. Çünki bizim ona inancımız ağıl və ürəklədir. Mən apardığım müşahidələr zamanı əmin olmuşam ki, yalançı, şişirdilmiş, bəzən həddindən artıq, özü də pafoslu şəkildə nümayiş olunan inanc ifadəsi tam, dürüst sevgi və səmimiyyətə söykənmir. Onun arxasında hansısa maraqlar dayanır. Zənnimcə, arxasında maraq dayanan sevgi heç vaxt öz saflığını, əbədiliyini qoruya bilmir. Yəni Məcnun sevgisinə çevrilmir. Məhz bu anlamda mənim sənə olan sevgim hər gün, hər saat, hər an dilimdə, varlığımda təkrarlanmaqla özünə pafos hopdurmur, təmtəraqlı, haylı-küylü görünmür. Çünki o, səmimiyyətə və ürəyə söykənir. Mən də belə məqamda birmənalı şəkildə bəyan edirəm ki:

Tükənir,

azalır,

üzülür –

bütün bunlar,

adi sayılsa da

amma hər kəs üçün

bir ömür payıdır...

Bizdən xəbərsiz

bəzən oxşar,

bəzən təkrar,

bəzən də bənzərsiz

bir xatirə

hardasa

sapa düzülür –

bu da barmaq sayıdı...

Deməli,

tükənən,

azalan

və üzülən

ömür payında

hər cür biçimdə,

barmaqsayı

xatirə varsa,

onda

kədərdən

qorxmağa dəyməz –

kədərin hay-hayıdı!..

Dünyanın mən yaşayan üzündə heç vaxt qovmadığım, heç vaxt qaçırmadığım bir istək var. Mən o istəyi reallığa çevirmək üçün gecı-gündüz bilmədən, zamanın fərqinə varmadan həm içimdə, həm sözümdə mübarizı aparmışam və bu gün də aparıram. Bu mənim üçün "olum-ölüm!” qədər zəruri bir həyat ehtiyacıdı. Çünki mən özümü onda tapmışam və özümü həm də ona həsr etmişəm. Özümü tapdığım və həsr etdiyim gerçəyə üzümü tutaraq müxtəlif formada poetik duyğular dilə gətirmişəm. Onlardan birində demişəm ki:

Sənə kim demişdi,

bu taleyi seç...

İndi ki seçmisən –

acısını çək!..

Mənim uduzduğum

olmamışdı heç –

Sevirəm! – deməyə -

gecikdiyim tək!..

Yəqin ki, bu şeir parçası sizə mənim nəyə istinad etdiyimi, nəyi qabartmağa çalışdığımı bir növü açıb göstərdi. Həmin o bəlli olan və sizin gördüyünüz gerçəklik də bütün parametrləri və cizgilərilə mənim sevgim deməkdir. O sevginin bütün mahiyyəti mənim özümü səndə tapmağım, həm də səndə yaşamağımdı. Bax, bu inancdan çıxış edərək hər dəfə özüm-özümə yüklənib sızıltı çəkən ürəyimi sakitləşdirməyə nəsə bir söz, bir ipucu, bir fürsət axtarıram. Neynəyim ki, bu istəyim də sənin yanında olmaq istəyim kimi ancaq arzu olub və arzu kimi də qalıb. İnadım həmin o arzu kimi qalan istəyin qapısını döyə-döyə misraalnır, şeirləşir və:

Bilirəm

sənə çətindi,

sənə

çətin olduğundan

min dəfə artıq

mənə...

Axı...

sən məndən,

yəni

sevgimdən yorulursan...

Mən isə,

sənsizliyimdən...

Bilirəm,

sənə

pozulmuş dinclik,

tez-tez təkrarlanan

inciklik...

mənə isə

onlardan da artıq

dözülməzdi

göz dağı çəkmək -

baxışlarında

artan

soyuğun dibində

çökmək...

Bilirəm,

fərqlidi

bu sevgiyə yanaşma

qoy

dualarımı edim,

sən dinlə, danışma

və mən yetim

qurtarım səni

səndəki

mənsizlikdən...

Bilirəm,

sonda

sal buz olacaqsan –

bıçaq kimi kəsən...

bax onda

yapışacaq mənə

hər nə düsən

və mən

qovulacam,

qaçqın düşəcəm

gileyləndiyim

həsrətdən də betər

sənsizliyimdən...

bütünlüklə

Vətənsizliyimdən...

Hə, dünyanın ən böyük grçəyi olmaq və olduğun kimi görünmkdi! Nə edim ki, olmağım və olduğum kimi görünməyim səndə öz təsdiqini tapmır. Lakin bu, məni qorxutmur. Çünki mənim istəyim, yəni sevgim və bir daha yəni, səndə olduğum və olmağım özünün təsdiqini elə sənin özündə də haçansa tapacaq!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK