ANA SƏHİFƏ / MƏMLƏKƏT

Metronun İçərişəhər yarımstansiyası yenidən qurulur

6661    |   2019-11-28 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan mütəmadi işlər daha bir yarımstansiyanın yenidən qurulması ilə davam etdirilir.

"Bakı Metropoliteni" QSC-dən Adalet.az-a verilən məlumata görə, 50 ildən artıqdır istifadədə olan "İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənməsi zərurətə çevrilib.

Bu məqsədlə təhlükəsizlik və elektrik enerjisi təminatı ilə bağlı alternativ mənbələrinin yaradılması ilə yarımstansiyada əsaslı təmir işləri aparılır. Hazırda burada köhnə avadanlıq sökülərək, yeni avadanlıqlar quraşdırılıb.

Dövrün tələbləri nəzərə alınaraq, yarımstansiyasında 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib.

Sökülən bütün avadanlıqlar dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in müasir cihazları ilə əvəzlənib. Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verib.

Hazırda təchizatçı şrkətin nümayəndələri ilə birlikdə avadanlığın sazlanması və sınaq işləri aparılır.

Qeyd edək ki, son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bundan savayı, "Sahil", "Gənclik", "Elmlər Akademiyası" stansiyalarında da elektrik yarımstansiyaları tamamilə yenidən qurulub.




İmza:

Vaqif Dərgahlı: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

Ermənilərin atəşləri nəticəsində dağılan evlər

Bir gündə karantin qaydalarını pozan 555 nəfər məsuliyyətə cəlb edildi

Dondar Quşçuya atılan partlamış top mərmisinin qalıqları tapılıb

Onkoloji klinikanın yaxınlığında yaşayış binasının tikintisi narahatlıq yaratdı - RƏSMİ AÇIQLAMA

Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı saxta məlumatlar yayan şəxslər saxlanıldı - VİDEO

Milli Məclisə dəyən zərərin məbləği açıqlandı

Azərbaycanda dolu yağıb - VİDEO

Dövlət Komitəsi bəzi şəxslərin evlə təmin edilməməsi məsələsinə aydınlıq gətirdi

Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapılıb

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı, 7 nəfər öldü

1043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ

SON XƏBƏRLƏR
2020-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK