ANA SƏHİFƏ / MƏMLƏKƏT

Altıağacda qarın hündürlüyü 12 santimetrə çatıb - Faktiki hava

6314    |   2019-11-22 11:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar, Sabirabad, İmişli, Göyçay, Cəfərxan, Zərdab, Yevlaxda 1 mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib. Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.



İmza:

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı - FOTO

Şahmar Mövsümov: Hər kəs öz məsuliyyətini dərk etməlidir

Virusa yoluxmuş insanlar bu halda cinayət məsuliyyəti daşıyır

Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

İcazəsi ləğv olunanlar bunu necə bilməlidir? – RƏSMİ AÇIQLAMA

Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? - RƏSMİ CAVAB

AQTA 84 müəssisədə kobud pozuntular aşkarladı

Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır

Bakıda daha bir koronavirus xəstəsi marketdə tapıldı - VİDEO

EKSPRESS xətlərin fəaliyyəti bərpa olunur

Qaradağlı səhra hospitalının “40 qız”ından biri - Elyanə Hüseynovanın arzuları...

SON XƏBƏRLƏR
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK