nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ Adalet.az | Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ

29002    |   2019-11-20 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov APA-ya müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

- Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunanda yəqin ki, ilk olaraq Azərbaycan diasporunun vəziyyətini araşdırıb, məlumat toplamısınız. Siz sədr təyin olunanda Azərbaycan diasporunun vəziyyəti necə idi, sədr təyinatınızdan sonra diaspor təşkilatlarının həyatında nə dəyişib?

- Ölkə Prezidenti böyük etimad göstərib 2018-ci ilin aprel ayında məni Dövlət Komitəsinə sədr təyin etdi. Amma mən Komitə sədri olmamışdan öncə millət vəkili, Milli Məclisin Komitə sədri, müxtəlif ölkələrin parlamentlərarası dostluq qrupunun üzvü kimi xarici səfərlərdə olurdum. Bütün bunlar mənə Azərbaycan diasporu haqqında kifayət qədər informasiya əldə etməyə imkan yaradırdı. Mən xarici səfərlərdə soydaşlarımızla görüşürdüm, onların rəy və təkliflərini dinləyirdim. Yəni, bunları qeyd etməklə bildirmək istəyirəm ki, mən Komitə sədrliyinə nabələd gəlməmişdim, kifayət qədər məlumatlarım var idi. Bununla belə, Komitə sədri kimi diasporla bağlı məsələlər birbaşa vəzifəmiz, bu istiqamətdə dövlət başçısının mühüm tapşırıqları olduğu üçün diasporun fəaliyyətini daha ətraflı təhlil etdik. Mənim sədr təyin edilməyimdən sonra nələrin dəyişdiyini, ümid edirəm ki, bir jurnalist, mətbuat orqanı kimi siz də görürsüz. Soydaşlarımız arasında xüsusi fəallaşma, birgə fəaliyyət istəyi var. İntriqalara son qoyulur, Koordinasiya şuraları yaradılır.

Bizim başlıca hədəflərimizdən biri xaricdə yaşayan soydaşlarımızın birliyidir. Soydaşlarımız da bundan ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycan­çılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar. 2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdi, 20-dan çox ölkədən gələnlər var idi, 10 dildə şüarlar səsləndirildi. Bundan başqa, Koordinasiya Şuraları yaradılır, yəni soydaşlarımız özləri birgə fəaliyyət üçün təşəbbüs göstərirlər. Təbii ki, burada Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır.

Komitə olaraq, Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstəririk. Müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərləri, informasiyaları e-maillərinə birbaşa göndəririk. Təşkilatların e-mail yaratmaları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstəririk. Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətə təbliğ edilir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşları­mızın birgə fəaliyyətinin təmin edilməsi, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.

Bütün bunlar, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələrdir. Verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışırıq. "Vətən uzaqda deyil” şüarı ilə hamıya, xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa çalışırıq. İstəyirik ki, hər bir soydaşımız yaşadığı yerdən asılı olmayaraq, güclü, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etsin.

- Ötən ilin iyulunda Azərbaycan Diasporuna Dəstək Fondunun yaradıldığını qeyd etdiniz. Son bir il ərzində Fond hansı işlər görüb? Diaspor təşkilatlarına dəstək hansı formada həyata keçirilir?

- "Azərbaycan Diasporuna Dəstək Fondu” Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli sərəncamı ilə yaradılıb. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulur, bunlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və s. aiddir. "Azərbaycan Diasporuna Dəstək Fondu” da qeyd edilən istiqamətlərdə mümkün dəstəyi göstərir.

- Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Dünyada nə qədər azərbaycanlının yaşaması barədə rəhbərlik etdiyiniz komitədə konkret rəqəm varmı?

- Bu barədə konkret rəqəm söyləmək çətindir. Müxtəlif mənbələrdə fərqli rəqəmlərə rast gəlinir. Amma ümumilikdə dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır. Onu da qeyd edim ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

- Bəzi hallarda istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıqlar müşahidə olunur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər nədən ibarətdir? Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün hansı təklifləriniz var və hansı işlər görülür?

- Mən deməzdim ciddi narazılıqlar var, sadəcə fikir ayrılıqları var və bu, fərdi xarakter daşıyır. Bu da təbiidir. Hamı eyni düşünə bilməz və fərqli yanaşmalar normaldır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yerinə yetirdiyimiz işlər artıq öz bəhrəsini verməkdədir. Dəfələrlə bəyan edilib ki, Dövlət Komitəsi olaraq birgə fəaliyyətə, koordinasiya olunmuş təşəbbüslərə, kollegial qəbul edilmiş qərarlara üstünlük veriləcək. Yəni, soydaşlarımızın birliyi, birgə fəaliyyəti bizim üçün olduqca önəmlidir. Artıq bunun real nəticələri də var. Dünyanın 27 ölkəsində yaşayan soydaşlarımızın təşəbbüsü ilə Koordinasiya şuraları təsis edilib. Artıq soydaşlarımız bu şuralarda birgə layihələrini müzakirə edir, təşəbbüslərini, təkliflərini birgə qərar verərək qəbul edirlər. Koordinasiya şuralarının fəaliyyəti məsələsi Dövlət Komitəsi tərəfindən hazırlanmış Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərdən biridir və bu istiqamətdə işlər ardıcıl şəkildə aparılır.

- Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz? Komitə erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının çatdırılması üçün hansısa konsepsiyalar üzərində işləyirmi?

- Bu, bizim gündəlik işimizdir və ən vacib məsələdir. Biz həqiqətləri dünyada təbliğ etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı oluruq. Xaricdə yaşayan soydaşlarımız bu ümummilli məsələyə olduqca həssas yanaşırlar və biz də Dövlət Komitəsi olaraq, mümkün dəstəyi göstəririk. Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir, "Qarabağa azadlıq”, "Xocalıya Ədalət”, "Ermənistan, işğala son qoy” və s. şüarlarla mitinqlər keçirilir. Qondarma Dağlıq Qarabağ rejiminin xaricdə keçirmək istədiyi tədbirlər, Ermənistanın xarici ölkələrdə münaqişəyə dair həqiqətləri təkzib edən tədbirləri və s. ilə bağlı soydaşlarımız dərhal reaksiya verir, öz haqq səslərini ucaldırlar. Yenə deyirəm, ötən il fevralın 23-də soydaşlarımız "Ümumavropa Qarabağ mitinqi” keçirdi. 20-dən çox ölkədən iştirakçı var idi, 10 dildə şüarlar səsləndirildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il çoxsaylı tədbir keçirilir və s. Bunları qeyd etməklə demək istəyirəm ki, bu, hər bir azərbaycanlının, o cümlədən, xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan diasporunun gündəlik işidir.

- Komitə tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq "Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanırdı. Həmin dərsliyin təqdimatı nə zaman keçiriləcək?

- Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan dili” dərsliyi hazırlanır. Dərslik müvafiq rəylərlə Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyinin müsbət rəyi olduqdan sonra kitabın çapı və təqdimatı keçiriləcək. Bu, hələ başlanğıcdır. "Azərbaycan dili” dərsliyi xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə daha yuxarı yaşlı soydaşlarımız üçün "Azərbaycan dili” kitablarının hazırlanması nəzərdə tutulur.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK