ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU:MƏNƏ KÖLGƏMDƏN DƏ YAXIN...

Ümid elə sən özünsən

9532    |   2019-11-18 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox qəribə bir ovqatın içərisindəyəm. Mənə elə gəlir ki, bu saat, bu an nə isə baş verəcək. Bunu ürəyim də hiss edir, duyğularım da. Hətta bir zəng gözləyən adam kimiyəm. Amma nə zəng gözləyirəm, nə də qeyri-adi nəyinsə baş verməsini. Sadəcə, oturub yazımı yazmaq, fikirlərimi bölüşmək, bir az da əgər imkan olarsa, qayğıları unutmaq üçün həmkarlarla, ruhuma, qəlbimə yaxın adamlarla həmsöhbət olmaq keçir mənim içimdən. Daha doğrusu, bu dediyim istək mənim üçün daha önəmlidir, nəinki həmin o dediyim ovqat!..

Bəli, adam o vaxt özünə yer tapa bilmir ki, içində olduğu mühit, dayandığı yer və hətta gördüyü iş onun ürəyincə olmur, onu sıxır, o, basqılar altında olur. Və beləcə, özünü bir tükdən asılı sayır. Qopub düşmək, hər şeyi vurub sındırmaq, hər şeyi atıb getmək fikri hakim olur varlığa. Və bütün bunların içərisində ən xoş söz də, ən səmimi münasibət də bəzən adamı qıcıqlandırır. Özünü tənhalığa, təkliyə, uzaqlara götürüb aparmaq istəyirsən. Doğrudur, bəzən psixoloqlar, nə bilim bu işi bilənlər həmin o ovqata, o yaşama öz baxışlarıyla, öz bilikləriylə qiymət verirlər, münasibət bildirirlər, diaqnoz qoyurlar... Buna kimi psixoloji sarsıntı deyir, kimi depresiya, kimi əsəb pozğunluğu... Nə isə...

Amma mən bir onu bilirəm ki, insanın həmin o narahat durumunun kökündə mütləq özünə və Allaha bəlli olan bir istək, bir sevgi dayanır. Həmin o, özünə və Allaha bəlli olan insana nəyi yaşadırsa, insanı nəyə kökləyirsə, o da ovqata çevrilir. Yəni bir mesaj, bir telefon zəngi, bir baxış, bir hərəkət həmin dediyim ovqata mənbə olur. Bu mənada mən hərdən öz-özümə düşünürəm ki, mənim ömrüm, mənim həyatım zaman baxımından necə ifadə oluna bilər. Neçə il, neçə ay, neçə gün düşüb payıma. Bu sualın cavabını axır ki, tapmışam və yazmışam ki:


Ömrüm iki gündü mənim –

Biri sən yanımda olan...

Biri mən yanında olan!

Qalan nə varsa gün donlu –

Bir ağ yalandı, ağ yalan!


İndi yəqin ki, səhərin gözü açılandan bəri kökləndiyim, daha doğrusu, məni öz cənginə almış həmin duyğular hardasa elə Allaha və mənə bəlli olan duyğunun, yəni sevginin fəsadlarıdı. Ona görə də mən həm özümə, həm də sənə yük olan bu ömürdən qurtulmağın bir yolunu tapmalıyam. Elə bir yolunu ki, sənin qəlbin, ruhun iynə ucu boyda da olsa ağrımasın, sızıldamasın. Və hətta o seçimə sən uğur diləyəsən. Və mən də deyəm ki:


Dağ boyda ağrıyam, sel boyda kədər –

Allahım, ortadan götür, bu yükü...

Ürəyə ağırlıq verməyim hədər –

Üzü gün batana ötür, bu yükü...


***

Bəli, payız özünü təkcə yarpaqlarda, dəyişən havada göstərmir. Bilmirəm, əvvəllər də belə olub, yoxsa yox! Amma bu payız bir az qəribə gəlibdi həyatıma, çevrəmə. Bir yarpaq tökümü başlayıb bu payız həm doğmalarım arasında, həm dost-tanış arasında. İtirdiyim əminəvələri, dayım... itirdiyim dostlar... kəndçilərim... Azərbaycan cəmiyyətinin sayılan adamları... Bütün bunlar bəlkə də təbii bir prosesdi. Amma nədən bunların hamısı payıza düşdü və nədən insanların yarpaq tökümü payızın yarpaq tökümüylə paralelləşir. Onların hər ikisi barəsində bir hüznlə, bir acıyla fikir bölüşürük. Bəlkə burda da bir möcüzə var, bir sirr var? Və ümumiyyətlə, ömrün payızı ifadəsi, anlayışı nədən həmişə bir ağırlıq gətirir ortalığa. Fikirləşəndə olduğum məclisdə söz söyləyəndə həmin o dediyim ağırlıq öz işini görür. Yəni içinə, çöhrənə bir kədər hopur. Ola bilsin ki, bu da Tanrının bir hikmətidir, bir yazısıdır. Və yaxud da görküdür. Adama həm zamanı tanıdır, həm də hardan gəlib hara getdiyini bildirir. Deməli, olum-ölüm məsafəsi bir az da yazla payız arasındakı məsafəyə uyğun gəlir. Bunu elə-belə söz gəlişi demirəm. Yaşananlara, baş verənlərə söykənib söyləyirəm. Axı, göz görə-görə, qulaq eşidə-eşidə insana bir həyat dərsi keçir, bir həyat bilgisi verir...

Hə, indi bax, içərisində olduğum ovqatın da, zamanın da diqtəsi məni bir küncə sıxıb. Həmin o yaşantılar məni etirafa məcbur edir, açıq danışmağa, fikir bildirməyə tərəf çəkir. Mən də yaxamı əldən çıxarmaq üçün iç dünyama üz tuturam və yazıram:


Yer göstər ev tikməyim,

Amma ki, binə gəlin...

Başqa bir dinin varsa –

Durub o dinə gəlim!...


Əlim qaş üstə qalıb

Ahım daş üstə qalıb...

Nəmdi – yaş üstə qalır –

Alıb bir kinə gəlim...


Möcüzəsən, ya sirsən

Yerdə ocaq, ya pirsən...

Əl çatmayan o BİR sən –

Söylə, mən kimə gəlim?!


De, bilim nədi şərtin

Elə onun ən sərti...

Biri azdısa dərdin –

Qoy lap mən minə gəlim!..


Yəqin ki, bu misralar və onun yaratdığı aura hardasa öz işini gördü. Ona görə də ovqatımın kirəcləşən damarı bir az yumuşaldı. Və mən boşalan şarın durumunu gözümün qarşısına gətirib onu ürəyimlə müqayisə etdim. Gördüm ki, o cansız cisimlə bu canlı varlıq arasında bircə oxşarlıq var. O da üfürülən şarın dözməyib parlaması və yüklənən ürəyin dözməyib partlamasıdı. İkisi də sonda hər şeyi itirir. Yerdə qalan yaşanan ömrün cizgiləri, naxışları, xatirələri, bir sözlə, izidir. Təbii ki, bu dediklərim nə bütün ömürlərə, nə də bütün partlayan ürəklərə aid deyil... Hər gün özünü kökləmək, özünü ümidli sabaha hazırlamaq kifayət qədər güc tələb etməklə yanaşı, həm də iradə tələb edir. Təəssüf ki, rəhmətlik Nüsrət Kəsəmənli demişkən, bəzən bunlardan biri olanda o biri olmur. Yəni şairin dediyi kimi, "biri vardı, biri yox”. Bax, indi mən də o dediyim məqamın tam içərisindəyəm. Gücümü sərf edib özümü kökləsəm də, tez ümidsizləşib, tez də məğlub oluram. Yəni sona qədər dözüb durmağa iradəm çatmır. Bunun da kifayət qədər səbəbləri var. Ən böyük səbəblərdən biri də yenə təklikdi, tənhalıqdı... Axı, dörd divarla baş-başa qalmaq, özün danışıb, özün eşitmək və bu danışdıqlarını, eşitdiklərini də misralamaq, şeirə çevirmək heç də asan deyil. Bu asan olmayan, adı bəlli, amma ifadə edilməyəm gerçəklik həqiqətən insanı büdrədir, diz çökdürür, bəzən də sındırır. Mən belə məqamların birində yazmışam ki:


Gedim uzaqda dayanım

Kölgəm üzünə düşməsin...

Adımı çəkəndə, qopan –

Damla dizinə düşməsin...


İçim laldı, çölümsə şən

Dərdlə ortaq, kədərlə tən...

Kiprikləri az qırp ki, sən –

Qopub gözünə düşməsin...


Mən cilovu tutsam da bərk

Tərk götürmür bu xəyal tərk...

Edim sənə kiçik bir ərk –

Öpüm izi də düşməsin!..


Bu açılan sabahların

Mən yaşayım qoy ahların...

Elədiyim günahların –

Adı izinə düşməsin...


Əbülfətin axdığı sel

Haqdan gəlib bilir bu el!

Kömək üçün atdığın tel –

Çölün düzünə düşməsin...


***

Bəli, adam nə qədər yaxasını kənara çəksə də, duyğular, hisslər onu tək buraxmır. Bəzən deyillər ki, filankəs kölgəm kimi məni izləyir. Amma mən kölgənin daimi olmadığını ən azından sizin qədər bilirəm. Yəni məşhur bir film var. Onun adını xatırlasanız, dediyimə inanarsız. Xatırlamayanlar üçün:

- Kölgələr gecə yox olur!

Hə, bax, indi mənim inancım belədir ki, kölgədən daha çox insanın bir an da olsun yaxasını buraxmayan və gecə-gündüz fərqinə varmayan hisslərdi, duyğulardı, xatirələrdi. Hətta onlar adamın yuxusuna da gəlir. Yəni bir xatirə bir yuxuya çevrilir! Deməli, baxış mənim də bir an olsun yaxamı buraxmayan, sərbəstliyimi, asudəliyimi öz ovcunun içərisində saxlayan həmin o duyğular, hisslər Səninlə, sevginlə bağlıdır. Və mən də həmin o sevginin, yəni sənin həm girovu, həm də özü olmuşam. Ona görə də bir anlıq olsa belə o sevgi, o duyğu məndən uzaq düşmür, uzaq dayanmır. Deməli, mən də onunla bahəm onun yanında oluram. Və bütün hallarımız, bütün məqamlarımız bir-birini tamamlayır. Bu tamlığın içərisində qazancım da, uğurum da, hətta uğursuzluğum da elə sevginin özüdü. Haqdan gələn, Tanrı hədiyyəsi olan bu sevgi ömrümü şərəfləndirir, mənim tez-tez dəyişən ovqatıma bir ümid işığı olur. Mən də o ümid işığında üzümü sənə tutub etdiyim duaların təkrarında yanılmamağa çalışıram. Və beləcə sonuncu duamda dilə gətirdiklərimi misralamaq, onu şeirə çevirmək istəyimi gizlətmirəm. Axı, mən sənə üz tutub yazmışam:


Bu dünyanın qibləsi də,

İşığı da, suyu da sən...

Ən sərt şaxta, buz olsam da

Çətin məni soyudasan –

Özündən!


Hər sözünə bir acılıq

Baxışına kin qatsan da...

Qopmayacam, bu sevgiylə -

Lap tərsinə sən yatsan da

Özündən!


Xəyalıma rişxəndini

Açıq-aşkar bildirsən də...

Ayırmağa gücüm çatmaz

Məni hər an öldürsən də -

Özündən!


Aramıza sədd çəkdikcə

Mən içimdə üzüləcəm...

Sevəcəyəm dərd çəkdikcə

Odum sənsən! - isinəcəm –

Özümdən!


Bəli, bütün yazı boyu ovqatımı və yaşantılarımı ifadə etməyə çalışdım. Düşündüm ki, bu bölüşmə, bu paylaşma sənə də, mənə də bir az yeni nəfəs, bir az ağırlıqdan qurtulma gətirər. Bilmirəm, düşünməyimdə haqlıyam, yoxsa yox, amma hər halda, bu da bir ümiddi. Axı ümid ən sonda ölür. Sizə və sevginizə ölümsüzlük arzusuyla "Hələlik!” – deyirəm.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK