ANA SƏHİFƏ / GÜNDƏM

Çörək oğurlayan cinayətkarlar! - Ulucay Akif yazır

8965    |   2019-11-08 13:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən fikirləşirəm ki, nə yaxşı bizim insanların çoxu varlı-karlı deyil. Hətta əllərimi göyə qaldırıb, dua edirəm ki, Allahım, nə olar, bizə pul göndərmə, həmişə belə qalaq.

Dünən yenə Amerikadan çox böyük cinayət xəbəri gəldi. Deməli, 18 yaşlı yeniyetmə məktəbdə 17 şagirdi öldürüb, 16-nı isə yaralayıb. Artıq belə xəbərlər adiləşsə də, üzərində düşünsək, nə qədər ciddi məsələ olduğunu görərik. Uşaqların asanlıqla silah tapa bilməsi bir cür bəla, belə vəhşiliklə cinayət törədə biləcək psixoloji duruma çatmağı isə başqa cür bəladır.

Bizdə nəinki uşaqların, heç əksər vaxtlarda polislərin də silahı olmur. Dəfələrlə polis görəndə silah qabına baxmışam ki, görüm bunun silahı var, ya yox. Həmişə boş olub. Uzağı rezin dəyənəklər olur, o da ekstremal hallar üçün lazımdı.

Bir dəfə avtobusda uşaq polisin silah qabını göstərərək sual etdi:

- Polis əmi, o nədir? Tapançadır?

Polis silah qabından telefon çıxardı və uşağa dedi:

- Tapança nədir? Telefon qabıdır.

Bu dialoqu eşidib, elə sevindim... Deməli, insanlarımız o qədər vəhşiləşməyib ki, onlara qarşı silahdan istifadə etmək gərəyi duyula.

Əslində, polislərimiz kimi, cinayətkarlarımız da çox şirin olurlar. Keçən səfər bir nəfər marketdən iki yumurta, bir çörək oğurlamışdı. Xəbəri oxuyanda fikirləşdim ki, oğurluğu edən şəxs tutulmasa, bəlkə də çörəyin yarısını doyduğu üçün geri qaytaracaqdı. Hətta buna əminəm də.

Bir həftə əvvəl telekanallarımızdan birinin xəbər buraxılışında belə anons eşitdim:

"Şok! Şok! Şok! Bakıda uzun müddətdir axtarılan cinayətkar dəstə yaxalandı!”

Tez həyəcanla televizorun səsini artırdım. Cinayətkarları göstərərək, dəstə haqqında danışmağa başladılar. Sən demə, üzlərini gizlətməyə çalışan bu gənclər mağazalardan siqaret və kontur oğurlayırlarmış. Dəstənin "başçısı”ndan oğurlanan malları nə etdiklərini soruşanda, "Neyləyəcəyik e, rəis? Siqareti çəkirik, konturla da dost-tanışa zəng edirik, ya qıza. Olar sevgilimə salam göndərim? Leyla səni sevirəm, məni gözlə!” - deməsi məni həm çox güldürmüş, həm də çox sevindirmişdi. İçimdən dedim ki, "Allah evini tiksin, sənin tay-tuşların nələr oğurlayır. Bir özünə bax, bir də onlara! Hələ utanmır bu fərasətsizliyi ilə Leylaya da salam göndərir!”.

Həmişə cəmiyyəti təkcə qınamağı bacarmaqda ittiham etmişəm. Deyəsən, özüm də bu dəfə onlara qarışmışdım.

Sonra düşündüm ki, məncə, ölkəmizin elm, incəsənət, idman və digər sahələrində baş verənləri xaricdə baş verənlərlə müqayisə etdiyimiz kimi belə hadisələri də müqayisə edə, hətta qınaya bilərik. Təsəvvür et, yumurta oğurlayan dayıya deyirsən ki, "Ay dayı, heç olmasa, bir mayonezdən, "ketçup”dan da oğurlayardın da! Quruca yumurtanı necə yeyəcəkdin?! A fərasətsiz!” Ya da o cinayətkar dəstədəki gənclərə deyirsən ki, "Dünyada sizin tay-tuşlarınız kompüterlə banklardan milyonlar oğurlayırlar, cahillər!”

Hələ yadıma düşür, bir dəfə sevgililər günündə belə bir xəbər yayıldı:

"Qanunsuz şəkildə gül satan gənc saxlanıldı! (FOTO)”

Şəklini də paylaşmışdılar. Bölmədə, əlində güllər, boynunu büküb durmuşdu. Sən demə, bu gənc satdığı gülləri qəbiristanlıqdan oğurlayırmış.

Sən bu yaramazın hərəkətinə bax e!

Ölülər qala-qala, dirilərə gül satmaq nə deməkdir?!



İmza:

Hande Harmancı: Karantin rejiminin yumşaldılmasından vətəndaşlar sui-istifadə etməməlidir

Əbülfət MƏDƏTOĞLU: AĞSAQQAL İŞIĞI

Pandemiya dövründə həkim soyğunçuluğu

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Naxçıvanda hərbçilər arasında yarış keçirilib - VİDEO

İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur

Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK