nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı Adalet.az | Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

Deputat: “O saat bilinir ki, siz türkpərəstsiniz...”

32116    |   2019-11-06 11:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramında verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı imperiyası, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanı xilasa gəlmiş Qafqaz İslam Ordusu barədə səsləndirdiyi fikirlər, həmçinin bir sıra digər ziddiyyətli açıqlamalar sərt etirazla qarşılanıb. Elə deputatın Milli Məclisdəki bəzi həmkarları A.Əlizadəyə kəskin cavab veriblər, bəziləri isə ondan heç olmasa susmağı tələb edib.

Türkiyə və Azərbaycan arasındakı münasibətlərin pik səviyyədə inkişaf etdiyi bir zamanda, üstəlik, türk düşmənlərinin "Bir millət, iki dövlət”ə qarşı aktiv şəkildə hərəkətə keçdiyi bu günlərdə birliyə, qardaşlığa çağırışların tələb olunduğu halda, azərbaycanlı deputatın belə iddialarla çıxış etməsi suallar doğurub, həmçinin Türkiyədə də etirazlar eşidilməkdədir. A.Əlizadəyə qarşı sosial şəbəkədə də sərt etirazları müşahidə edirik. Elə isə deputat niyə "qaşınmayan yerdən qan çıxartmağa” çalışıb, niyə özünü ictimaiyyətin hədəfinə çıxarıb, Türkiyə və Azərbaycanda etirazların olacağını bildiyi halda, deputat niyə belə fikirlər səsləndirib? Bütün bu suallara cavab almaq, A.Əlizadə ilə açıq söhbət etmək üçün onunla əlaqə saxladıq.

- Araz bəy, səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmadı, sərt etirazlar doğurdu. Bunun fərqindəsinizmi?

- Birinci dəfə deyil ki... Mən bunu 2015-ci ildə demişdim, indi yenə də təkrarladım. Mənə sual verdilər ki, siz bunu demisinizmi? Dedim, bəli, demişəm. Burada təzə nə var ki, sensasiyalıq? Saytda oturanların mövzusu yoxdur. Ona görə də vaxtaşırı həmin mövzunu saqqız kimi çeynəməyə başlayırlar. Mən dediyim sözün üstündə dururam və dəlillərimi də ortaya qoyuram ki, Osmanlı ordusu muzdlu ordu idi. Yoxsa başlarına at təpmişdi ki, Azərbaycanı pulsuz xilas etməyə gəlsinlər? Onlar heç Osmanlı imperatoru üçün pulsuz hərəkət etmirdilər.

- Bu dediklərinizi sübut etmək üçün əlinizdə əsasınız, faktınız varmı?

- Siz götürün tarixə baxın ki, Osmanlı ordusu muzdlu ordu idi, ya yox...

- Sualımı təkrar edirəm, türk ordusunun Azərbaycandan qənimət apardığı barədə faktınız varmı?

- Mən ömrümdə deməmişəm ki, buradan qənimət talayıb aparıblar. Mən demişəm ki, onlar pullarını alıblar və bizə kömək ediblər.


- Pulu kimdən alıblar və nə qədər, bunu bilirsiniz?

- Pulu Azərbaycandan alıblar, vallah yanlarında oturub saymamışam.

- Bu, fakt deyil, ümumi sözdür.

- Yox, ümumi söz deyil. Məntiq var. Əgər bu ordu hər yerə muzdla gedib müharibə aparıbsa, Azərbaycana muzdsuz gələ bilərmi?

- Araz bəy, əvvəla, Azərbaycan "hər yer” demək deyildi...

- Xeyr! Azərbaycan hər yerdir. Çünki onlar hətta Osmanlı imperatoru üçün müharibə aparanda muzdla döyüşürdülər. Onların maaşı ağça ilə verilirdi. Ağça gümüşdən olurdu. Sultanı devirmək istəyəndə ağçaya bir az çox mis qatırdılar, maaşları mislə verirdilər. Onlar da üsyan edib sultanı devirirdilər. Əgər sultanı, dini və siyasi rəhbəri pula görə devirirdilərsə, Azərbaycan da onlar üçün "hər yer” idi.

- Yəqin bilməmiş deyilsiniz ki, hər bir orduda çalışan əsgər və zabitlər xidmətin qarşılığında müəyyən məbləğdə aylıq alırlar. Dedikləriniz Osmanlının təkcə Sarıqamışda şaxtadan donan 90 min əsgərinin ruhuna həqarət deyilmi?

- Bir dəqiqə, sizə deyirəm. Oturun, düşünün, nə olub ki, onlar Azərbaycana muzdsuz gəliblər? Təsəvvür edin ki, bizdə qara yara olan Ermənistanın Azərbaycan torpaqlarında, tarixi torpaqlarımızda yaranması da osmanlıların əməyinin nəticəsidir. İngilislər onlardan tələb edəndə ki, "torpaq verin, ermənilər orda dövlət yaratsınlar”, osmanlılar heç Azərbaycana soruşmadan, Azərbaycanla məsləhətləşmədən İrəvan xanlığı ərazisində ermənilərə 9 min kv.km torpaq verdilər ki, dövlətlərini yaratsınlar.

- Unutmayın ki, o zaman Bakının özü belə, bolşeviklərin və daşnakların nəzarəti altında idi, İrəvanda isə erməni quldurları azərbaycanlıları kütləvi şəkildə qovmağa başlamışdılar. Tiflisdə Xalq Cümhuriyyəti elan olunsa da, hökumət Azərbaycana köçə bilmirdi...

- Mən sizə dedim ki, nəyə görə bunu deyirəm. Amma sizin sözünüzdən belə çıxır ki, ümumiyyətlə, Azərbaycan adlı ərazi olmayıb...(?red.) O saat bilinir ki, siz türkpərəstsiniz, (?-red.) mən isə Azərbaycanpərəstəm. Sizin üçün həyatınızda əsas Türkiyədir, mənim üçün Azərbaycan. Bir də deyirəm ki, onlar gəlib Bakıda kömək etdiklərinə görə minnətdaram, amma yalan da danışmayacağam ki, pulsuz-parasız gəlib kömək ediblər. Mövzu mənim üçün bitdi...


Bundan sonra telefonu qapadan deputatla yenidən əlaqə saxlayıb suallarımızın olduğunu deyirik, həmçinin telefonu bu şəkildə söndürməyin yaxşı hərəkət olmadığını xatırladırıq. Bu dəfə də qeyzlənir:

- Siz zəng edib bir dəqiqə əvəzinə, 10 dəqiqədir ki, mənim vaxtımı alırsınız. Mənim ayrı işlərim yoxdur?

- Mətbuata 10 dəqiqə vaxt ayırmaq çoxmu çətindir?

- Siz sualınızı verdiniz, cavabınızı aldınız. Sağ olun.

Bunu deyib yenidən telefonu söndürdü. Hər halda, biz bütün müsahiblərimizlə etik normalar çərçivəsində davranmağa üstünlük veririk. A.Əlizadəyə tribuna verən media orqanlarının da sərt tənqid olunduğu bir məqamda deputatın fikirlərini öyrənib ictimailəşdirmək istədik. Ancaq digər suallarımızı dinləmək belə istəmədi. Olsun. Bu da onun münasibətidir. Hər halda, "Bir millət, iki dövlət”in rəyini nəzərə almayan A.Əlizadə üçün bir jurnalistin telefonunu söndürmək elə də çətin deyil əlbəttə ki... Fikirləri ilə qəti razılaşmasaq da bunları tarix üçün yazdıq.

ELŞAD,
"Yeni Müsavat”




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

“KORONAVİRUSDAN SONRA DÜNYANI YENİDƏN BÖLƏCƏKLƏR…” –“Bu, siyasi və geosiyasi məsələdir”

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK