ANA SƏHİFƏ / MƏMLƏKƏT

Nazirlikdə bir neçə şöbə ləğv edildi, yeni qurumlar yaradıldı

5724    |   2019-11-04 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

Nazirlikdən Adalet.az -a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğun olaraq, cari ilin may ayında Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir. Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

Bundan sonra Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq. Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.

DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.

1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək. Həmçinin qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.



İmza:

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

Qızılağac milli parkında yanğın baş verib

Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

2294 NƏFƏR!

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK