hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QUŞ DİMDİYİNƏ BƏNZƏYƏN ƏLİN... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QUŞ DİMDİYİNƏ BƏNZƏYƏN ƏLİN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: QUŞ DİMDİYİNƏ BƏNZƏYƏN ƏLİN...

Qurumuş ağacı suvarması

3803    |   2019-11-04 09:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, barəsində yazmaq istədiyim kitab və onun müəllifi mənimlə eyni dövrün və eyni mühitin adamıdır. Yəni ədəbiyyat deyilən məkana, sözün ormanına çox kiçik, barmaq hesabı ay, gün fərqilə gəlmişik. Və gəldiyimiz o gündən üzü bəri bir istəyimiz, bir niyyətimiz olub: bacardığımızı, içimizdə olanı sözə verək, sözə söykənək, sözün qayğısını çəkib keşiyində duraq. Buna nə qədər nail olub-olmadığımızı təbii ki, daha çox söz xridarları və bir də bizdən sonrakı zaman deyəcəkdir. Ona görə bizdən sonrakı zamanı xüsusi vurğulayıram ki, bu gün Azərbaycan söz məkanının bir qüsurlu tərəfi var; istər ədəbiyyatşünas tənqidçilər, istər oxucular müəlliflərin, onların yazdıqları əsərlərin "xətrinə” dəymirlər. Ədəbi tənqidən çox ədəbi tərifə üstünlük verirlər. Bu da adamların bir-birinə olan xoş münasibətinin, üzbəüz gələndə utanmamaq məramının göstəricisidir. Ona görə də ən real qiyməti həmin o gələcək zaman verəcək. Və onda kimsənin inciməsi, küsməsi artıq heç bir rol oynamayacaq...

Bəli, Kəramətlə birgə başladığımız ədəbiyyat yolunun sağına, soluna, önünə, arxasına çox diqqət yetirmişəm, bu da səbəbsiz olmayıb. Təbii ki, səbəb də Kəramətin sözü, qələmi olubdu. Görmüşəm ki, Kəramət hansı ovqatda, hansı maddi durumda olmasından asılı olmayaraq, sözə qarşı diqqətini, həssaslığını, sevgisini bir iynə ucu boyda da olsa azaltmayıb. Əksinə, yazdığı, oxuduğu, qarşılaşdığı hər təzə sözə, hər təzə fikrə qarşı ürəyi atlanıb. O sözün müəllifinin kim olmasından asılı olmayaraq, Kəramət hər doğulan yeni söz üçün sevinibdi. Ona görə də onun ruhu da, düşüncələri də, elə sevgisi də tər qalıbdı. Həmin o tər sevgidən doğulan və indi mənim yazı masamın üzərində olan "Xatirə muzeyi (Adam)” kitabını hardasa 10-15 gündür ki, gözdən keçirirəm. Özü də tam səmimi etiraf edim ki, bu kitabı hələ oxuyub başa çıxmamışam. Elə imkan düşdükcə kitabı açıram və həmin səhifədəki şeiri oxuyub yenidən qatlayıram. Və görürəm ki, Kəramət mənim düşündüklərimi, mənim duyduqlarımı, mənim yaşantılarımı özünün şeirinə çevirib. Və yazıb ki:

Canım, "dərdə döz” demirəm,

Dözümdən yuxarı durmusan.

Nə azardı sözlə çıxmır,

Sözümdən yuxarı durmusan.


Daşı da görən-duyan var,

Hər ağızda bir dua var.

Hər izin əkiz tayı var,

İzindən yuxarı durmusan.


Qarğıyacaq Tanrım səni,

Söküm, yenə qurum səni.

Axı, kimə verim səni,

Özündən yuxarı durmusan.


Şeirin altında yazılma tarixi göstərilib – 1980-ci il. Elə həmin o tarixin özü də mənim üçün bir işarədir – dənizdən görünən işarə kimi. Deməli, dostum Kəramətin saxlancı qiymətli yatırımlarla zəngindir. Bax, bu şeir kimi. O şeirin qatlarında hər kəsin özündən, sözündən, varlığından yüksəkdə dayanmasının təkcə tərənnümü yox, həm də təqdimatı ifadə olunubdu. Ona görə də Kəramət öz qəhrəmanını bir kimsəyə verə bilmir. Axı həmin qəhrəman özü-özündən yuxarıdadı.



Kitabın daha bir səhifəsini açıram. Sərbəst vəzndə yazılmış bu şeir hardasa söylənən bir xatirəni göz önündə canlandırır. Çünki bu şeirin qəhrəmanı keçmişdə qalan bir adamdı. Keçmişdə qalanların hamısı olmasa da, müəyyən bir hissəsi bizim üçün xatirəyə çevrilib. Bax, elə bu adam kimi:

- Alo, alo

Cavab versənə

- Mənəm e, mənəm,

40 ilin o tayından

Keçmişdən gələn adam.

- Sən Kə-ra-mət-sən, KƏRAMƏT

Səsinin nəfəsindən tanıram səni.

Susmağından belə...

Ömrümün elçi daşında oturub

səni gözləyirəm.

Harda qalmışdın, ay zalım

- Gəldim, canım-gözüm, gəldim!

İlk baxışdan bu şeirdə fərqli nə olduğunu bəlkə də başqaları görməyə bilər. Amma mən bu şeiri iki dəfə oxudum. Və gözümün önünə gətirdim ki, Kəramət söz cığırı ilə gəldiyi 40 ili çox ustalıqla, özünün etibarlı, sədaqətli oxucusuna mesaj edib. Seyrək görünməsini qeybə çəkilmək yox, xatırlanmaq üçün seçib. Və bu seçimdə də haqlı olubdu. Axı o, ilk sözüylə, nəfəsiylə 40 il əvvəlki Kəramət olduğunu dərhal oxucusunun yadına salıb, onu gözləyənləri sevindirib. Ona görə də həmin o sevinci "gəldim, canım-gözüm, gəldim!” deməklə şərəfləndirib, bölüşüb, özününküləşdirib.

Oxuculara bu ilin payızında, yəni hardasa bir ay olar ki, təqdim edilən "Xatirə muzeyi (Adam)” kitabı qəribə bir şeirlə açılır üzümüzə. Bu şeirin adı çox sadə və bəlli bir gerçəklikdir. Hər kəs bilir ki, qurumuş ağacları sulamazlar. Bu gerçəyi poetik müstəviyə gətirmək, şairin baxış bucağı altına salmaq istedad və qabiliyyət tələb edir. Allah da bu istedad və qabiliyyəti Kəramətə verib. Ona görə də həmin qurumuş ağacın canındakı yanğını, onun rişələrindəki qanı görmək doğrudan da çox maraqlı bir tapıntıdır. Şair qardaşımın qəhrəmanının diliylə söylədiyi bu məqamı sizin də diqqətinizə çatdırıram.

Açıldı sabah,

əlimdə balta

yeridi quruyan ağaca sarı.

Elə yeriyirdi ki,

axşama çatardı on addım yolu.

Gözündən yaş,

baltadan qan damcılayırdı –

balta qan ağlayırdı.

Hə, zənnimcə, burda şərhə yer qalmır. Sadəcə duymaq, həmin ağacın taleyini öz taleyinə transfer etmək və ağaclaşan ömrün aqibətini düşünmək yetər. Bax, onda köməyə mütləq Kəramətin "Quş dimdiyi” şeiri gələcəkdi. Özü də qəfil, gözlənilməyən bir məqamda:

Əllərin əl deyil, quş dimdiyidi

Çör-çöp daşımışam, yuva qurmuşam.

Atılan gülləni, daşı "basdırıb”

dönmüşəm yanına arvad-uşağın.

Düşünürəm ki, şeirin bu kiçik parçası artıq oxucuda şairin təqdim etdiyi fikirlə yanaşı, durumun özünə də dərhal yeni baxışı tuta bilir. Çünki şair əllərini quş dimdiyinə bənzətməklə təkcə poetik fikri ifadə etmiş olmur. O həm də quş dimdiyi olan əlləriylə civildəşən quşcığazlara dən daşıdığını, dən qazandığını, dən topladığını və bunun üçün də tarana getdiyini söyləməkdən belə çəkinmir. Bax, bu artıq mənə görə poetik tablodu.

Başqa bir şeirində Kəramət vurğulayır ki, onun heç harda yeri yoxdu. Amma bu "yeri olmamaq” şair sözüdü. Ona hamı inanmaya bilər. Mən isə inanıram. Çünki Kəramət bir şair olaraq öz sevgisini o qədər pak, həm də müqəddəs bir formada, biçimdə görür ki... həmin görünən sevginin təbii ki, cılız məkanda, dar müstəvidə, lap elə bu Yer üzündə yerinin olmaması orijinal bir gerçəklik kimi qəbul edilməlidir. Necə ki, mən bunu belə də qəbul edirəm. Kəramət yazır ki:

Sənin Mən yerin var, mənim Sən yerin,

Özümün özümdən dönən yerim yox.

Qulaqlar kardısa, laldı hər tərəf,

Qadası, mənim də dinən yerim yox.


Yüz səni Bircəyə, Birə dəyişdim

Ömrü girov qoyub Sirrə dəyişdim.

Yerimi göylərdən Yerə dəyişdim,

Daha Yerdən yerə enən yerim yox.


Ay Yerin uşağı hardan gəlirsən,

Bələkdən gəlirsən, gordan gəlirsən.

Əvvəl-axır birdi, Birdən gəlirsən,

Diri bir, ölü bir...

Ölən yerim yox.

Bəli, mən Kəramətin bir neçə şeiri barəsində yeni kitabını əlimdə əsas tutaraq oxucu fikirlərini sizinlə bölüşdüm. Amma elə bilirəm ki, bu hələ başlanğıcdı. Çünki Kəramət kitabında müxtəlif illərin şeirlərini toplamaqla oxucunu zaman körpüsündən sağa-sola keçirir. Bu körpü illəri bir-birinə bağlasa da, amma hərdən adamı dayanmağa, elə körpünün öz üstündəcə oturub düşünməyəcə məcbur edir. Çünki kitabın adı "Xatirə muzeyi (Adam)” olduğundan ordan, yəni o muzeydən bir səs gəlir:

O ev daha ev deyildi,

Xatirə muzeyidi.

Muzey bələdçisi – Kişi

Yaşanan ömrün səsiydi.

Səsini unudub getmişdi Qadın.

Bir də ki, kölgəsini unutmuşdu zalımcasına.

Kölgə param-parça

Qadın səsi ayağıyalın, payi-piyada,

- Mənim yerimdə

başqa qadınla yatma,

E-Şİ-DİR-SƏN-Mİ?

(Bu səsi eşitməmək olar, zalımın qızı).

İndi siz də eşidin Kəramətin "Xatirə muzeyi (Adam)”-dan dünyanın qapısını döyən səsini. Görün eşitməyə biləcəksinizmi?




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK