ANA SƏHİFƏ / GÜNDƏM

BMT QAK Azərbaycana təşəkkür etdi

5357    |   2019-11-01 15:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakıda "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycanda məcburi köçkünlərə yardımı” mövzusunda dəyirmi masa keçirilib.

Adalet.az-ın məlumatına görə, tədbirdə çıxış edən BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso bildirib ki, Azərbaycanda 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq onlara olan münasibətə görə, hökumətə təşəkkür edib:

"Biz çox təşəkkür edirik ki, Azərbaycan hökuməti onları çox səxavətli şəkildə qəbul edib. Möcüzə idi ki, bu sayda köçkün əhalinin olmasına baxmayaraq, heç bir ciddi epidemiya və kəskin aclıq baş vermədi. Biz o vaxtlar insanları mövcud zavodlar, binalar, düşərgələr və hətta dəmir yolu vaqonlarında məskunlaşdırırdıq. 1993-94-cü illərdə BMT QAK 700 minə yaxın köçkünü düşərgə yaratmaq üçün çadırlar, eyni zamanda yataq dəstləri və digər ləvazimatla təmin edib. Eyni zamanda 30 min xəstəyə müxtəlif səhiyyə ləvazimatı çatdırıb. İlk günlərdən məlum idi ki, standartlara uyğun olmayan yerlərdə yaşayanların vəziyyəti, xüsusilə də su, sanitar vəziyyəti yaxşılaşdırılmalıdır”.

G.Ambroso qeyd edib ki, Ali Komissarlıq 1993-2000-ci illərdə Azərbaycanda proqramların icrası və inzibati xərclərin ödənilməsinə 50 milyon dollara yaxın vəsait sərf edib. 2001-ci ildən BMT QAK öz fəaliyyətini daha çox qaçqın statusu almaq istəyən insanların potensialının artırılması və Əfqanıstan kimi üçüncü ölkələrdən gələnlərin vəziyyətinin yaxşılaşmasına yönəldib: "Bununla yanaşı, BMT QAK həssas qrup olmasını nəzərə alaraq məcburi köçkünlərlə işləməyə davam edir. Yaponiyanın "Fuci optical" təşkilatından il ərzində 2000-ə yaxın məcburi köçkün, qaçqın və həssas qruplara aid olan digər şəxslər eynək alır. 2005-2019-cu illərdə Yaponiyanın "Fuci optical" təşkilatı bu missiyanın Azərbaycanda keçirilməsi üçün 2,8 milyon dollar xərcləyib. Bu günə kimi 33800 nəfərdə göz müayinəsi aparılıb və 57 min eynək və 434 qulaq aparatı verilib".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova da Azərbaycanda əhalinin sayına görə ölkədəki qaçqın və məcburi köçkünlərlərin saynın çox olduğunu söyləyib: "Bizim ölkədə 10 milyon əhaliyə nisbətdə 1 milyon qaçqın var. Belə bir nisbət dünyanın heç bir ölkəsində yoxdur. Bizim qaçqın və məcburi köçkünlərimizin dünya köçkünlərindən fərqi həm də odur ki, biz onları qəfildən və çox ağır şəraitdə qarşıladıq".

E.Süleymanova Azərbaycanın işğal altında olan torpaqlarının çox məhsuldar olduğunu da deyib. Onun sözlərinə görə, həmin torpaqlardan kənd təsərrüfatı sahəsində çox yaxşı istifadə etmək olardı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, məcburi köçkünlərin şəraiti yaxşılaşdırılmalıdır. Köçkünlərə maksimum dərəcədə yardımlar edilməlidir ki, onlar torpaqlarının itirilməsi ilə bağlı yaranmış stressdən azad ola bilsinlər:

"Amma hamımız bilirik ki, bu, mümkün deyil. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yüksək səviyyədə qəsəbələr salınsa, mənzillər tikilsə də, hələ də mənzil və digər problemləri olan köçkün təbəqəsi var. Münaqişədən sonra doğulan uşaqların artıq 26-27 yaşı var. Onlar bu mənzillərdə özlərini müvəqqəti yaşayan kimi hiss edirlər. Bu, özü də psixoloji bir gərginlikdir".



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

BƏS, QALAN 90 FAİZİ?!

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

GƏNCƏNİN 100 YAŞLI QƏZETİ

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı - VİDEO

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK