hacklink Adalet.az | Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR Adalet.az | Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR

9149    |   2019-11-02 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Universitetdə oxuyanda biz tələbələrin sevimli bir müəllimi vardı – Əkbər Bayramov. Azərbaycanda psixologiya elminin əsasını qoyanlardan biri idi. Dərslikləri də Əkbər müəllim yazmışdı.

Çox maraqlı mühazirələri olurdu, eyni zamanda bir psixoloq kimi hərdən tələbələrin üzərində eksperiment də keçirirdi.

Bir dəfə Lomonosov universitetinin bir professorunun keçirdiyi eksperimentdən danışdı.

Deməli, əlində şəkillər (eyni adamın şəkilləri) girir auditoriyaya, şəkilləri paylayır tələbələrə və deyir ki, bu adam qatı cinayətkardı, çox qəddar adamdı, qatildi və sair və ilaxır, indi bu şəkilə baxın, öz təəssüratınızı yazın.

25 tələbədən 22-si yazır ki, elə bu adamın sir-sifətindən qəddarlıq yağır, bir baxın, gözləri qatil gözləridi və sair və ilaxır.

Yalnız 3 tələbə yazır ki, bu adam alim də ola bilərdi, qəhrəman da ola bilərdi, mülayim baxışları var, gözəl ata da ola bilərdi. Görünür, taleyində hansısa bir qırıqlıq yaşayıb və nəticədə cinayətkar olub.

Professor sonra başqa bir auditoriyada yenə həmin adamın şəkillərini tələbələrə paylayır və deyir ki, bu adam görkəmli alimdi, bir çox kəşflərə imza atıb, çox xeyirxahdı və sair və ilaxır. İndi şəkilə baxıb təəssüratlarınızı yazın.

Bu auditoriyada da tələbələrin 21-i professorun verdiyi təqdimatla baxırlar şəkilə və yazırlar ki, həqiqətən üzündən nur tökülür, çox mehriban baxışları var, əsl alimə oxşayır.

Bu auditoiriyada yalnız 4 tələbə yazır ki, bu adam quldur da ola bilərdi, cani də ola bilərdi, qatil də ola bilərdi. Görünür, yaxşı müəllimlərin əlinə düşüb alim olub.

Sonra professor hər iki qrupu bir auditoriyaya yığır, fərqli düşünən həmin 7 gənci çıxarır önə, deyir ki, bu qədər tələbənin içində yalnız bunlar müstəqil düşüncəyə malikdirlər, öz dünyagörüşləri var, məsələyə öz yanaşmaları var və gələcəkdə də bunlar hamıdan fərqlənəcəklər.

İndi Bakı Slavyan Universitetində tələbələrə Yevgeni Primakovla bağlı esse yazdırıblar, sonra da mükafatlandırma mərasimi-filan olub. Bilmirəm, neçə tələbə bu işə cəlb edilib.

Məni başqa bir şey maraqlandırır. Görəsən, həmin tələbələrin içində heç olmasa, çox demirəm, iki-üç nəfər fərqli düşünən olubmu? Primakovun əsl xarakterini və kimliyini açan olubmu?

Primakov barədə esse yazdırmaq o qədər də böyük faciə deyil. Ən böyük faciə esse yazan tələbələrin içində Primakova fərqli yanaşan, yuxarıdan verilən «ustanovkadan» kənara çıxan tələbələrin və ya tələbənin olmamasıdı.

Sabah bu tələbələr bizim balalarımıza dərs deyəcək. Bax, faciə budur.

Və bir də görən o esse yazan tələbələrin içində 20 Yanvar şəhidlərinin yaxınları, əqrəbaları və yaxud övladları və ya nəvələri olan varmı?!





İmza:

İlham Əliyev : Azərbaycanın inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı

Elmar Məmmədyarov Riqaya rəsmi səfərə gedib

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov : Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir

“İndi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”

Mikayıl Gözəlov öldürülməsəydi...

Ramiz Mehdiyev İlham Əliyev haqqında məqalə yazdı

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir

Mütəllibov Müsavatın namizədi oldu... - Arif Hacılı belə deyir

Üzrü günahından betər…

QARABAĞIN QÜDRƏTLİ OĞLU MİKAYIL GÖZƏLOV - VİDEO

SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK