hacklink Adalet.az | “Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm...” -Şəhid əsgərimizin babası... Adalet.az | “Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm...” -Şəhid əsgərimizin babası... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm...” -Şəhid əsgərimizin babası...

4644    |   2019-11-01 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 18-də vəfat edən şəhid əsgərimiz Hüseynov Sənan Afət oğlunun oktyabrın 27-də təntənəli şəkildə qırx mərasimi keçirildi. Yas mərasimində valideynləri ilə söhbət etmək mümkün olmadığından bu gün yenidən şəhidin ailəsində qonaq olduq.

Beləliklə,Moderator.azşəhid əsgərimiz Sənan Hüseynov haqqında yazını təqdim edir.

Şəhid əsgərimizin ata evinə yaxınlaşıram, qapıda yarımçıq daha bir ev var. Yaxınları bunun Sənan üçün tikildiyini deyir. Evdən ilk olaraq nənəsi Zərnişan xanım qarşıma çıxıb bizimlə görüşüb ağlayır:

- Dərdimiz qurtarmır, bala, Sənan necə şəhid oldu, bilmirik...

Ardıyca babası Abbas da bizi qarşılayır. Şəhid babası ağlayır:

- Qapıda ona ev tikdim, təzə maşın aldım dedim ki, gəlib sürərsən, amma hər işim yarımçıq qaldı. Evi Sənan əsgərlikdə olanda tikdirirdim, dedim ki, bilməsin gələndə sürpriz edəcəm. Elə oldu ki, bir dəfə anasıyla danışanda anası demişdi. Mənim bütün işlərimi o aparırdı. İndi hər yerdə onun izi görünür. Sənangil evdə iki qardaşdılar, kiçik qardaşı Kənan isə 11-ci sinifdə oxuyur. Ona görə həyətdə ev tikirdim ki, istəyirdim iki qardaş bir həyətdə qalsınlar, amma qismət olmadı”
Şəhidimiz anası Könül xanım hər gün ağlayır. Elə ona görə də bizimlə danışmaq üçün özünü yaxşı hiss etmədiyini bildirdi. Atası və qardaşı isə təsərrüfat işlərinə görə evdə yox idi. Biz söhbətimizə şəhidimizin baba və nənəsiylə davam etdik. Şəhidimizin nənəsi Zərnişan xanım deyir ki, Sənanın avqustdun 15-də ad günü olub:

- Sənan Ağstafanın Ağgöl kəndində Sərhəd Qoşunlarında ximdət edirdi. Ötən ilin oktyabr ayında hərbi xidmətə getdi. Üç ay Cəlilabad rayon Göytəpə qəsəbəsində xidmət elədi. And içmə mərasimindən sonra evə gətirdik, hamımız dedik-güldük sonra da hərbi hissəyə apardı babası. Bir də əmisi qızının toyuna gəldi, üç gün qalıb qayıtdı. Avqustdun 15-də ad günü idi, əsgər yoldaşlarıyla qeyd edirdi, telefonla danışdıq, təbrik etdik. Dedi ki, məndən narahat olmayın, hər şey yaxşıdı. Hətta bizə şəkilini də göndərdi. Sentyabrın 14-də isə hərbi hissədən bizə məlumat verib dedilər ki, Sənanın vəziyyəti yaxşı deyil, Gəncəyə xəstəxanaya gətiririk. Biz də Gəncəyə getdik və Sənan sentyabrın 18-də həkimlərin səyinə baxmayaraq vəfat etdi”.

Şəhidimizin babası Abbas Hüseynov deyir ki, 1990-cı ildə kiçik qardaşı Asif də əsgərlikdə vəfat edib:

-Sanki bizim ocağımızda var, 1990-cı il fevralın 20-də kiçik qardaşım Asif də əsgərlikdə vəfat etdi. Onun da hərbi xidmətdə daş kömürdən boğulduğunu dedilər. İndi Sənana görə isə canımı qoymağa yer tapa bilmirəm, ora-bura gedib başımı qatıram, amma evə gələn kimi bilmirəm nə edim. Hər günümüz Sənan üçün ağlamaqla keçir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin!”

Qarabağ qazilərinin ağsaqqalı Maşalla Əliyev isə şəhidimizin qırx mərasimində qəbiri üstündə çıxış edərək şəhidlərimizin həmişə qəlbimizdə yaşayacağını bildirib:
"Sözün düzünü deyib, hədəfə vurmaq lazımdır. Bunu Sənanın ruhu da bilir. Sənan, qoy bu insanlar bilsinlər ki, sən yatdığın bu torpaq müqəddəs vətən torpağıdır. Biz müharibəyə gedəndə, bayraq uğrunda vuruşanda, müstəqil dövlətimizi quranda səngəri ana qucağından isti, vətən torpağının altını özümüzə cənnət saymışıq. Nə qədər ki, varsan, qəlbimizdəsən. Şəhidlərimiz biz ölənə qədər qəlbimizdədir, bunu hamı bilsin. İnsanlarımız çox sağ olsun ki, şəhidlərimizin dəfn mərasimində böyük izdihamla iştirak edirlər. Artıq valideynlər bilirlər ki, böyütdükləri övladlar vətən üçün yetişir. Bizim üçün öncə vətəndir. Biz hərbi formanı əynimizə geyərək, vətənə sədaqət andı içəndən sonra bu paltar bizim üçün kəfən hesab olunur. Səngər bizim ana qucağımızdan da isti bir yerdi. Vətən bizim üçün cənnətdir, həmin cənnət uğrunda şəhid olmağı isə özümüzə şərəf sayırıq”.

Vasif Əlihüseyn



İmza:

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK