ANA SƏHİFƏ / SİYASƏT

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda

11824    |   2019-10-31 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

27-30 oktyabr tarixlərində "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdə olub.

Cəmiyyətin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov, Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər.

Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olan Böyük Kanimansur, eləcə də Altın Topkan, Ciloy, Aprelevka kimi nəcib metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində "AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nümayəndə heyəti "Aprelevka” birgə müəssisəsinin baş direktoru Baxtiyor Macidovla da görüşüb, şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki baza, fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olub, "Kuş Mulla” və "Berquda” yataqlarına baxış keçiriblər.

Daha sonra tərəflər əməkdaşlıq məsələləri ətrafında danışıb, nəcib və qiymətli metal filizi sahələrində geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

ORDUMUZ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYƏ QADİRDİR

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir + VİDEO

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK