hacklink Adalet.az | Dövlət Yol Polisi uzaq məsafəyə gedən sürücülərə xəbərdarlıq etdi Adalet.az | Dövlət Yol Polisi uzaq məsafəyə gedən sürücülərə xəbərdarlıq etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Dövlət Yol Polisi uzaq məsafəyə gedən sürücülərə xəbərdarlıq etdi

3870    |   2019-10-31 12:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Dövlət Yol Polisi İdarəsi yuxusuz və səhhətində problem olduğu halda sükan arxasına əyləşən sürücülərə xəbərdarlıq edib.

İdarədən verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.

"Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirilməli, hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə olunmalı və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə diqqət yetirilməlidir: "Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etməyin.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun. Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır",



İmza:

Dövlət Yol Polisi uzaq məsafəyə gedən sürücülərə xəbərdarlıq etdi

Dünyanın ən bahalı avtomobilləri - 19 MİLYON DOLLAR

Ağdaşda 2 avtomobil yolu yenidən qurulub

Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır

Yol polisi avtomobilini saz vəziyyətdə saxlamayan sürücülərə növbəti xəbərdarlıq etdi

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

DYP-dən ÇƏKƏLƏK xəbərdarlığı

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

BDYPİ yol-patrul xidməti avtomobilinin maketinin tətbiqi ilə bağlı məlumat yayıb

Bəzi maşınların Bakıya girişi məhdudlaşdırılacaq

Salyanda uzunluğu 17.2 km olan avtomobil yolu yenidən qurulur

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK