hacklink Adalet.az | Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında Adalet.az | Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında

3892    |   2019-10-31 10:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb.

 Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmaməddin Nəsiminin şerlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində "Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.

Tədbir gənclərin konsert proqramı ilə davam edib.




İmza:

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Şeyx Əbdül: "Televiziyaları bərbad günə qoyanların..."

Mehriban Əliyevadan Maksim Qalkinin yaradıcılıq axşamı ilə bağlı paylaşım - FOTO

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK