hacklink Adalet.az | XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq Adalet.az | XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

XİN: XİN:

3542    |   2019-10-30 16:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun "nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı ünvanlanan sualı Trend-ə cavablandırarkən deyib..

L.Abdullayeva bildirib ki, səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb:

"Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək".



İmza:

DTX rəisi: "30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə..."

“İcra başçısı təyin olunacağımı gözləmirdim” - Elşad Həsənovdan ilk AÇIQLAMA

Mikayıl Cabbarov: Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

Samir Şərifov: Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

“Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Ordusu əməliyyat təlimlərinə başlayır

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb

SON XƏBƏRLƏR
2019-11-12
2019-11-11


VİDEO