hacklink Adalet.az | Məzahir Pənahov: Namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq Adalet.az | Məzahir Pənahov: Namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Məzahir Pənahov: Namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq

3186    |   2019-10-28 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şərait yaradırıq.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, bələdiyyə seçkilərində adətən seçilməyən namizədlər narazılıq edirlər: "İstənilən halda kimsə seçkilərdən narazılığını bildirir. Seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Bu təbii haldır, ancaq sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir. Hesab edirəm ki, belə də olmalıdır.

Lakin biz MSK olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk. Çalışırıq ki, müraciət edən namizədləri qeydə alaq. Əgər sənədlərində hər hansı bir çatışmazlıq olursa, dairə seçki komissiyaları tərəfindən onlara müvafiq tövsiyələr verilir”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.



İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK