hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏHNƏYƏ İSTEDADLAR GƏLİR Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏHNƏYƏ İSTEDADLAR GƏLİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Faiq QİSMƏTOĞLU: SƏHNƏYƏ İSTEDADLAR GƏLİR

12738    |   2019-10-28 14:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstedadlı adamlar gec-tez özlərinə yer tapmağı bacarırlar. Düzdür, bəzən qara buludlar günəşin qarşısını aldığı kimi, bəzi qüvvələr də bu istedadların qarşısına sədd çəkirlər. Amma müəyyən zaman kəsiyindən sonra gün işığı kimi o istedadlar buludun arxasından çıxır və ətrafı öz nuruna bələyirlər. İstedadlı gənc, istedadlı adam harda olmasından və hansı maneənin yaranmasından asılı olmayaraq, zaman gələndə özünü təsdiq etməyi bacarır.

Füzuli rayonundakı Horadiz şəhər Uşaq Musiqi Məktəbizndə də zaman-zaman çox istedadlı gənclər olub. Və bu istedadlar istər-istəməz gün işığı kimi özlərini göstərməyi bacarıblar. Onu da qeyd edək ki, bu musiqi məktəbi 1983-cü ildən fəaliyyətə başlayıb. Daha doğrusu, rayonda ikinci musiqi məktəbidir. Musiqi məktəbinə böyük bəstəkar və böyük ziyalı Məmməd Cavadovun oğlu Azər Cavadov rəhbərlik edir. O Məmməd Cavadov ki, vaxtı ilə böyük Üzeyir Hacıbəyovdan dərs alıb və onun xeyir-duası ilə fəaliyyətə başlayıb. Məmməd Cavadov həm bəstəkar, həm də bir bədii rəhbər kimi Naxçıvanda və Azərbaycanda silinməz izlər qoyub. O, məşhur "Naxçıvan" ("Barı Naxçıvan") mahnısının bəstəçisidir. Və eyni zamanda böyük bəstəkar yüzlərlə şeirə musiqi yazıb, çoxlu sayda tamaşalara və operettalara yeni nəfəs verib.



Əlbəttə, Horadizdə bu uşaq musiqi məktəbinin fəaliyyəti istedadlı yeniyetmələrin üzə çıxamsına, aşkarlanmasına çox böyük təkan verir. Hazırda musiqi məktəbində 136 şagird musiqinin sirlərinə yiyələnir. Bu il isə uşaq musiqi məktəbinə 30 şagird qəbul olub. Məktəbdə iki şöbə var - fortopiano və xalq çalğı alətləri şöbəsi. Bura isə bu ixtisaslar daxildir: fortopiano, tar, qarmon, nağara, xanəndəlik, saz, kamança. Təbii ki, bu uşaq musiqi məktəbinə musiqiyə həvəsi, marağı və istedadı olan yeniyetmələr həvəs göstərirlər.

Aydındır ki, həvəs heç də məsələni həll etmir. Çünki istedad olmayam yerdə heç vaxt həvəslə hər hansı musiqi alətində ifa etmək elə də asan deyil. Deməli, istedadla həvəs və bir də zəhmət hər hansı yeniyetməni istəyinə qovuşdura bilər. Musiqinin tədrisində müəllim də əsas amillərdən biridir. Çünki istedadı və savadlı olmayan müəllim heç də musiqinin sirlərinə tamamilə şagirdə öyrədə bilməz.



Belə ki, müəllim hər hansı musiqi alətində şagirdə bir musiqini, bir mahnını, bir bəstəkar yazısını çatdırırsa, gərək şagird də həmin anda müəllimin səsləndirdiyi o musiqini həm yadda saxlasın, həm də ifa etməyi bacarsın. Bu mənada Horadiz şəhər Musiqi Məktəbində istedadlı yeniyetmələr az deyildir. Məsələn, onlardan biri Fərid Bəxtiyar oğlu Kərimov respublikada keçirilmiş "xalq çalğı alətləri" müsabiqəsində qarmon ifasında Fəxri Fərmana layiq görülüb. Eyni zamanda, məktəbin şagirdlərindən Vaqif Səmədov (tar), Ərşad Allahverdiyev (qarmon), Zeynəb Piriyeva (fortopiano), Nuşirəvan Quliyev (saz) öz istedadları ilə qısa zaman kəsiyində sözlərini deyə biliblər və ifalarıyla onları dinləyənləri təəccübləndiriblər. Çünki bu uşaqlar musiqi alətlərini ifa etdikləri ilk gündən müəllimlərin öyrətdiklərini dönə-dönə yaddaşlarına həkk ediblər. Təbii ki, axtarışlar və bir-birindən maraqlı yeniliklər o uşaqları bu musiqiyə daha ürəkdən bağlayıb.

Bir faktı da qeyd edək ki, məktəbi bitirən bir neçə məzun ali musiqi məktəbinə qəbul olub. Belə ki, Mətanət Azər qızı Hüseynova Musiqi Akademiyasına, Sərvan Niftəliyev isə Milli Konservatoriyaya qəbul olublar. Əlbəttə, hər bir şagirdin, hər bir yeniyetmənin uğuru o məktəbin, o müəllimlərin uğuru deməkdir. Belə olduğu halda, məktəbin musiqi kollektivi də öz məzunları ilə haqlı olaraq qürur duyurlar.

Horadiz şəhər Uşaq Musiqi Məktəbində həmişə sağlam və yaradıcı mühit hökm sürür. Belə mühitdə də işləmək və oxumaq həm şagirdlər, həm də müəllimlıər üçün çox münbit şərait yaradır. Çünki o yerdəki şəffaflıq var, səmimiyyət var, orda istedadlar da çox asanlıqla özlərini təsdiq etməyi bacarırlar.



Məktəbin öz ənənələri və öz yolu var. Burda vaxtaşırı olaraq ədəbi-bədii gecələr, musiqili kompozisiyalar təşkil edilir. Bu yaxınlarda Füzuli Muğam Mərkəzində "Üzeyir musiqi günü" keçirilib. Eyni zamanda, bu yaradıcı kollektiv böyük bəstəkar Qara Qarayevin və böyük sənətkar Hacı Xanməmmədovun 100 illik yubileyini də çox möhtəşəm şəkildə keçiriblər. Bu ənənə davam edir. Belə ki, yaxın vaxtlarda böyük xanəndə Hacıbaba Hüseynovun 100 illiyi keçiriləcəkdir. Məktəbin kollektivi bir möhtəşəm tədbirə - böyük xanəndə və musiqiçi, Azərbaycan muğam məktəbinin böyük müəllimlərindən olan Seyid Şuşinskinin 130 illiyini çox möhtəşəm keçirib. Çünki Seyid Şuşinski klassik muğam sənətində öz möhürünü vurmuş və izini qoymuş böyük sənətkarlardandır.

Məktəbin direktoru Azər Cavadov bizimlə söhbət zamanı çox maraqlı bir əhvalat danışdı. Dedi ki, bu yaxınlarda bizim məktəbə İrandan qonaq gəlmişdi. Onların arasında bir oğlan uşağı diqqətimizi daha çox cəlb elədi. Belə ki, o, həm qarmon çalır, həm də gözəl tar çalırdı. Və eyni zamanda pianoda qeyri-adi ifalar səsləndirirdi. O uşağın adı Məhəmmədəmindir. Bu uşaq Üzeyir bəyin "Arşın mal alan"ından müəyyən parçaları tarda çalaraq qeyri-adi ifalar səsləndirdi. Sözün düzü, onun bu qədər böyük istedad sahibi olması və Azərbaycan klassiklərinin əsərlərini gözəl ifa etməsi hamımızı təəccübləndirdi. Məhəmmədəmin deyir ki, mən Bakıya gəlib musiqi təhsili almaq istəyirəm. Çünki burdakı mühit mənim çox xoşuma gəlir.



Yazımızın əvvəlində qeyd etdik ki, istedadlı gənclərin üzə çıxması üçün əlverişli şərait və sağlam mühit də lazımdır. O mühit olamayan yerdə heç vaxt istedadlı gənclər özlərini tapa bilməzlər. Necə ki, hər hansı əkilən ağacın inkişafı üçün günəş və su lazım olursa, bax, istedadlı uşaqlara da belə bir şərait yaradılmalıdır.

Birmənalı olaraq deyə bilərik ki, Kürdəmir Regional Mədəniyyət İdarəssinin Füzuli rayonu Horadiz şəhəri Uşaq Musiqi məktəbində belə bir sağlam mühir var. Və o sağlam mühitdə hər bir istedadlı uşaq, yeniyetmə özünün cığırını, özünün yolunu aça biləcək.





İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK