hacklink Adalet.az | Mənşəyi məlum olmayan “Bərdə pendiri” aşkarlandı - FOTO Adalet.az | Mənşəyi məlum olmayan “Bərdə pendiri” aşkarlandı - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Mənşəyi məlum olmayan “Bərdə pendiri” aşkarlandı - FOTO

4015    |   2019-10-26 11:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003-Çağrı Mərkəzinə daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentlikdən bildirilib ki, 1003-Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında AQTA tərəfindən Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus "Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən "Ordubad” supermarketində monitorinq keçirilib.

Monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən "Alman pendiri”, "Bərdə pendiri”, "İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən məhsulların normaya uyğun olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək, Agentlik tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçiriləcəkdir.




İmza:

İsmayıllıda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb

Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq - Agentlik

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

Faiq QİSMƏTOĞLU: MƏNZİLLƏR QIZMIR...

AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

Leyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO

Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək - HARDA?

Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır

Sumqayıtda 70 illik yubiley coşqusu - FOTO

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK