hacklink Adalet.az | Adilə Səfərova: Mən dəniz timsalıyam... Adalet.az | Adilə Səfərova: Mən dəniz timsalıyam... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Adilə Səfərova: Mən dəniz timsalıyam...

6759    |   2019-10-25 15:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ruhum rahatdı daha

Sətirlərim kövrəlib,

ruhum yorğun düşübdü.

Sən qurduğunyuvanın,

özülü sökülübdü.

Yanındayam deyirdin,

biziayırmaz zaman,

Sayrışan ulduzlar da,

mavi səma da, ay da

Şahidimizdi inan!

nə oldu birdən-birə,

Ay vəfasız, de ki nə?!

Qəlbimdə damla-damla,

Qəlbimdə zərrə-zərrə,

qurub toparladığım,

Arzumu, xəyalımı,

niyəyellərə verdin,

Axı nə idi səbəb?

Bir yalan işlədərək,

Kərpic-kərpic hördüyün,

inamla qoruduğun,

Başına pərvanədək,

dolandığın, döndüyün,

O binanı uçurdun...

Sanma ki, yalvarıram,

Sənsiz qala bilmirəm,

səni əllərim ilə,

Əbədilik uzağa,

lap uzağa buraxıb,

Arxanca göz yaşımdan

doyunca su səpmişəm.

İçim rahatdı daha,

olsan da, olmasan da.

....Külək əsir bayırda

Xəzəl göyə sovrulur.

Xatirən olan yeri,

İndi kədər, qəm tutur.

Əllərin əllərimdən aralı qalıb,

sirr saxlayan ürəyim

tənhalığa söykənib

içimdə qərib-qərib

təlatümlər başlayıb

Boz havaya, buluda

sən olmayan ümidə

nübar olan sevgiyə

indi vida oxuyur

payız...

həsrət qoxuyur...


Mən dəniz timsalıyam...

... İşvəsiylə, qəmzəsiylə,

Sevdalı olduğu

göy üzünə boylanar,

maviliyə boyanar,

paklığına Ay düşər,

ulduz ələnər,

nur çilənər...

ləpə-ləpə süslənər,

dalğa-dalğa cilvələnər...

... öz içində axışıyla,

qırçın-qırçın naxışıyla,

süzgün-süzgün baxışıyla...

sığal çəkib

sahillərin bəzər dəniz..

Mavi gözlü, mavi üzlü,

Bir gözələ bənzər dəniz

Fəqət...

Ləpədöyən sərhəddindən

O tərəfə baxa bilməz,

Yaşıl-yaşıl ormanlara, çəmənlərə

axa bilməz...

çırpınar...

çalxanar...

öz içində kükrər, coşar...

fırtınalar, təlatümlər yaşar...

bilər həddin,

yıxa bilməz səddin,

aşmaz sərhəddin...

yorğun düşər

şahə qalxan dalğaları

bitər qayalıqlarla qovğaları

barışıb taleyilə susar,

kükrüyər dəniz.

qoça bilməz iqbalından,

susqun-susqun öz içində yeriyər

dəniz...

... Məcərasına məhkum

mavi suların sirrindən,

ovsunundan yaxşı halıyam,

mən də dəniz timsalıyam...

sinəm atda yosun rəngli

ümidlər var.

Ürəyimdə balıq-balıq

arzu coşar, istək yaşar...

Diləklər var dalğalanar, ləpələnər

kükrər, daşar...

fırtınalı, qasırğalı

gümanlar var

çırpılırlar könlümün nəm divarına,

çıxammazlar gerçəkliyin civarına...

...mən dəniz timsalı...

Dənzi sevdalıyam

Mavi gözlü suların dərdindən

Yaxşı halıyam...

Unutmaq nə çətinmiş

Yaz çiçəyin olanı,

Payıza döndərmisən.

Gül taxdığın saçına,

Qırov, çən göndərmisən.

Ayazıyıb qəlb evi,

Könlü viranə qalıb.

Ağ alnına həsrətin,

Təzə cığırlar salıb.

Xəyalları didərgin,

Xatirən pərən-pərən.

Bir kərpic düşür hər gün,

Ay könlündə taxt hörən.

Nə qüruru yenilir,

Nə də sınmır inadı.

Yad edib doğmaların,

Sənsən ən doğma yadı.

Sevgisi dərdə dönən,

Bu qadın nə mətinmiş.

İtirmək necə asan,

Unutmaq nə çətinmiş...

Payız

Qızılı dona bürüyər,

Çöl-çəməni bəzər payız.

Ağacları üryan edər,

Yaşılını üzər payız.

Bir hikmət var ədasında,

Qəmzəsində, qadasında.

Yanıqlı ney sədasında,

Havalanıb süzər payız.

Rüzgarlar qatar başını,

Kövrələr çatar qaşını.

Gildir-gildir göz yaşını,

Kirpiyinə düzər payız.

Edər bəxtlə qeylü-qalı,

Pərişan olar əhvalı.

Bəzəkli, teli xınalı,

Bir gəlinə bənzər payız.

Çiçəklənən Naxçıvanım

Qayaları qızıl rəngi,

Şiş uclu nizədir sanki.

Hər qarışı gül çələngi-

Vəsfinə qaynayır qanım.

Çiçəklənən Naxçıvanım.

Qapıcığı başı qarlı,

Gəmiqaya düz ilqarlı.

Əlincəsi şah vüqarlı,

Haçadağı şöhrət-şanım

Çiçəklənən Naxçıvanım.

Haqqın bükülməz qolusan,

Gəncləşsən də çox ulusan

Möhtəşəmlik simvolusan

Qüdrətini necə danım

Çiçəklənən Naxçıvanım.

Abadlaşıb kənd-şəhərin,

Dan üzüsən sən səhərin

Beşiyisən sən bəşərin

Torpağına Nuhçıxanım,

Çiçəklənən Naxçıvanım.

Ucalırsan məğrur, mətin,

Gün-gündən artır şöhrətin.

Timsalısan sən cənnətin

Doğma yurdum, ruhum, canım,

Çiçəklənən Naxçıvanım.

Tükənməz od-ocağından,

Qoca Şərqin qucağında,

Qüdrətlisən bu çağında,

Səddlər aşır şöhrət, şanın,

Çiçəklənən Naxçıvanım.

***********

Külək əsir bayırda,

xəzəl göyə sovrulur,

xatirən olan yeri,

indi kədər, qəm tutur.

əllərin əllərimdən aralı

qalıb,

sirr saxlayan ürəyim,

tənhalığa söykənib,

içimdə qərib-qərib,

təlatümlər başlayıb.

Boz havaya, buluda,

sən olmayan ümidə,

nübar olan sevgiyə,

indi vida oxuyur.

Payız...

həsrət qoxuyur

Adilə Səfərova



İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK