ANA SƏHİFƏ / SİYASƏT

Maduro Bakıda sərt danışdı: “Birtərəfli sanksiyalar tətbiq edilir”

12931    |   2019-10-25 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Venesuela Prezidenti Nikolas Maduro Bakıda keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Zirvə Görüşündə ölkəsinin aqressiya ilə üzləşdiyini deyib.

 N.Maduro bildirib ki, bəzi aqressiv və zərbə vuran hərəkətlər pislənilməlidir.

"Beynəlxalq hüquq bir kənarda qalır, birtərəfli sanksiyalar tətbiq edilir. Venesuela xalqı olaraq, biz sülh tərəfdarıyıq. Bizim iradəmiz əyilməzdir. Biz gələcəyə ümidlə baxırıq”, - deyə N.Maduro əlavə edib.

Venesuela lideri Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün çağırış edib.

N.Maduro Fələstin münaqişəsinin həllinin vacibliyini vurğulayıb. O bildirib ki, bu gün Şimali Koreya, Venesuela, Kubaya məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

N.Maduro qeyd edib ki, bəzi güclər dövlət çevrilişi həyata keçirmək istəyirlər.

"Bunu Venesuelada da həyata keçirmək istədilər. Qoşulmama Hərəkatına üzv ölkələr buna qarşı birləşməlidir. İmperialist dövlətlər həmişə çalışacaq ki, bizim kimi ölkələrə aqressiya tətbiq etsinlər. Biz Qoşulmama Hərəkatına sədrliyi şərəflə yerinə yetirmişik. Biz çoxtərəfli iqtisadi müharibənin içərisindəyik”.

N.Maduro deyib ki, hər gün dövlətlər yeni-yeni çağırışlarla üzləşir.

"Biz tarixi məqam yaşayırıq, buna görə də birgə müqavimət göstərməliyik. BMT-yə üzv ölkələrin böyük bir hissəsi Qoşulmama Hərəkatında təmsil olunur. Bizim ölkələrin ərazisində böyük sərvətlər var. Amma imperialist güclər bizə qarşı öz məqsədlərindən əl çəkmir.

Biz bu və ya digər dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz imperialist yanaşmadan qurturmalıyıq. İmperialist ölkələrin maraqları bizim ölkələrə yoxsulluq, aclıq gətirib.

Biz BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa əsaslanmalıyıq. İmperialist dövlətlər bizlərə qarşı çirkin kampaniyalar aparır və bundan ən çox xalqlarımız əziyyət çəkir. Biz buna qarşı çıxış etməliyik və dəyişikliklərə nail olmalıyıq”.(oxu.az)




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Türkiyə parlamentindən Azərbaycana dəstək - VİDEO

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir + VİDEO

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

SON XƏBƏRLƏR
2020-07-15
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK