hacklink Adalet.az | Vilayət Quliyev: Şuşanı Şuşa edən insanları yaşatmalıyıq… Adalet.az | Vilayət Quliyev: Şuşanı Şuşa edən insanları yaşatmalıyıq… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Vilayət Quliyev: Şuşanı Şuşa edən insanları yaşatmalıyıq…

4335    |   2019-10-24 13:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Universitetdə bizə Qərbi Avropa ədəbiyyatını professor Əkbər Ağayev tədris edirdi. Son dərəcə geniş biliyə, gözəl ədəbiyyat duyumuna, müstəsna nitq qabiliyyətinə malik idi. XIX əsr fransız ədəbiyyatını çox sevirdi. Balzakın "Şaqren dərisi"ndən elə danışırdı, sanki bu dərinin necə kiçildiyini gözlərinlə görürdün. Madam Bovarinin ölümünü elə təsvir edirdi ki, qadının özünü zəhərlədiyi mərgümüşün acısını ağzında hiss edirdin..Jan Valjanla səfilliyin iztirablarını yaşayırdın...

Sonra birlikdə Nizami adına Ədəbiyyat İnstitutunda işlədik. Şöbədə, çay masası arxasında, ya da İnstitutun koridorlarında çevrəsində həmişə şirin söhbətlərinə, dərin ədəbi təhlillərinə qulaq kəsilən aspirantlar, dissertantlar olurdu...

Amma gözəl danışmağına rəğmən az yazırdı. İndi düşünürəm: bəlkə də yanında bir stenoqrafçı olsaydı, dediklərini yazsaydı, ortaya neçə cild kitab çıxarmaq olardı...

1985-ci ildə Əkbər müəllimin 70 illiyini qeyd etdik. Elmi Şuranın yubiley iclasından sonra məclis o zaman Bakının ən "elit" restoranı sayılan "Zümrüd"da davam etdirilirdi.

Natiqlər hamısı Əkbər müəllimə uzun ömür arzulayır, 75, 80, 100 illik yubileylərində də iştirak etmək arzularını dilə gətirirdilər.

Sonra Firudin Şuşinski söz aldı. O da Əkbər müəllim kimi köklü-köməcli şuşalı idi və dostluqlarının qədim tarixi vardı.

Nitqinə müqəddiməsiz başladı:
-Osman Sarıvəllinin çoox...
Və burada uzun bir pauza verdi.
Adətən belə pauzalardan sonra "gözəl", "müdrik" və s. epitetlərdən biri gəldiyi üçün məclisdəkilər yəqin ki, növbəti monoton nitqə qulaq asacaqlarını düşünürdülər.
Amma Firudin Şuşinski hamı kimi şablon sözlər desəydi, daha Firudin Şuşinski olmazdı ki!

Nitqinin ardını yadımda qaldığı qədər belə davam etdirdi:

...çoox axmaq bir şeiri var. Deyir, "Hər kəs yüz il yaşamasa, günah onun özündədir". Əkbər, sözüm sənədir:. Alim yüz il yaşaya bilməz. Ağıllı adam yüz il yaşaya bilməz. Millətinin dərdini çəkən adam yüz il yaşaya bilməz. Dövrün, dünyanın gərdişini görən, anlayan adam yüz il il yaşaya bilməz. Dağdakı çoban yüz il yaşayar. Rüşvətxor JEK müdiri, yekəqarın kolxoz sədri yüz il yaşayar. Abırsız, həyasız, mənəviyyatsız adam yüz il yaşayar. Bir də deyirəm - düşünən adam yüz il yaşaya bilməz. Sən yaxşı yaşamısan. 70 il az ömür deyil. Bundan sonra sənə beş il, uzağı on il gözəl, mənalı, dolğun ömür arzulayıram. Amma bir şərtlə ki, vaxtını danışmaqla keçirməyəsən, yazasan, ortaya kitab, əsər qoyasan. Yoxsa, o sroku da azaldaram.

Firudin Şuşinskinin nitqi o qədər gözlənilməz idi, yubiley əhvalı ilə elə dissonans yaradırdı ki, bir anlığa hamı nə edəcəyini bilmədi, yalnız Əkbər müəllim gülə-gülə köhnə dostunu bağrına basanda salonda alqış səsləri eşidildi.

Əkbər müəllim o yubileydən sonra cəmisi 3 il yaşadı. Bəlkə də xoşbəxt adam idi. Şuşanın işğalını görmədi...

Firudin Şuşinski isə bu dəhşətli tarixin şahidi oldu. Bəlkə ölümünü sürətləndirən amillərdən biri də 

Şuşa itkisi idi...
Şuşanı itirdik.

Şuşanın təkrarsızllğınl yaşadan, Şuşaya kolorit verən insanları itirdik.

Ora qayıda bilmək üçün hərəmiz ürəyimizdə bir Şuşa, onun tarixini, Şuşanı Şuşa edən insanları yaşatmalıyıq…

***

İki gün doğulduğum, ömrümün ilk 17 ilini keçirdiyim kənddə oldum. Sovet dövrünün statistikasına görə sakinlərinin sayı on min nəfəri aşan, Vətənə Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, Əfqanıstan müharibəsi veteranı, Qarabağ şəhidi, akademik,general, neçə professor, yazıçı, hətta çempion verən kənddə... Və oradan çox böyük kədər hissi ilə ayrıldım. Təkcə kədər yox, həm də dəhşət hissi ilə. Çünki əvvəlki səfərlərdən fərqli olaraq bu dəfə heç kəs mənimlə Qarabağ haqda danışmadı, Qarabağdan sual vermədi, "Müəllim, bu işin axırı necə olacaq?"- deyə soruşmadı. Cavanlar hücum əmri gözlədiklərini demədilər. Ağsaqqallar "ermənilər həmişə qapımızda nökərçilik edib" - deyə boş-boş qürrələnmədilər. Və mən dəhşət içində düşündüm ki, deyəsən, insanlarımız işğalla barışırlar, Qarabağı unudurlar... Həqiqi məğlubiyyət də məhz belə əhval-ruhiyyənin şüurlarda kök salmasından başlayır...Çox istərdim ki, düşüncələrim yanlış və aldadıcı olsun!




İmza:

Yağışa görə iki avtomagistralda sürət həddi endirildi

Masallının əsas magistral yolunun kənarı yaşıllaşdırılacaq

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

"Qaçqınlar döyüşməyib qaçdı" deyən alçaqların menyusuna - Video

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

İsmayıllıda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb

Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq - Agentlik

Faiq QİSMƏTOĞLU: MƏNZİLLƏR QIZMIR...

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

Leyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO

SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK