ANA SƏHİFƏ / MƏMLƏKƏT

Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

6571    |   2019-10-23 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni ev və mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.

Edvard Karvardin səmimi qəbula görə təşəkkürünü bildirib. Görüş zamanı məcburi köçkün ailələrindən olan uşaqların və gənclərin uzunmüddətli perspektivdə inkişafına təsir edə biləcək bəzi prioritet fəaliyyət istiqamətləri müzakirələr edilib. UNİCEF-in dəstəklədiyi proqramlarda məcburi köçkün ailələrin iştirakının təmin olunması barədə danışılıb və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




İmza:

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb - VİDEO

Bakıda küçə və yollarda son vəziyyət

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

Tvinninq layihəsinin yekun konfransı keçirilib

Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra necə yaşayacağam?”

Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

TƏBİB çimərliklərlə bağlı açıqlama verib

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK