nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | "Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü Adalet.az | "Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

27790    |   2019-10-23 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan idmançıları fərqli idman sahələrində uğurlar qazanmağa davam edir. Bu uğurların hər yaş kateqoriyasında olması sevindirici haldır.

Uğurları ilə bizi sevindirənlərdən biri də Elnur Mustafayevdir. Dəfələrlə Respublika çempionu olmuş Elnur avqust ayında Macarıstanda təşkil olunan kikboks üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Əslən Ağcabədi rayonundan olan Elnur çox söhbətcil olmasa da onunla sual-cavab rinqinə çıxdıq.

Birinci raund

- Kikboks ilə neçə yaşından məşğul olursan?

- 6 yaşımdan.

- Bu həvəs necə yarandı səndə? Öz istəyinlə, yoxsa valideynlərinin istəyinlə seçdin bu növü?

- Həm özüm istədim, həm də valideynlərimin qərarı ilə.

- Analar övladlarına qarşı daha həssas olurlar. Birdən yarışlarda əzilərsən, nəsə olar deyə buna qarşı çıxdı?

- Yox, heç vaxt elə söhbət olmayıb. Anam da məni dəstəkləyir.


Birinci raund qarşılıqlı zərbələr ilə yekunlaşır.

İkinci raundda rəqibə daha sərt suallar verməyə çalışacam. Görək bir təsiri olacaqmı.

İkinci raund

- Uğurların haqqında özün danış bir az.

- Azərbaycan kubokunu qazanmışam, Respublika çempionluğum var, ən böyük nailiyyətim də Avropa çempionu titulunu qazanmaq oldu.

- Həmin yarış haqqında danışa bilərsən biraz? Kimləri döyüb çempion oldun?

- Yarış Macarıstanın Dyor şəhərində keçirilirdi. Birinci döyüşdə rusla mübarizə apardım, nakautla qalib gəldim. Sonra yenə Rusiyanı təmsil edən dağışstanlıya qalib gəldim nvə çempion oldum.


- Mükafat ancaq kubok və medal oldu, yoxsa pul mükafatı da var idi?

- Xeyr, pul mükafatı hələ olmayıb.

İkinci raund bu sualla yekunlaşır. Artıq daha açıq oyun gedir və mən üçüncü raunda daha ürəkli çıxıram.

Üçüncü raund

- Elnur, yaşını soruşmaq yadımdan çıxdı. Neçə yaşın var?

- 14.

- Küçədə dalaşırsan heç?

- Xeyr, dalaşmıram.

- Heç olmayıb ki gücünü göstərmək istəyəsən?

- Xeyr, olmayıb.

Bu "zərbə” ilə heç nə edə bilməyib başqa zərbə endirməyə çalışıram.

- Təhsilin necə gedir?

- O qədər də yaxşı deyil, amma gedir.

Və daha bir cəhd!

- Bəs universitet oxumaq fikrin yoxdu?

- Var. İdman Akademiyasında oxuyacam – deyir və gülərək masanın üzərindəki kubok və medallarını göstərir.

Əks fəndə düşürəm və qızıl meddalların biri-birinə dəyərək çıxartdığı səs döyüşü yekunlaşdıran "qonq” səsi kimi qulağımda cingildəyir.

Bu cür suallarla Elnuru nakaut edə bilməyəcəyimi görüb bu sual-cavab döyüşünü sülhlə yekunlaşdırmağa çalışıram.

- Sirr deyilsə məşq rejimin haqqında məlumat verə bilərsən?

- Gündə iki dəfə məşq edirik. Saat 9-dan 11-ə və 5-dən 7-ə kimi. Məşqçim isə Respublikanın əməkdar məşqçisi Hakim Hacıyevdir. Lap əvvəldən mənə o məşqçilik edib və bu səviyyəyə çatmağımda ən böyük rolu o oynayıb.

Federasiyamızın prezidenti millət vəkili Adil Əliyev də bizə çox qayğı və diqqət göstərir, ona görə belə uğurlar qazana bilirik.


- Nə kimi məsqədlərin var kikboksda?

- Yayda Dünya Çempionatında iştirak edəcəm. İnşallah orada qalib olub Olimpiya oyunlarına vəsiqə qazanmaq və orada da çempion olmaq istəyirəm.

- Ümid edirik ki, bacaracaqsan! Uğur olsun!

Və döyüş başa çatır.

Bu döyüşün qalibi kiçik yaşlarından qarşısına məqsəd qoyan və o məqsədə çatmaq üçün inamla addımlayan, çalışan Elnur oldu.

Onu və onun timsalında bütün Azərbaycanı həmişə qalib görmək ümidilə!



İmza:

Xaricdə təhsil alan azərbaycanlı: "İnsanlar burada daha açıq fikirli və azaddırlar" - MÜSAHİBƏ

"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ

Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki, qızlarımı güllələ" - MÜSAHİBƏ

Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”

"İdarəçilikdə heç bir problem yoxdur, mən tapşırıqlarımı verirəm" - Orxan Məmmədov

SÖZÜ DƏ, SAĞLIQ DURUMU DA OXUCU DİQQƏTİNDƏ OLAN ŞAİRƏ

Qaydasız döyüşün Azad qəhrəmanı - “Sibirskiy djiqit”

MSK sədri ilə yekun söhbət - MÜSAHİBƏ + VİDEO

Gülnaz Bayramova: "Ən böyük arzum profesional təhsil alıb, Azərbaycan kinolarını..." - MÜSAHİBƏ

Afaq Məsud: “Xalq azad nəfəs almaq istəyirdi” - MÜSAHİBƏ

Nurlana Quliyeva: "Namizədlərlə sağlam rəqabət aparıram" - MÜSAHİBƏ

Nəsimi Paşayev: “Yalanlara söykənən platformam yoxdur”

SON XƏBƏRLƏR
2020-02-29
2020-02-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK