ANA SƏHİFƏ / GÜNDƏM

Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı

5478    |   2019-10-22 17:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncamimzalayıb.

Sərəncama əsasən, "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi "Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Çıraqqala-Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

- "Çıraqqala-Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini üçay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- "Çıraqqala–Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirməli;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.




İmza:

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi

İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb

Agcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

Sabah qısa iş günü olacaq

Vətəndaşlar yaşayış yerlərini 102-dən icazə almaqla tərk edə bilərlər

6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi

Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq

Sərt karantin rejimində bu qurumların fəaliyyətinə icazə veriləcək

DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

Zaur Əliyev: Kişi paltarlı qaçaq Gülsüm

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

SON XƏBƏRLƏR
2020-06-04
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK