ANA SƏHİFƏ / DÜNYA

Ərdoğan: “Makron terrorçularla müzakirələr aparır”

24586    |   2019-10-22 14:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"ABŞ ölkəmizə verdiyi sözə əməl etməsə, "Barış Pınarı” hərəkatı qaldığı yerdən davam edəcək".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib. O, Fransa Prezidenti Emmanuel Makronun Suriyanın şimalında əldə edilmiş 120 saatlıq atəşkəsin uzadılması ilə bağlı təklifinə də münasibətini açıqlayıb.

Ərdoğan deyib ki, Fransa liderindən atəşkəsin uzadılması ilə bağlı ona hər hansı təklif gəlməyib: "Makron belə məsələləri terrorçularla müzakirə edir. Biz bu müddət ərzində ancaq ABŞ-la danışıqlar aparmışıq”.

O, əlavə edib ki, Türkiyə və Rusiya hər cür terrorla mübarizədə həmfikirdirlər.



İmza:
SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK