ANA SƏHİFƏ / MARAQLI

İnsanı Qulliverə çevirən sənətçi

20322    |   2019-10-21 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Alper Bıçaklıoğlu...

Yeni tanış olmuşam bu insanın əsərləri ilə.

Öz dilindən desək, qrafiti ilə məşğul olanlar küçə divarlarını, o isə kiçik küçələri yaradır.
O, özü də 1994-2000-ci illər arası qrafiti ilə məşğul olub. Bunun sayəsində küçələri ən xırda detallarına kimi öyrənən Alper böyük küçələri kiçik ölçülərə daşımağa başlayır. Özünün kiçik küçələrini yaratmaqla insanları böyüdür, devləşdirir.

Bu üslubun adı "diorama”dır. Fransız dilindən "dia” içindən, "orama” isə görünən mənasını verir. Yəni bir anın, zaman kəsiyinin canlandırılması. Bu üslubda müxtəlif ölçülərdə sənət əsərləri yaradılır. Alperin işləri ilə tanış olanda insan özünü liliputlar ölkəsinə düşmüş Qulliver kimi hiss edir. Alper küçə sənətini ölümsüzləşdirir. Çünki küçə boyu uzanan divarların üzərindəki əl işlərini bir andaca ağ boyayla yox etmək, yaxud da üstünə hansısa elanları yapışdırmaqla gizlətmək olar.

Alper küçədə tapdığı dəmir lövhəni kəsir, rəngləyir, düzəldir, kiçik bir qapıya çevirir. Yəni küçədən gələni təkrarən küçəyə qovuşdurur və dioramalarında yenidən var olur.

İmzası "Powoq” dur.

Alper küçələri gəzir, rəngləri, bütün detalları beynində kodlaşdırır, çəktiyi fotoları atelyesinin divarından asır və əsərini gerçəkləşdirməyə başlayır. Əvvəlcə binaları yaradır, sonra rəngləri, sonra isə xırda detalları. Bəzən o küçələrə xırda müdaxilələr də edir. Məsələn, divarlara yazılar, şüarlar əlavə edir. Bu, onun gündəlik həyatda qarşılaşdığı hadilərə verdiyi reaksiya da ola bilər.

Alper Bıçaklıoğludan bəhs etməyim əbəs yerə deyil.



Yaşadığımız şəhərin çox az yerində küçə sənəti olan qrafiti nümunələri rast gəlmək olar. Halbuki bu sənət növü küçələrə ayrı rəng qatır. Aqlay divarların, yaxud da sınıq-salxaq daxmaların üzərində bu cür işlər görmək yaxşı olmazdımı? Olmazdımı ki, küçələr insanların yerinə dil açıb danışsın?
Çox təəssüf ki məmləkətimizdə Alper kimi insanlar yoxdur. Olsa belə, onlar diqqət görməyəcəklər. Bizim toplum sürətlə öz sənətsəlliyini itirib bazarlaşmağa, kapitalizmin quluna çevrilməyə başlayır. Məsələn, elə insanlar var ki, mən onları Hitlerə tay tuturam. Hitler heyvanları çox sevirdi deyə heyvanların qorunması ilə bağlı qadağalar da tətbiq etmişdi öz dövründə. Amma o, heyvanları yəhudilərlə, günahsız insanlarla əvəzləmişdi. İndi bizim cəmiyyətdə də bu cür insanlar az deyil. Sosial şəbəkələrdə addımbaşı rastınıza çıxan pişik, it, dovşan, quş məhəbbəti. Pişiklərə yemək verin, itlərə su verin, quşlara yuva tikin, öldürməyin bu heyvanları. Amma bir insanı fikrinə görə öldürməkdən betər edin. Həzz alın bundan. Sizin Hitlerdən fərqiniz nə oldu?

Biz sənətə də belə yanaşırıq.

Sənətkarı sevirik, əsərlərini sevirik, amma yazıçıdısa kitabını, rəssamdısa rəsm əsərini almırıq. Bizə çal oynasın, vur çatlasın lazımdı. Bizə müğənnilər, nə olduğu bilinməyən başdanxarablar lazımdı…






İmza:Eminquey

Şahzadə Uilyam və Keyt Midltonun iqamətgahında xüsusi cəza otağı var

Bu portretdə Fateh Sultan Mehmetin qarşısında duran kimdir?

Taksi sözü və peşəsi necə yarandı?

Həkimlər hamilə qala bilməyən hindistanlı qadına kişi olduğunu dedilər

Mühafizəçi pişik saxladığı üçün aktrisanı döyüb - VİDEO

Şüşədə okeana atılmış məktub yeni dostluğun əsasını qoydu

Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı və sahibinə qaytardı

Ay və Marsda niyə yaşamaq olmaz? – Alim açıqladı

Putinin hamıdan gizlətiyi qızları – Yayımlanan fotolar şok effekti yaratdı

Rusiyada xəstəxanada “ağıllı saatlar”dan istifadə edəcəklər

Bir qaşığının ağırlığı dörd milyard ton olan cisim aşkarlandı

Yayın “olmazsa-olmaz”ları: Maye, meyvə-tərəvəz və yüngül yeməklər...

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK