ANA SƏHİFƏ / YAZARLAR

Anamın məni döyməyindən canımı necə qurtardım? - Eminquey yazır

16634    |   2019-10-21 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anama demişdim ki, bir tədbir var, ora gedirəm. Evdən çıxdım. 28 may ərazisinə çatdım. Başladım işimi görməyə. Mitinq, səs-küy, polis sirenaları, ora qaçıram, bura qaçıram. Əynimdəki PRESS yazılmış göy jilet məni bu vurhavurun içində toxunulmaz edir. Qəfil anam zəng vurdu. Qaça-qaça binaların arasına girdim, səssiz bir yer tapıb anama cavab verdim. "Tədbirə çatmamışam hələ”. İşimi görüb evə qayıtdım. Qapıdan içəri girəndə əynimdəki PRESS yazılmış göy jileti görən anam duruxdu. "Bu nədi? Hardaydın, bala?” deyən kimi gülə-gülə "Mitinqdə idim” dedim. Soruşdu ki, "Bəs mənə niyə demədin?”.

Dedim sənə desəydim aman verməyəcəkdin işimi görməyə, narahat olacaqdın. Narahat olma, göy jiletdə mənə heç kim heç nə etməz. Junalistəm mən. İndi bunları boş ver, bədənim yorğunluqdan ağrıyır, ovxala məni. Hiss elədim ki, anam elə bil hirsini çıxır məndən, ovxalamır, əzişdirir. Başımı qaldırıb dedim:

- Bax, indi durub göy jilıetimi geyinərəm, əlini də vura bilməzsən mənə!

Gülə-gülə boynumu qucaqlayıb öpdü məni...



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-04
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK