ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan Prezidenti: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır

6928    |   2019-10-18 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda "Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, "Qobu-1” və "Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan "Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.

Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.

İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik".



İmza:

İki Emin, bir Korona - Kim haqlıdır?

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

İqtisadiyyat Nazirliyi icazələrin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK