ANA SƏHİFƏ / ƏDƏBİYYAT

NƏSİMİNİN ANIM GÜNÜ

8620    |   2019-10-18 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərancamı ilə klassik Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etmişdir ki, bu da bütün ictimaiyyət tərəfindən yüksək sənət sevgisilə qarşılanmışdır. Bu günlərdə Goranboy rayonunda keçirilən böyük ədəbi-bədii tədbir də öz məna-məzmunu ilə təqdirəlayiq sayılmalıdır. Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev bu əlamətdar Sərəncamın ölkə Prezidenti,Azərbaycan dövləti tərəfindən bədii sözə və ədəbiyyatmıza,incəsənət və mədəniyyətimizə verdiyi böyük qiymətin, tükənməz qayğının bariz nümunəsi kimi dəyərləndirmiş, Nəsimi yaradıcılığında özünü qabarıq surətdə göstərən mübarizlik, haqqın son məqama-son damla qana kimi müdafiəsi,nahaqqa qarşı üsyankarlıq və s. barədə söz açmışdır.

Sonra söz rayon Mədəniyyət Mərkəzinin baş məsləhətçisi Gündüz Hacıyevə verilmişdır.O, dövlət başçısının müdrik addımını yüksək dəyərləndirməklə yanaşı,Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat vermiş,görkəmli mütəfəkkirin ictimai-siyasi şeirlərində mükəmməl insan obrazından,bəşəri və ilahi xüsusiyyətlərə malik dəyərlərindən danışmışdır.

Tədbirdə yaradıcı ədəbi qüvvələr adından söz rayonda otuz yeddi ildən bəri fəaliyyət göstərən "Əli Nəzmi" ədəbi birliyinin ilk yaradıcısı və sədri şair Ələsgər Əlioğluya verilmişdir.O,Nəsiminin lirik şeir,qəzəl və rübailərinin bəşəri hisslərlə yoğrulduğunu,dünya ədəbiyyatı nəhrində müəllifi ilə birgə əbədiyyətə qovuşduğunu, gəncliyimizin əsl mənada qeyrət dərsliyi olduğunu qeyd etmişdir.

Mərasim iştirakçıları rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivi tərəfindən Nəsiminin sözləri əsasında tərtib olunmuş musiqili kompozisiyanı da hərarətlə qarşılamışlar. Rayonda keçirilən Nəsiminin anım günü tədbir iştirakçılsarının alqışları ilə başa çatmışdır.

Mehman Əşrəf,

"Əli Nəzmi" ədəbi birliyinmin üzvü




İmza:
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK