hacklink Adalet.az | Prezident: "Qəsəbədaxili yollara asfalt vurulmalıdır" Adalet.az | Prezident: "Qəsəbədaxili yollara asfalt vurulmalıdır" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Prezident: "Qəsəbədaxili yollara asfalt vurulmalıdır"

4286    |   2019-10-17 18:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir".

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb: "Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır".




İmza:

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb

Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

“Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” - Komitə sədri

Naxçıvanda nağdsız ödənişlərin həcmi 36 milyonu ötüb

Azərbaycanda KİV-lərin sayı 5300-ə çatıb

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

ATA ABDULLAYEVƏ ÇOX QİYMƏT VERİRİK EY…

«VERTOLYOT DUMANA DÜŞÜB, DAĞA DƏYİB»

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK