hacklink Adalet.az | Yoxsulluqla, yoxsa yoxsullarla mübarizə günü? - Eminquey yazır Adalet.az | Yoxsulluqla, yoxsa yoxsullarla mübarizə günü? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yoxsulluqla, yoxsa yoxsullarla mübarizə günü? - Eminquey yazır

7113    |   2019-10-17 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kasıbların da günü olur, adə? Biz günüqaraların günü varsa, təqvimdə qaralayın və !

Hamının günü var. Homoseksualların, QİÇS xəstələrinin, qaçqınların, qadınların, kişilərin, bir sözlə, məmə deyəndən pəpə deyənə kimi hamının və hər şeyin.

Elə bunu demişdim ki, nə görsəm yaxşıdı? Sən demə, BMT bizi adam yerinə qoyubmuş. 17 oktyabr - Dünya Yoxsulluqla Mübarizə günüymüş. Demək ki, yoxsulların ah-naləsi artıq dünyada da eşidilirmiş.

Özü də sayımız da az deyil. Dünyada bizim kimi 1,3 milyard yoxsul var. Yəni dünyanın 23 faizi bizlərdəndir. Cəmi sayımızın yarısı 18 yaşdan aşağı, üçdə biri isə 10 yaşdan aşağıdır. Bu sizə nəyisə ifadə edirmi?

Hansı mübarizə? Necə mübarizə? Bilmirəm, bu yoxsulluq faizini aşağı salmaq üçün nə ediblər, amma bizim əlahəzrət Dünya Bankı deyir ki, dünyada yoxsulluğun səviyyəsi 2015-ci ildə yüzdə 11 faizdən yüzdə 10 faizə qədər düşüb. Çox böyük göstəricidir bu 1 faiz. Çox güman ki, o 1 faizin aşağı düşməsinə də səbəb elə yoxsulların qırılıb ölməsidir.

Söhbəti bir az rəqəmsallaşdırımmı? Ən yoxsul ölkələr sırasında birincilik Liberiyanın əlindədir. Liberiyada adambaşına illik gəlir 710 dollardır. Qalan yerləri isə sırayla Orta Afrika Respublikası (870 dollar), Nigeriya (990 dollar), Malaviya (1180 dollar), Mozambik (1200 dollar), Sierra Lion (1480 dollar), Madaqaskar (1510 dollar) və Komor adaları (1570 dollar) bölüşürlər.

Deyirəm, əccəb işə düşmüşük də. Afrika var deyə, yoxsulluq siyahısının başında onlar gedirlər.

Yeməyə çörək tapmayan adamların sayı 820 milyondur, yəni 9 adamdan biri aclıqla mübarizə aparır. Sən demə, dünya da yoxsulluqla mübarizə aparırmış.

Bütün bu rəqəmləri oxuyandan sonra mənim də qarnım quruldamağa başladı. Heyf ki, o qədər də böyük millət deyilik. Yəni sayımız dünyada çox şeyi dəyişə bilmir. Bu statistik göstəricilərin içində yer almırıq. Guya bizdə yoxsul yoxdu?

Hər nədirsə, bu gün münasibətilə bütün yoxsullarımızı təbrik edirəm. Sevinin ki, dünyada gün görməsək də, yada düşəcəyimiz bir günümüz var. Çox sağ ol, BMT! Bu Mərifətə görə Təşəkkür!

Amma əzizim BMT, yoxsulların günü olmur, qədeş, bizimçün ilin 12 ayı, 365 günü, yoxsulluq günüdür. Bircə dörd ildən bir sevinirik, o da fevral ayı 29-dan 28 günə düşəndə. Bax, həmin gün bizim bayramımızdır!

Nə bilim, bəlkə də elə yoxsulluq da dünyayla birləşib bizimlə mübarizə aparır…




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO