ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev: “İctimai nəzarət daha da güclü olmalıdır”- VİDEO

11530    |   2019-10-17 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir"

Bunu Azərbaycan Prezident iİlham Əliyev ötən gün keçirilən iqtisadi müşavirədə deyib.

Ölkə başçısı bildirib: "Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin".

Prezidentqeyd edib ki, məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır.

"Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütünMDBməkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə,Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".





İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA

Hikmət Hacıyev: “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”

Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb

XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib

Aqiyə Naxçıvanlı: "İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil..."

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb

"Biz onlara Konstitusiya verdik, onlar bizə qandal"

SON XƏBƏRLƏR
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK