ANA SƏHİFƏ / GÜNDƏM

Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha da gücləndirdi

4803    |   2019-10-16 14:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Hesab edirəm ki, bu sammit türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxışı zamanı mühüm məsələlərə toxundu: "Cənab Prezident qeyd etdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezident, eyni zamanda Türk Şurasının VII Zirvə Görüşünün Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf etdiyini diqqətə çatdırdı. Təbiidir ki, Naxçıvan sazişi türkdilli ölkələr arasında əməkdaşlığın yeni formatının yaranmasına səbəb oldu, əlbəttə, bu da türkdilli ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfələr verdi. Naxçıvan sazişinin türkdilli ölkələr arasında əlaqələrin qurulması və inkişafında mühüm rolu var. Naxçıvanda qəbul edilən qərarlar türk dünyasının birliyini daha da gücləndirdi. Bu baxımdan cənab Prezidentin bildirdiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

C.Osmanov vurğulayıb ki, Prezident İlham Əliyev, həmçinin öz çıxışında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi məsələsinə toxundu və bunun böyük türk dünyasını coğrafi baxımdan parçaladığını diqqətə çatdırdı:

"Bununla da cənab Prezident bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və türk dünyasının liderləri bütün məsələlərin türkdilli dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladılar, ərazi bütövlüyünün qorunması istiqamətində birgə fəaliyyətdən danışdılar. Eyni zamanda, türk dünyasının liderləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfində olduqlarını bir daha bəyan etdilər və bildirdilər ki, Ermənistanın separatçı rejimi tərəfindən 30 ilə yaxındır ki, işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf yeddi rayon əzəli Azərbaycan torpaqlarıdır və bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Milli Məclisin deputatı əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində dövlətlər arasınsda çox mühüm layihələr həyata keçirilir, o cümlədən iqtisadi, siyasi, humanitar, turizm, mədəni və digər sahələrdə daha sıx əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyət aparılır: "Azərbaycan bu quruma çox böyük önəm verir və növbəti illərdə quruma sədrlik edəcək. hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə türkdilli dövlətlər arasında əməkdaşlıq daha da genişlənəcək”.

Qeyd edək ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iclasda iştirak edib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin yeddi iclası baş tutub.




İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

BƏS, QALAN 90 FAİZİ?!

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

GƏNCƏNİN 100 YAŞLI QƏZETİ

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı - VİDEO

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK