hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏKTUB ŞEİR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: MƏKTUB ŞEİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: MƏKTUB ŞEİR

Sadəcə :- Çatacaq Əlizadə Nuriyə...

6329    |   2019-10-11 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə yazdımsa - oxunmadı,
Sanki daş üstə cızmışam...
Mən şeirə bəndə deyil -
Ruhun özü tək sızmışam!..

Yuxunu misra içində
Xəyalı sözdə görmüşəm...
Şeir şəkli çəkməmişəm -
Mən sözü sözə hörmüşəm!..

Dizimi torpaq didəndə
Ürəyimi söz qaşıyıb!
Ruhum həm sözə çevrilib,
Həm də ruhum söz daşıyıb!

Tanrımın özünə qədər,
Bir də sevdiyim qadına...
Hətta , içimdəki kədər -
Doğulub şeir adına!..

Kimsənin sözün qınayıb,
Kimsənin haqqın yemədən...
Şeri su kimi içmişəm -
Başqa nə isə demədən...

Yazdıqlarım göz ağrıtmaz,
Heç ürəyə də toxunmaz...
Sən bil, başqaları üçün -
Olsun Əbülfət, oxunmaz!..




İmza:
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO