ANA SƏHİFƏ / SİYASƏT

Prezident avstriyalı naziri qəbul edib - Yenilənib

12087    |   2019-10-10 15:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.

Siz də bildiyiniz kimi, ölkənizdən olan bir çox şirkətlər müxtəlif sahələrdə bizim tərəfdaşlarımızdır. Mənim Baş Nazirə dediyim kimi, onlar Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayıblar. Onlar yeni memarlıq üslubu baxımından, eləcə də infrastruktur sahəsində çox yaradıcıdırlar. Mən, həmçinin şadam ki, hazırda biz sizin məsul olduğunuz nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindəyik və bizim hazırda Avropa ilə Asiyanı birləşdirmək planlarımız həyata keçirilir. Biz bu istiqamətdə yaxşı nəticələrə, yaxşı irəliləyişə nail olmuşuq. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir. Biz Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik və sizin burada Azərbaycanda infrastrukturla bağlı gördüyünüz bütün işlər hazırda iqtisadi tərəfdaşlıq və birlik işinə xidmət edir.

Bildiyiniz kimi, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və həmçinin bu il biz artıq Şimaldan Qərb istiqamətində gedən yükləri qəbul etməyə başlamışıq. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki biz Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edirik. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir. Mən bilirəm ki, bizim dəmir yolları qurumumuz avstriyalı həmkarları ilə yaxşı təmaslar qurub. Bunlar çox ümidverici addımlardır. Əminəm ki, Azərbaycana səfəriniz ərzində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək və biz atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt deyib:

- Cənab Prezident, dostcasına dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm. Ötən dəfə biz Vyanada görüşmüşdük. O vaxt mən nazir müavini idim, indi nazirəm, lakin mövzular dəyişməyib. Biz hələ də iqtisadi sahələrimizi yaxınlaşdırmağa və birgə layihələri inkişaf etdirməyə çalışırıq. Ötən dəfə Vyanada müzakirə etdiyimiz kimi, vəzifəmiz bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret ideyaları təqdim etmək istəyirik. Bizim burada kiçik, lakin rəqabət qabiliyyəti çox yüksək olan biznes nümayəndə heyətimiz var. Bizim bu gün və sabah ikitərəfli görüşlərimiz olacaq.


İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ

BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK